Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                 

“Deputat danışmayanda problemlər öz həllini tapacaqsa, hamılıqla susaq” - Fazil Mustafa
Tarix: 25-04-2017, 08:47 | Çap et
“Deputat danışmayanda problemlər öz həllini tapacaqsa, hamılıqla susaq”
Çoxdan barəsində danışılan “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi birmənalı qarşılanmayıb. Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasındakı müzakirələrdə də etirazlar səslənib.

Konkret olaraq deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev deputatın mandatdan çox asanlıqla məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxıb. Özü BAXCP-nin mətbuat xidmətinə müsahibəsində etirazının səbəblərini açıqlayarkən bunları deyib: “Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir: İcra, məhkəmə və qanunvericilik hakimiyyəti. Konstitusiyaya əsasən hakimiyyətin hər üç qolu qarşılıqlı fəaliyyət göstərir və bir birilərinə nəzarət edirlər. Konstitusiyanın 107-ci maddəsinə əsasən prezident ağır cinayət törətdikdə vəzifəsindən məhrum edilə bilər və bu prosesdə həm Konstitusiya Məhkəməsi, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Konstitusiyanın 128-ci maddəsinə əsasən, hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla bilər və bu prosesdə həm prezident, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Amma təəssüf ki, hazırda konstitusiyaya zidd olaraq hakimlər cinayət törətməsələr də, Məhkəmə Hüquq Şurası tərəfindən intizam məsuliyyətinə cəlb etməklə, onların vəzifə səlahiyyətlərinə xitam verirlər”.

Q.Həsənquliyev əlavə edib ki, konstitusiyaya edilən son dəyişikliklərə görə, hakimiyyətin digər iki qanadının təmsilçilərindən fərqli olaraq deputat etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum edilir: “Hazırda bu normanın tətbiqi prosesi belə təklif olunur ki, 5 il ərzində deputata 3 dəfə töhmət verilərsə, o, Milli Məclis tərəfindən mandatdan məhrum edilir. Yəni hakimiyyətin digər iki qanadına tətbiq olunması nəzərdə tutulan prosedurdan fərqli olaraq bu prosesdə hakimiyyətin digər qanadları iştirak etmir. Halbuki bu, qarşılıqlı nəzarət baxımından vacibdir və hüquq düşüncəsi, hüquq mədəniyyəti bunu tələb edir. Əgər təklif olunan layihə qəbul olunsa, deputatı mandatdan məhrum etmək adi bir ixtisassız işçini işdən çıxarmaqdan daha asan olacaq. Çünki Əmək Məcəlləsinin 190-cı maddəsinə görə, işçiyə verilən töhmət 6 ay qüvvədə olur və vaxtından əvvəl götürülə bilər. O cümlədən işçi hər hansı mükafat alarsa, töhmət qüvvəsini itirir. Eyni zamanda işçi bu qərardan məhkəməyə şikayət edə bilər. Deputata verilən töhmət isə 5 il qüvvədə qalır və onun məhkəməyə şikayət hüququ nəzərdə tutulmur. Deputatı mandatdan mərhum edərkən Milli Məclis həm qanun qəbul edən, həm də onu tətbiq edən orqan kimi çıxış edir ki, bu da konstitusiyaya ziddir. Qanun pozuntusunu məhkəmə qiymətləndirməli olduğu halda o bu prosesdə iştirak etmir. Deputat konstitusiyanın 61-ci maddəsinə zidd olaraq özünü, müdafiə üçün keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum edilir”. Deputat gözlənilən təhlükədən də bəhs edib: “Nəzərə alsaq ki, parlamentdə müxalifət təmsilçiləri və bitərəflər fəaliyyət göstərir, qanun parlament çoxluğuna imkan verəcək ki, xalqın mandat verməsinə baxmayaraq, istənilən xoşlamadığı deputatı mandatdan məhrum etsin. Ən təəccüblüsü isə odur ki, layihənin müəlliflərinin özləri də deputatdır”.

Bununla belə, BAXCP sədri ümidini itirmədiyini də vurğulayıb: “Sözün doğrusu, mən deputatlardan daha çox prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu konstitusiyaya zidd qanunlar qəbul edirik. Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu prezident imzalamayacaq”.

Deputat Fazil Mustafa da “Yeni Müsavat”a açıqlamasında narahatlığını ifadə etdi və həmkarının fikirlərini dəstəklədi: “Etik davranış qaydalarının pozulmasına görə deputatın mandatdan məhrum edilməsi məsələsinin absurdluğuna münasibətimizi biz də komitələrin birgə iclasında bildirmişik. Təsəvvür edin ki, İntizam komissiyası sənin haqqında tərəfli rəy verir, razılaşmadığın təqdirdə heç bir məhkəmə qaydasında araşdırmaya imkan tanınmır. Mandatdan məhrumetmə prosedurası da eyni qaydada gerçəkləşdirilə bilir. Qüdrət bəyin də bu məsələni detallarına qədər məntiqli şəkildə izah etməsi doğrudur və dəstəkləyirəm. Parlament spesifik bir qurumdur, burada ölkənin siyasi palitrası təmsil olunur, bu qanun kim güclüdürsə say çoxluğuna görə istənilən şəxsi məqsədyönlü şəkildə sıradan çıxarmaq imkanına sahib olur. Seçicinin iradəsi isə tamamilə arxa planda saxlanılır. Əslində deputata töhmət verilməsi də kifayət qədər əsaslandırılmamış cəza növü kimi düşünülüb. Deputatı bir məmurla eyniləşdirmək doğru deyil”.

Konstitusiyaya zidd qanunların qəbul olunmasına gəldikdə isə, F.Mustafa bildirdi ki, artıq bu praktika adiləşməyə başlayır və gələcəkdə çox mənfi nəticələri ola bilər: “Bundan əvvəl də referenduma bələdiyyələrin Milli Məclisə hesabat verilməsi barədə müddəa çıxarılmışdı, qəbul olundu. Hələ indiyədək mexanizm tapılmır ki, başqa prosedurla seçilən bir qurum, yəni bələdiyyə necə digər bir seçkili orqan olan Milli Məclisə hesabat verə bilər? Konstitusiyada var, ancaq indiyədək hesabat dinləməmişik və dinləmək də mümkün deyil. Tutaq ki, biz hansısa bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdik, seçicinin iradəsinə zidd olaraq ona hansı hüquqi tədbirləri tətbiq edə bilərik? Mənim də fikrimcə, bu müddəa qəbul olunarsa, xeyli ziddiyyətli məqamlar ortaya çıxacaqdır və biz qanunverici orqanın təmsilçiləri olaraq bu cür aşkar konstitusiya pozuntusuna yol verməməliyik”.

Belə fikirlər var ki, ayrı-ayrı dairələr, məmurlar hətta parlamentin indiki tərkibində də tənqidlərin səslənməsini istəmədikləri üçün deputatların səlahiyyətlərini də məhdudlaşdırma yolunu tutublar. F.Mustafanın fikrincə, ola bilsin ki, bu cür niyyətdə yanaşmalar olsun: “Amma əsas məsələ odur ki? konstitusiyaya hörmətdən gedir. Deputat danışmayanda problemlər öz həllini tapacaqsa, hamılıqla susaq. Məsələyə bu qədər bəsit yanaşma olmaz. Qanunverici orqanın fəaliyyətini bu qədər məhdudlaşdırmaq dövlətin özünün də maraqlarına ziddir”.

F.Mustafa qanunun əleyhinə çıxacağını bildirdi: “Bu formada qanun layihəsinin əleyhinə səs verəcəyəm”

Yeri gəlmişkən, bəzi deputatlar da var ki, vədələşiblərmiş kimi “sükutu pozur”, işlətdikləri ən azı ehtiyatsız ifadələrlə ictimai rəyi günlərlə məşğul edirlər. Maraqlıdır, F.Mustafa bu sayaq çıxışları necə qarşılayır, ümumən həmkarlarının qalmaqallı çıxışlarının səbəbini nə ilə izah edir? F.Mustafa: “Deputat həmkarlarımın davranışlarını qiymətləndirmək tərəfimdən doğru anlaşılmaz. Bütün hallarda hər kəs öz statusunun məsuliyyətini anlamalı və bütün çıxışlarına, açıqlamalarına diqqət yetirməlidir. Fikir plüralizmi ilə fikirsiz plüralizm arasında sərhədləri dəqiq görmək lazımdır. Son instansiya olaraq ən dəqiq qiymətləndirici isə sadə vətəndaşdır, seçicidir”. Bəs deputatların etik davranış kodeksinin qəbulu vəziyyətə təsir göstərəcəkmi? BQP başqa bildirdi ki, deputatın etik davranış kodeksi konstitusiyaya salınmış müddəa ilə əlaqədar qanun layihəsi şəklində gündəmdə müzakirəyə çıxarılıb: “Məncə, etik davranış qaydalarını əsas götürərək deputatın fəaliyyət sferasını məhdudlaşdırmaq yanlış bir tendensiyadır, bu, qanunverici orqanın nüfuzunu xeyli aşağı sala bilər. Belə bir qanunla, mətbuatın jarqonu ilə desək, kiminsə ”güllələnməsinin" və ya “zibilləməsinin” qarşısını almaq inandırıcı görünmür".
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru