Ağdamın səhiyyəsi də stratejidir, amma... - Baş həkim bunun fərqində deyil...
Tarix: 11-06-2016, 09:50 | Çap et
 Ağdam rayonunun səhiyyə sistemindəki xoşagəlməz durum, mərkəzi xəstəxananın baş həkimi Gülnar Abbasovanın imza atdığı qeyri-qanuni işlərlə bağlı mətbuat səhifələrində çox yazılıb. Amma yazılan faktlarla bağlı aidiyyəti dövlət qurumlarının rəsmiləri heç bir ölçü götürməyiblər. Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ayrılan vəsaitlə Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni xəstəxana binası tikilərək 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs iddia edir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova yaradılan bu şəraitdən, rayon səhiyyəsinə göstərilən diqqət və qayğıdan daha çox öz şəxsi məqsədləri naminə yararlanır: В«Deyilənlərə görə, Xəstəxanada Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə, pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasiyent şöbəyə ümumiyyətlə buraxılmırВ». Mövzu ilə bağlı əldə etdiyimiz informasiyalardan belə qənaətə gəlmək olar ki, Gülnar Abbasovanın yersiz tələbləri və xəstəxanada yaratdığı ağır şərait sakinləri bezdirib. Məsələn, Qarabağ müharibəsində iştirak etmiş Rafiq Aslanov adlı rayon sakini bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildiriş almalı olub. Amma bu ona baha başa gəlib: В«Pensiya üçün Ağdam Xəstəxanasında səhhətimlə bağlı kağız almalı idim. Üz tutdum xəstəxanaya. Xəstəxananın baş həkiminin müavini Qara Qasımov mənə bildirdi ki, bu kağızı ona В«hörmətВ» etdikdən sonra verə bilər. Mən bədənimdə qəlpə daşıyan adamam. Pensiya almağa, pensiya ilə dolanmağa möhtac olan şəxsəm. Baş həkimin müavini məndən bu günə qədər 1000 manat alıb. Aylardır məni süründürür. Mən dilənib, dolanıb o pulu tapıb Qara həkimə verdimВ». Mənbənin sözlərinə görə, hazırda Ağdamda bu şəkildə incidilən insanların sayı yüzlərlədir: В«Çoxsaylı şikayətlərə və etirazlara baxmayaraq, Gülnar Abbasova rayonun səhiyyə sistemindəki problemləri həll etmək haqda fikirləşmir. Hər kəsə bəllidir ki, 2008-ci ildə dövlət xəstəxanalarının, eləcə də poliklinikaların pulsuz tibbi xidmətə keçilməsi haqqında qanun qəbul olunub. Lakin hazırda bu qanun Ağdam rayonunda yalnız kağız üzərində qaldığından, həmin qanunun tələblərinə əməl olunmur. Nəticədə əhali Gülnar Abbasovanın rəhbərlik etdiyi tibb ocağına müraciət edərkən göstərilən qeyri-kafi xidmətin müqabilində pul ödəmək məcburiyyətində qalır. Deyilənlərə görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. Bundan başqa, rayondakı bir sıra apteklərlə həkimlər arasında şifahi В«razılaşmaВ» əldə olunub. Bu isə xəstə sahiblərini müalicə üçün ehtiyac olmayan dərmanları belə, almağa vadar edir. Odur ki, bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanası məhz baş həkim Gülnar Abbasovanın müəyyən etdiyi qaydalarla idarə olunur. Elə bu səbəbdən də son zamanlar rayon səhiyyəsi irəliləmək əvəzinə xeyli geriləyibВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
|