Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                 

Azərbaycanda oliqarx məmurların gizli qazanc ünvanı... - Hər bir bahalı otelin arxasında bir iri məmur dayanır
Tarix: 16-07-2015, 10:35 | Çap et
Azərbaycanda oliqarx məmurların gizli qazanc ünvanı...
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bir sıra məsələlərlə yanaşı, Azərbaycandakı otellərdə qiymətlərin baha olmasından da narazılığını bildirib. Dövlət rəhbəri qiymətlərin aşağı salınması üçün ciddi tapşırıqlar verib.

"İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada var. İndi Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır?", - İlham Əliyev bildirib.
Onun sözlərinə görə, bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir: "Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar".
Lakin, İlham Əliyevin bildirdiyinə görə, üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. Ölkə başçısının sözlərinə görə, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər, budur reallıq: "Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".
Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov Azərbaycanda qiymətlərin həddindən artıq şişirdildiyini və bu şişirtmədə vergi orqanlarının da əlinin olduğunu deyir. Onun sözlərinə görə, ölkə prezidentinin çıxışından göründüyü kimi otellərdəki qiymətlərin yüksək olmasının səbəbləri haqqında dəqiq informasiyaya malikdir.
Ekspert deyir ki, zaman-zaman mütəxəssislər ölkəmizdəki otel qiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların (vergi, hüquq mühafizə və s) təsiri nəticəsində formalaşdığını vurğulayırlar: “Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda otel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma, praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, otellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil. Prezident də bu informasiyaya əsaslanaraq vergi orqanlarına ciddi xəbərdarlıq etdi”.
Azərbaycanda iki-üç ulduzlu otəllərin qıtlığından danışan ekspert deyir ki, otel biznesi ilə məşğul olanlar daha yüksək ulduz almağa meyillidirlər. Çünki 5 ulduzlu otelin vergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzlu otellərin ödədiyi vergi, 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Belə olarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz: “Fikrimcə, beynəlxalq təcrübədən istifadə edərək otel biznesinə differensiyallaşdırılmış vergi tətbiq edilməlidir. Bu qayda lisenziya üçün rüsümlara da tətbiq edilməlidir. Başa düşmək çətindir ki, nəyə görə 5 ulduzlu otel və 1-2 ulduzlu otel lisenziya üçün eyni rüsumu ödəməlidir. Əgər xərclər eynidirsə, niyə ağaşı ulduza iddia etsinlər ki?”.
Azərbaycanın otel qiymətləri ilə qonşu ölkələrdəki vəziyyəti müqayisə edən B. Bilalovun dediyinə görə, Azərbaycanda otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz bahadır. İranla müqayisədə isə bu rəqəm 100%-dən çoxdur.
Turizim mütəxəssisi deyir ki, qardaş Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı otel qiymətləri 20-40% daha bahadır.
İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri, millət vəkili Əli Məsimli isə otellərdə xidmətin aşağı, qiymətlərin isə bahalığından şikayət edir: “Azərbaycanın turizm üçün çox unikal imkanları var. Son illər bu imkanlardan istifadə istiqamətində xeyli iş görülüb. Bununla belə hələ görüləsi işlər çoxdur. Turizm obyektlərinin xeyli hissəsində xidmətin keyfiyyəti aşağı, qiymətlər isə çox yüksəkdir. Son vaxtlar aviabiletlərin qiymətlərinin də artması Azərbaycana turist axınına mane olan amillərdən birinə çevrilib. Eyni zamanda Azərbaycanda aztəminatlı təbəqənin istirahət etməsi üçün şərait yaradılmalıdır. Bundan ötrü Prezidentin qaldırdığı məsələlərin həlli sürətləndirilməli, qiymətlər aşağı salınmalı, iki və üçulduzlu otellər tikilməlidir”.
Adının çəkilməsini istəməyən iqtisadçı ekspert isə ölkədəki lüks otellərin bir sıra iri məmurların nəzarətində olduğunu deyib. Onun sözlərinə görə Bakıda və ölkənin digər yerlərində fəaliyyət göstərən belə otellərin qeyri-rəsmi sahibləri arasında nazirlər, nazir müavinləri, icra başçıları, komitə sədrləri, prokurorluq və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutanlar, millət vəkilləri və s. var. “Belədə otel qiymətlərinin həddən artıq baha olmasının gerçək səbəbkarlarının kim olduğunu bilmək çətin deyil. Oliqarxlar hər işdə olduğu kimi, otelçilikdə də mütləq söz sahibidirlər və istədikləri qiyməti diqtə edirlər. Ümumiyyətlə, bu sahədə şəffaflıq yox dərəcəsindədir. Şübhələr var ki, otellər real gəlirlərini gizlədirlər. Onların qazancları rəsmi statistikada milyonlarla ifadə olunsa da, istisna deyil ki, Azərbaycanda otelçilik sahəsində real dövriyyə milyard manata çatır” - deyə həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, otelçilikdəki qiymət və xidmət özbaşınalığını aradan qaldırmağa onların arxasında dayanan iri məmurlara lazımi, hüquqi “qulaqburması” verməkdən başlamaq lazımdır. Əks halda sözügedən sahədə hər hansı müsbət dəyişiklikdən danışmaq çətin məsələdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru