Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                 

"Türkiyə NATO-dan yox, Rusiya ilə hərbi müqavilələrdən çıxmalıdır" - Təhlükəsizliyə TƏHDİD
Tarix: 23-02-2022, 08:07 | Çap et
"Türkiyə NATO-dan yox, Rusiya ilə hərbi müqavilələrdən çıxmalıdır"
“Anadolu” xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq fevralın 17-də Brüsseldə keçirilən toplantıda Türkiyənin milli müdafiə naziri Hulusi Akar vasitəsilə Ankaraya NATO-ya üzvlüyünün 70-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Öz növbəsində, Türkiyədə bu tarix şərəfinə ölkə Prezidenti yanında İctimaiyyətlə Əlaqələr İdarəsi “Dəyişikliklərin dinamikası və uzunmüddətli müttəfiqlik: Türkiyə ilə 70 il ərzində daha güclü” adlı panel təşkil edib. İdarə müdiri və Türkiyə Prezidentinin mətbuat katibi Fəxrəddin Altun açılış nitqində qeyd edib ki, son 30 ildə “NATO-nun sayılı günləri qalıb” ifadəsini tez-tez eşitmək mümkün olsa da, alyans dünya siyasətində mövqesini qoruyub saxlayır”.

Ankaranın NATO-nu strateji və dəyərli müttəfiqlik hesab etdiyini və qiymətləndirdiyini deyən Altun, Türkiyənin 70 il ərzində dəfələrlə özünü dostları və müttəfiqləri üçün etibarlı tərəfdaş kimi göstərdiyini bildirib.

Və elə həmin gün Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəkin “Türkiyənin öz təhlükəsizliyi naminə NATO-dan çıxmaq lazımdır” ifadəsi yuxarıda söylənilənlərlə tamamilə ziddiyyət təşkil etdi. Bu barədə Türkiyənin “Haberler” internet nəşri məlumat yayıb.

Siyasətçi bildirib ki, əgər Türkiyə "NATO zəncirlərini" qırarsa, o zaman sərhədyanı zonlarada keçirilən əməliyyatlarda ABŞ-ın dəstəklədiyi separatçı Kürdüstan Fəhlə Partiyasını (PKK) təmizləmək mümkün olacaq. Perinçək bildirib ki, NATO Türkiyədə son 70 ildə açılmamış bütün cinayətlərə görə məsuliyyət daşıyır, Türkiyə isə ABŞ-ın silahlı təhdidləri ilə üz-üzədir.

Onun sözlərinə görə, Türkiyə NATO-da qalmaqla öz təhlükəsizliyini təmin edə bilməz və NATO özü də müdafiə təşkilatı deyil. O, həmçinin Egeydəki 153 adanın “xarici işğalına” son qoyulması və Türkiyənin suverenliyinin reallaşmasına çağırıb. Perinçəkin sözlərinə görə, belə bir addım NATO-nun parçalanmasını sürətləndirəcək və bütün dünyada sülhün bərqərar olmasına töhfə verəcək.

Maraqlı baxışdır, əlbəttə, amma bu, Türkiyənin bugünkü dünyadakı real maraqlarına nə dərəcədə uyğundur? Yenə də kim nə desə də, NATO bir növ güclü arxadır. Yəqin ki, Türkiyənin Alyansdan çıxması Moskvada müsbət qarşılanacaq, çünki bu, onun indi yaxın mühitində əks tarazlığın azalması demək olardı. DİA.AZ-ın məlumatına görə, türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkənin aparıcı mütəxəssisi Engin Özər məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşüb:

- Yəqin ki, ondan başlamalıyıq ki, əslində ABŞ (NATO-nun əsas qüvvəsi) ilə Türkiyə arasında heç bir problem yoxdur. Vaşinqtonla hazırkı Prezident Ərdoğan arasında bəzi fikir ayrılıqları var. Nə ABŞ Türkiyəni təhdid edir, nə də türk xalqı Amerikanın bölgədəki maraqlarına qarşıdır. Sadəcə, 2000-ci illərin əvvəlində Birləşmiş Ştatlar Ərdoğanı dəstəklədilər, sonra dayandılar. Bu faktor var.

İkincisi, adı çəkilən Doğu Perinçək tanınmış siyasətçi olsa da, özü və partiyası seçkilərdə yarım faiz belə səs qazana bilmir, amma, o, sanki Türkiyəni idarə edirmiş kimi danışır. Üstəlik, vaxtilə, səksəninci illərdə özü də PKK-nın rəhbəri Abdulla Öcalanla görüşüb, onlara dəstək olub. Və o günlərdə Perinçək Türkiyəni “faşist dövlət” adlandırırdı. Bu gün birdən ayılır, PKK-nı separatçı adlandırır.

Üçüncüsü, Perinçək Suriyada həqiqətən baş verənlərə məhəl qoymur. Bilməli idi ki, NATO Suriyada ümumiyyətlə yoxdur. Şərqi Suriya hazırda kürd birləşmələrinin nəzarətindədir. Amma bunun blokla heç bir əlaqəsi yoxdur, bunu ABŞ edir. Bundan əvvəl Birləşmiş Ştatlar Türkiyədən bu ərazini təmizləməyi xahiş ediblər. O zaman Obama administrasiyası Ankara ilə razılığa gələ bilmədi. Bundan sonra Türkiyə Rusiya ilə işləməyə başladı. Ruslardan S-400 aldı. Biz artıq ona 2 milyard dollar ödəsək də, bu sistem hələ tam işə salınmayıb. Bu, Türkiyənin itkisidir. Çünki bu sistem hələ işləmir, amma biz artıq F-35 təyyarəsinin yaradılması proqramından çıxa bilmişik. Amma oraya türk mütəxəssislərinin böyük əməyi və böyük maliyyə vəsaitləri yatırılmışdı.

Amma Türkiyənin heç bir yerdə NATO ilə problemi yoxdur. NATO sayəsində Rusiya bu gün nə Türkiyəni, nə də Balkan yarımadası ölkələrini təhdid edə bilər. Biz NATO sayəsində İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək ola bildik. Bunu Türkiyənin özü təkbaşına edə bilməzdi.

Özünümüdafiəyə gəlincə, Türkiyənin hələlik tam həcmdə belə imkanları yoxdur - ölkəmizi radar sistemlərinin bütün kəşfiyyat məlumatları ilə təmin edən NATO-dur. Bunun sayəsində Türkiyə indi özünü təhlükəsiz hiss edir. Məsələn, Türkiyənin artıq kifayət qədər köhnə Hərbi Hava Qüvvələri - əsasən 30 yaşı olan F-16 təyyarələri var. Əgər siz Perinçək kimilərin NATO-dan çıxmaq çağırışlarına uysanız, Türkiyəni hansı gələcək gözləyir? Misir, İraq kimi sıradan bir Yaxın Şərq ölkəsinə çevrilir. NATO sayəsində Türkiyə bu gün yüksək keyfiyyətli hərbi əməliyyatlar apara bilir, çünki həm texniki dəstək, həm də kəşfiyyat var. Ərdoğan NATO-dan çıxmayacaq. Populyar olmayan siyasətçi Perinçəyin tələb etdiyi heç nə demək deyil.

Biz NATO ilə işləyirik və işləməkdə davam edəcəyik, lakin biz Rusiya ilə düşmən deyilik. Amma hərbi baxımdan onunla bütün əlaqələri kəsməliyik, bütün hərbi müqavilələri ləğv etməliyik. Çünki Türkiyə Rusiya ilə hərbi əməkdaşlığı davam etdirərsə, bu, onu digər NATO üzvləri arasında tam inam yaratmayan bir ölkəyə çevirəcək. Bu cür əməkdaşlıq isə Türkiyənin özünün milli təhlükəsizliyini təhdid edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru