Daha bir ölkə Rusiyadan qopur – Kreml görünməz “silah”la vuracaq
Tarix: 21-12-2023, 15:28 | Çap et
 Moldovalı deputat Doyna German deyib ki, hakimiyyət 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış, demək olar ki, bütün sazişlərdən çıxmağı planlaşdırır. Moldovanın MDB-dən çıxmaq istəyi yeni deyil. Keçmiş ruspərəst prezident İqor Dodonun hakimiyyətdən getməsi və onu qərbpərəst xanım Maya Sandunun əvəz etməsindən sonra bu istəklər daha da artıb. Sandu faktiki olaraq rəsmi Kişinyovu Kreml orbitindən çıxarıb, Qərbə inteqrasiya etmək yolunu seçib. Sandu hakimiyyətə gəldiyi ilk vaxtlar bunu radikal formada etsə də, Rusiyanın Ukraynaya hücumu və ərazilərini işğalı fonunda geri addım ataraq, prosesi daha səssiz və ləng aparmağa başladı. Çünki Kremlin növbəti hədəfi həm də Moldova idi. Lakin Kişinyovun bəxti onda gətirdi ki, Moskva Ukraynada istədiyi nəticələri əldə edə bilmədi və Qərbin yardımları, Kiyevin inadlı müqaviməti ilə üzləşdi. İndiki məqamda Maya Sandunun qarşısında iki mühüm seçim var. Ya o, Moldovanı həqiqətən də 2024-cü ilin sonuna qədər MDB-dən çıxaracaq, ya da prezident seçkilərinə fokuslanacaq. Qeyd edim ki, 2024-cü ilin noyabrında Moldovada prezident seçkiləri planlaşdırılır. Sandu hesab edir ki, Rusiya gözlənilən seçkidən əvvəl sabitliyi pozmağı planlaşdırır. Onun bu narahatlığı əbəs deyil: Kreml uzun müddətdir, Moldovada hakimiyyət dəyişikliyi etmək istəyir. Son zamanlar ruspərəst deputatların verdiyi açıqlamalar da bu baxımdan diqqət çəkir. Misal üçün Moldovanın müxalif “İntibah” partiyasının rəhbəri Nataliya Paraska deyib ki, Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi yerli əhalinin istəyi deyil, rejimin seçimidir. Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib. Rusiyanın Moldovaya əsas təzyiqi ölkədə ruspərəstlər olsa da, görünməyən bir silahı da var. Söhbət Qaqauziya Muxtariyyətindən gedir. Qaqauzlar Moldovanın həm Aİ üzvlüyünə, həm də Rumıniya ilə birləşmək istəyinə qarşıdır. Bundan başqa, Kişinyov-Moskva gərginliyi fonunda artan qaz qiymətləri son aylarda qaqauzları qəzəbləndirib. Sonuncu dəfə Qaqauziya muxtar bölgəsinin paytaxtı Komratda enerji tariflərinin artırılmasına etiraz mitinqi keçirilib. Nəticə etibarilə Doyna Germanın iddia etdiyi kimi, Moldovanın 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış bütün sazişlərdən çıxması o qədər də ağlabatan deyil. Xüsusilə prezident seçkilərindən əvvəl Sandu hakimiyyəti belə bir riskə getməz. Lakin Sandu yenidən prezident seçilsə, rəsmi Kişinyovun bu addımı atması mümkündür. Hətta Sandu buna görə növbədənkənar prezident seçkilərinə belə gedə bilər.
Müəllif: Politoloq Turan Rzayev Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
|