Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                 

Ziya Məmmədovdan yarım milyardın hesabı sorula bilər - Nəqliyyat Nazirliyinin və "Azəryolservis"in fəaliyyəti araşdırılmalıdır
Tarix: 1-07-2015, 10:47 | Çap et
Ziya Məmmədovdan yarım milyardın hesabı sorula bilər
Bildiyiniz kimi, az qala hər il dövlət büdcəsindən yeni yolların çəkilməsinə və təmirinə milyonlarla manat vəsait ayrılır. Lakin buna baxmayaraq, həm paytaxtda, həm də ölkənin digər şəhər və rayonlarında, əsasən də magistral yollardakı problemlər hələ də tam şəkildə həll olunmayıb. Bunun məsuliyyəti isə birbaşa Nəqliyyat Nazirliyinin və "Azeryolservis" ASC-nin üzərinə düşür.

Çünki yeni istifadəyə verilən yolların bir çoxu standartlara cavab vermədiyindən qısa müddət sonra bərbad hala düşür. Misal kimi, ölkənin ən bahalı layihələrindən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunu göstərmək olar.

Belə ki, tikintisinə 2008-ci ildən başlanılan və ümumilikdə 545 milyon 287 min 800 manat xərclənən Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlükləri sökülür. Halbuki hələ o zaman nəqliyyat naziri Ziya Məmmədov bu yolun 30 il davam gətirəcəyini bildirmişdi. Görünən odur ki, nəqliyyat naziri əbəs yerə şişirtməyə yol verib. Onu da nəzərinizə çatdıraq ki, "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli mövzu ilə əlaqədar qeyd edib ki, Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə kompleks tədbirlər davam etdirilir: "Bu çərçivədə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən Bakı şəhəri istiqamətinə doğru olan hissəsində təmir-bərpa işlərinə başlanılıb. Təmir-bərpa işlərinə magistral yolun 74-cü kilometrliyindən start verilib. Aparılan işlər şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və "Azəryolservis" ASC-nin rəhbərliyinin nəzarəti altındadır". Maraqlı məqam isə ondadır ki, ASC yetkilisi Quba-Bakı beton yolunun dağılma səbəbini iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib: "Təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 kilometrlik hissəsində aparılır. Normadan artıq yüklənən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayan yolun hərəkət hissəsinin, daha doğrusu, yolun sağ hərəkət zolağı bərpa olunur. Bu üzdən həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. İşlər tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub".

Qeyd edək ki, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib: "Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdir". Onun fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır: "Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idi". Mütəxəssisin sözlərinə görə, "Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb" iddiası bəhanədən başqa bir şey deyil: "Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar. Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək lazımdır ki, digərlərinə də dərs olsun".

Bu arada, yeni tikilən avtomobil yollarının keyfiyyətinə gəlincə, iqtisadçılar da bu sahədə ciddi problemlərin olduğunu bəyan edirlər. Onlar hesab edirlər ki, iqtisadiyyatda bütün layihələr "fayda-xərc prinsipi"nə əsaslanmalıdır. Yəni əgər avtomobil yolları yaşayış məntəqələrindən kənarda çəkilirsə, bu layihələrin xərci də azalır. Bundan başqa, ekspertlərin sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrindən olan ABŞ-da yol tikmək istəyən şirkət yolun keyfiyyəti ilə bağlı konkret öhdəliklər götürür. Bizdə isə yolun 1 kilometrini 15 milyon manata tikirlər və onun keyfiyyəti, davamlılığı barədə heç bir öhdəlik götürən yoxdur. Məsələn, Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisinə başlanıldığı vaxt nəqliyyat naziri Ziya Məmmədov bu yolun 30 il davam gətirəcəyini bildirsə də, ortada bunu təsdiqləyən rəsmi sənəd-filan yoxdur. Yəni nazirin bu barədə dedikləri mətbuatda işıqlandırılsa da, telekanallar vasitəsi ilə nümayiş olunsa da, nə o, nə də bir başqası həmin yolun 30 il davam gətirəcəyinə dair hər hansı sənədə qol çəkib. Niyə? Çünki Ziya Məmmədov özü də çox gözəl bilir ki, onun tabeliyi altında fəaliyyət göstərən "Azəryolservis" ASC-nin tikdiyi yola 30 il zəmanət vermək sadəlövhlükdən başqa bir şey deyil…

Şübhəsiz, hazırda ölkədə həyata keçirilən yol-nəqliyyat layihələrinin keyfiyyətsiz olmasında cəzasızlıq mühitinin mövcudluğu ciddi rol oynayır. Yəni bəzi səbəblər üzündən məmurların bir qismi qanun qarşısında heç bir məsuliyyət hiss etmirlər. Normalda qanunvericiliyin tələblərinə görə, yol çəkiləndə podrat və tender müqavilələri bağlanır. Həmin müqavilələrdə tərəflərin öhdəlikləri əksini tapmalıdır. Azərbaycanda icra edilən bəzi layihələr isə bu baxımdan istisnadır. Belə ki, şübhəli tenderlər vasitəsi ilə layihələr konkret şirkətlərin sərəncamına verilir. Bu da azmış kimi, layihələrə heç bir ictimai nəzarət mexanizmləri yoxdur, bütün müqavilələr, şərtlər qapalı saxlanılır. Bu cür şəraitdə təbii, belə keyfiyyətsiz yollar meydana çıxmalıdır. Lakin onu da qeyd etmək lazımdır ki, əgər aidiyyəti qurumlar tərəfindən ciddi və obyektiv araşdırma aparılsa, o zaman həm Nəqliyyat Nazirliyinin, həm də "Azəryolservis" ASC-nin fəaliyyətində şokedici nöqsanlar aşkarlana bilər. Hətta həmin nöqsanlar Ziya Məmmədovun nəqliyyat naziri postu ilə vidalaşmasına belə səbəb ola bilər… \\ gundelik-baku.com \\

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru