Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                 

"Çox yaxşı... amma gecikmişik, gərək bu, çoxdan olaydı" - Partiya sədri
Tarix: 15-02-2021, 08:13 | Çap et
"Çox yaxşı... amma gecikmişik, gərək bu, çoxdan olaydı"
Torpaqlarımızın işğaldan azad edilməsi yeni idarəçilik modellərinin tətbiqinə imkan verir. Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Qeyd edilir ki, A.Kərimov bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. “Ağ şəhər” layihəsinin icrasında iştirak edib və bu cür layihələrin icrasında təcrübəyə malikdir.

Prezidentin bu təyinatı da, böyük ehtimalla Şuşa şəhərinin yenidən qurulması prosesinə təcrübəli kadrın cəlb edilməsi, aparılan quruculuq və bərpa işlərinə nəzarəti həyata keçirməkdir. Çünki nəinki Şuşada, həmçinin işğaldan azad edilmiş bütün ərazilərdə yenidənqurma, abadlıq, tikinti işlərinə birbaşa Prezidentin özünün nəzarət edəcəyi məlumdur. Bunu cənab Prezident özü də vurğulayıb. Gözlənilir ki, işğaldan azad edilmiş bütün ərazilərə yaxın zamanda xüsusi nümayəndələr təyin olunacaq və bu da ölkədə xüsusi nümayəndəlik institutunun formalaşması ilə yekunlaşacaq.

Milli Məclisin ötən gün keçirilmiş iclasında da Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavininin və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusu müəyyən edilib. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək. Təklif müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Yeni idarəetmə strukturu ilə yerli icra hakimiyyəti strukturu arasındakı fərq də hazırda müzakirə mövzusudur. Xüsusi nümayəndənin səlahiyyətləri ilə icra başçılarının səlahiyyəti üst-üstə düşmür ki? Burda bir məqamı vurğulamaq yerinə düşər ki, son illərdə icra hakimiyyətlərindən narazılıqlar xeyli artıb. Neçə icra başçısı məhz vəzifəsindən sui-istifadə etdiyinə, korrupsiyaya bulaşdığına, yeyintilərə yol verdiyinə, dövlət büdcəsinə ziyan vurduğuna görə vəzifəsindən kənarlaşdırılıb və hüquqi çərçivədə məsuliyyətə cəlb edilib. Yəni bu illər ərzində kabinetindəki seyfindən dəstə-dəstə pullar çıxan icra başçılarını da gördük, müğənnilərdən tutmuş sıravi vətəndaşlara qədər işğaldan azad edilmiş yurd yerlərini ziyarət edənlərə rəğmən ermənilər hər yeri minalayıb deyə Şuşaya “gedib çıxa bilməyən” icra başçılarını da. Elə bu məsələlər də icra hakimiyyətlərinin lazımsız bir qurum kimi, daha doğrusu, yeyinti mənbəyinə çevrilmiş bir qurum kimi ləğvi məsələsini aktuallaşdırıb. Bu baxımdan Prezidentin xüsusi nümayəndələrinin təyinatı yaxın zamanda icra hakimiyyəti strukturunun tamamilə ləğv ediləcəyi ehtimalını gücləndirir. Hələliksə, idarəetmə strukturlarının hər ikisi fəaliyyətdədir. Kim nəyə nəzarət edəcək, kim hansı işi görəcək?

ADP sədri Sərdar Cəlaloğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, sabiq prezident Əbülfəz Elçibəyin zamanında fərqli adla, lakin təxminən eyni səlahiyyətlərə malik qurum fəaliyyət göstərib:

- Prezident Administrasiyasında Prezident İnspeksiyası yaradılmışdı. Bu inspeksiyanın işi yerlədə icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət etmək idi. Faktiki Prezidentin sərəncam və göstərişlərinin icrasına nəzarət edən qurum idi. Mən illər öncə bu təkliflə çıxış etmişdim ki, Prezidentin fərman və sərəncamlarının, göstərişlərinin, tapşırıqlarının icrasına nəzarət edəcək bir qurum yaradılsın, mən ona rəhbərlik edərəm. Çünki belə bir strukturun olması çox vacibdir. Bu struktur Prezidentin vəzifəyə təyin etdiyi, hansısa tapşırıq verdiyi adamların üzərində nəzarəti həyata keçirməlidir. İndi Prezidentin xüsusi nümayəndələrinin statusu müəyyən edilib, bununla bağlı qanuna müvafiq düzəlişlər, yeniliklər edilib. Çox yaxşı. Amma gecikmişik. Gərək bu, çoxdan olaydı.

S.Cəlaloğlu qeyd etdi ki, Prezidentin xüsusi nümayəndəsinin, onun müavini və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusunun müəyyən edilməsi nəzarətin həyata keçirilməsində faydalı olacaq:

- Bu, yeni nəzarət mexanizmi kimi düşünülüb. Xüsusən nümayəndə Prezidentin sərəncamlarının, göstərişlərinin icrasına nəzarət edəcək. İcra hakimiyyəti sərəncamları, verilən tapşırıqları icra etmək üçündür. Xüsusi nümayəndəlik isə icraya nəzarət üçün lazımdır. Bəzən Prezident özü də narazılıq edirdi ki, yerlərdə nəzarət zəifdir, nəzarət mexanizmi güclü olmalıdır. Xüsusi nümayəndəliklər bu işin öhdəsindən gəlməlidir. Şuşaya Prezidentin xüsusi nümayəndəsi təyin olunduğu kimi, işğaldan azad edilmiş digər ərazilərdə də xüsusi nümayəndələr olmalıdır.

S.Cəlaloğlu Türkiyə idarəetmə modelində də belə nəzarət mexanizminin olduğunu dedi:

- Türkiyədə bir qədər fərqli sistemdir. Valilik, kaymakamlıq var, bələdiyyə var. Məsələn, vali prezidentin təmsilçisidir. Prezidentin nümayəndəsi. Hökumətin səlahiyyətli nümayəndəsidir. İdarəetmənin geidişi ilə maraqlanır. Bəzi ölkələrdə qubernator vəzifəsi ilə eynidir. Kaymakam isə rayonun - mahalın (vilayətin) mülki idarə əmiridir. Valinin təmsilçisidir. Onun əmrlərini, tapşırıqlarını yerinə yetirir. Bələdiyyənin də fəaliyyətinə nəzarət edir. Türkiyədə bölgə, mahal, ilçe kimi inzibati bölgülər var və əhali sayına, vilayəti təşkil edən kəndlərin sayına görə dəyişir. Hər ölkədə fərqli idarəetmə sistemi ola bilər. Amma Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi, indiki vaxtda xüsusilə də işğaldan azad edilmiş ərazilərimiz üçün vacibdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru