Qarabağ qaytarılsa, Azərbaycan Avrasiya İttifaqına qoşula bilərmi...
Tarix: 20-04-2017, 08:24 | Çap et
 Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə Azərbaycanın da qoşulması üçün uzun müddət Moskvadan Bakıya təzyiqlər olunduğu müşahidə edildi. Lakin Azərbaycan hakimiyyəti torpaqlarımızı işğal edən Ermənistanın üzv olduğu Avrasiya İqtisadi Birliyinə haqlı olaraq qoşulmadı. Azərbaycanın bu təşkilata qoşulmasının tərəfdarı olan bir sıra şəxslər isə son günlər yenidən belə fikirləri dövriyyəyə buraxıblar ki, Avrasiya Birliyinə üzv olsaq, Rusiya Qarabağ məsələsində sülh sazişi imzalaması üçün Ermənistana təzyiq edə bilər...
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avrasiya İqtisadi Birliyinə üzv olsaq belə, Rusiya Ermənistana işğal etdiyi torpaqlardan çıxması və sülh sazişi imzalaması üçün təzyiq etməz: “Azərbaycan o zaman Avrasiya Birliyi ilə əməkdaşlıq edə bilər ki, Dağlıq Qarabağ problemi həll edilsin. Bunu prezident İlham Əliyev də müxtəlif vaxtlarda açıq və ya dolayısı ilə deyib. Çox az sayda insanları çıxmaqla, Azərbaycan xalqı da bu cür düşünür. Azərbaycan axı niyə Rusiya qarşısında güzəştə getməlidir?! Rusiya Ermənistana torpaqlarımızdan çıxması üçün real təzyiq göstərib buna nail olmadan Azərbaycan niyə onun istəyini yerinə yetirməlidir?! Rusiya Ermənistanın işğal etdiyi torpaqlarımızı geri qaytarmaq üçün bizə köməklik göstərməlidir ki, Azərbaycan da Rusiya ilə vahid məkanda iqtisadi, siyasi əməkdaşlıq bloklarına qoşulsun. Elə-belə amiranə formada demək ki, gəl Avrasiya Birliyinə qoşul, bu, neoimperialist ədasıdır. Bu məsələdə hər iki tərəfdən ciddi kompromislər lazımdır. Yəni Rusiya kompromisə gedərək Ermənistanı işğal edilmiş Azərbaycan torpaqlarından çıxmağa vadar etməlidir. Azərbaycan da bundan sonra kompromisə gedərək Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə qoşula bilər. Əgər Rusiyadan bu addım olmayacaqsa, Azərbaycanın bəri başdan həmin təşkilata qoşulmasının mənası yoxdur. Heç kim ümid etməsin ki, Azərbaycan o təşkilata qoşulduqdan sonra Rusiya Ermənistana işğal olunmuş torpaqlardan çıxması üçün təzyiq edəcək”.
Politoloq onu da dedi ki, son zamanlar Avrasiya Birliyi məsələsi aktuallığını xeyli dərəcədə itirib və ilk vaxtlarda Moskvadan müşahidə edilən təzyiq indi müşahidə edilmir. Amma bu, o demək deyil ki, məsələ Rusiyanın gündəmindən tamamilə çıxıb: “Azərbaycanın Rusiyadan asılılıq telləri getdikcə azaldıqca, Rusiyadan təzyiqlər də istər-istəməz azalır. İkincisi, Moskva uzunmüddətli təzyiqlərdən sonra əmin oldu ki, Azərbaycan irəli sürdüyü şərtlərdən geri çəkilən deyil. Anlamağa başladılar ki, Azərbaycanla diktə dilində danışmaq effekt verməyəcək. Üçüncüsü, Azərbaycanın Qərbə doğru meyllənməsi son zamanlar artıb. Avropa Birliyi ilə danışıqlar aparılır, Azərbaycan qazının Avropa bazarına çıxarılması, İpək yolunun açılmaq üzrə olması və digər addımlar Azərbaycanı Qərbə yaxınlaşdırır, Qərblə əlaqələri gücləndirir. Ona görə də indiki şəraitdə Avrasiya Birliyinə görə Azərbaycana təzyiq eləmək o qədər asan deyil”.
Q.Hüseynli vurğuladı ki, Moskva açıq şəkildə olmasa da, dolayısı yollarla Azərbaycana təzyiq edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinin ortaya atılması, bununla eyni vaxtda Moskvada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illiyinin keçirilməsi, mərasimə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun, xarici işlər naziri Sergey Lavrovun, Vladimir Jirinovskinin qatılması və ermənilərin şəninə təriflər, arzular ifadə edilməsi dolayısı yolla təzyiqdir: “Bu, dolayısı ilə təzyiqdir, həm də onların iç üzünü açan faktdır. Rusiya artıq öz hərəkətləri ilə əslində öz-özünü ifşa edir. Dünənə qədər küçələrdə ticarətlə məşğul olan bir erməninin yubileyinin keçirilməsi və dövlət səviyyəsində həmin tədbirdə iştirak Rusiyaya o qədər şöhrət qazandırmır. Ara Abramyan nə böyük adamdır ki, onun yubileyinə Rusiya prezidentinin danışan dili sayılan Peskov, xarici işlər naziri Lavrov qatılır. Deməli, onlar bu addımla həm də Azərbaycana təzyiq edirlər, nümayiş etdirirlər ki, Ermənistanın yanındayıq. Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının tərəfdarı kimi çıxış edənlər bu faktı unutmamalıdırlar”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
|