“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                 

“KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı - “Aqro-Star Plyus” MMC-nin “Krodo-Bank” ASC ilə hansı bağlantıları var?
Tarix: 6-11-2014, 12:57 | Çap et
“KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı
Ötən sayımızda dərc olunmuş yazıda “KredoBank” ASC-dən 15 milyon türk lirəsinin (Azərbaycan manatının kursu ilə təxminən 7, 5 milyon manat) Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun himayəsində olan “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilməsi ilə bağlı bəzi faktlara aydınlıq gətirilmişdi. Həmçinin qeyd edilmişdi ki, uzun müddətdir adı çəkilən bankla “Aqro-Star Plyus” MMC arasında yaşanan kredit qalmaqalına dair aşağı məhkəmə instansiyalarının qərarlarına Ali Məhkəmə 30 oktyabr 2014-cü ildə son verib. Belə ki, “KredoBank” ASC-nin Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun iddia tələbinin əsassız olduğu barədə qəti qərar verilib.

Bəs “Aqro-Star Plyus” MMC-nin “Krodo-Bank” ASC ilə hansı bağlantıları var?

Redaksiyamıza təqdim olunmuş sənədlərdən məlum olur ki, adı çəkilən və başı qalmaqallı MMC sıradan bir şirkət deyil. Həmin şirkətin Vergilər Nazirliyindən 23 may 2011-ci ildə alınmış “Dövlət Reyestrindən Çıxarış”ından məlum olur ki, adı çəkilən MMC-nin 3 payçısı olub: Ələddin Ağca oğlu Yusifov (75 pay), İlham Səməd oğlu Mustafayev (15 pay) və Səfərov Zöhrab Məmməd oğlu (10 pay).
Diqqəti çəkən isimlərdən Zöhrab Səfərovla bağlı maraqlı fakt üzə çıxır. Bu həmin Z.Səfərovdur ki, Müşfiq Vəkilova məxsus, Bakıda yerləşən (Bayılda) “KROWN-OTEL”in icraçı direktorudur. O, əvvəllər Müşfiq Vəkilovun atası İsa Vəkilovun sürücüsü işləyib və hazırda Bakının Babək prospektində yerləşən “555” adlı avtosalonun da rəhbəridir. Bundan əlavə, ötən yazıda da qeyd olunduğu kimi, 09.01.2013-cü ildə Müşfiq Vəkilov rəhbəri olduğu “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilmişdir. Sənədlərdən bəlli olur ki, (Türkiyə Dövlət Notariusunda təsdiqlənən köçürmə sənədinin surəti təqdim olunur) bu vəsaitin 2 milyon 250 min lirəsi Zöhrab Səfərov adlı iş adamının adına 15 faizlik pay kimi keçir.

Bəs Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi iş adamı Cavidan Hacıyevi necə həbs edib?

“Təzadlar”a daxil olmuş sənədlərdən birindən o da məlum olur ki, “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilmiş 15 milyon türk lirəsinin taleyi ilə bağlı cinayət işi başlanılmışdır. Nəticədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavidan Hacıyev adlı iş adamı həbs olunmuşdur. Belə ki, Baş Prokurorluğun mətbuat xidmətinin hələ bu ilin martın 28-də yaydığı rəsmi açıqlamada bildirilirdi ki, “Bank Technique” ASC-dən (keçmiş “Texnikabank”) qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib : “”Bank Technique” ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.

Bəs Cavidan Hacıyev niyə həm də “KredoBank” ASC ilə məhkəmə çəkişməsində olub?

Apardığımız araşdırmalarla başqa bir maraqlı fakt üzə çıxdı. Məlum olur ki, Cavidan Hacıyevlə “KredoBank” ASC arasında da oxşar əməliyyat baş tutub. Məsələn, yuxarıda qeyd olunduğu kimi, adı çəkilən bankdan Cavidan Hacıyevin təsisçisi olduğu “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilib və həmin pul vəsaiti banka qaytarılmayıb... Sonradan C.Hacıyev “KredoBank”dan yenə də külli miqdarda kredit götürüb, həmin vəsait mənimsənilib. Sonradan adı çəkilən bank Suraxanı rayon Məhkəməsində mahiyyəti üzrə iddia qaldırıb. Məhkəmə bankın iddiasını təmin edib. Lakin “Təzadlar”a məlumat verən mənbə bildirir ki, əslində, bu əməliyyatlar bank rəhbərliyi ilə Cavidan Hacıyevin birgə məqsədlərinə xidmət edib. Ona görə də bank rəhbərliyi formal olaraq belə bir məhkəmə qərarının əldə olunmasına nail olub, məqsəd diqqəti bu korrupsiya hərəkətindən yayındırmaqdır.
Onu da öyrəndik ki, Suraxanı rayon Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsində qarşı tərəfin formal şikayəti əsasında baxılıb və 11 fevral 2013-cü il tarixdə hakim Azad İmanovun sədrliyi ilə keçirilən iclasda həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılıb (İddiaçı: “KredoBank” ASC, cavabdeh: “Trans-alyans” MMC və qeyrilərinin kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarlı hesab edilməsi, kredit üzrə borcun ödənilməsi və digər tələblər).
Biz “Trans-Alyans” MMC-nin barəsində məlumat axtardıq. Əldə olunan məlumatlar belə oldu: “Trans-Alyans” MMC, AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs. ŞTQ Nizami İsmayılov (Qaraçuxur, ev.2).

Kredit fırıldağının sonunda görünməz əl...

Baş Prokurorluğun yuxarıda təqdim olunan rəsmi açıqlamasına bir daha diqqəti çəkmək istəyirik: “İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Hazırda istintaqın hansı qənaətə gəlməsindən məlumatsız olsaq da, bir məsələni qeyd etmək yerinə düşər ki, Cavidan Hacıyev eyni üsulla müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törədib. Sual yaranır: banklar, adətən kred müqaviləsi bağlanarkən vətəndaşlardan götürülən məbləğin əvəzində ən azı 3 dəfə bahalı əmlak (girov) tələb edirlər. Təsəvvür edin, əgər C.Hacıyev “Bank Technique”dən 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəyibsə, deməli, o, banka ən azı 50-60 milyon manat dəyərində girov qoymalı idi. Bəs bank rəhbərliyi doğrudanmı Cavidan Hacıyevin bu qədər manat dəyərində girov əmlakını görüb qiymətləndirmiş və akt tərtib etmişdilər? Və Cavidan Hacıyev eyni qayda ilə həm də “KredoBank” ASC-dən də krediti götürüb mənimsəmişdi. Bu bankın rəhbərliyi necə, C.Hacıyevin girov əmlakının olub-olmadığını bilirdimi?

Kredit dələduzluğu Türkiyədə kimləri ayıltdı?

Qeyd edək ki, Cavidan Hacıyevlə yanaşı, “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törətmiş başqa bir iş adamı Rauf Kərimovun da adı keçir. Onui da C.Hacıyevlə birgə həbs ediblər. Sonradan məlum oldu ki, kredit dəluduzları Türkiyədə bu ölkənin iş adamı olan Atif Fərmandala, Hollandiya vətəndaşı Ronald Rudolfa və əslən türk olan Ərcan Cana da fırıldaq gəliblər. Məsələn, bir müddət əvvəl ölkə KİV-lərində belə məlumatlar dərc olundu ki, 2008-ci ildə A.Fərmandal və R.Rudol ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırıblar. Bodrumdakı ərazi Atif Fərmandala məxsus olub. Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici - 77 faizlik payla əsas sahiblərinə çevrilir. Amma az sonra C.Hacıyev və R.Kərimov bizneslərində “fors-major” yaşandığını Türkiyəli şəriklərinə çatdırıblar. Onlar “Bank Melli İran” və onun Türkiyədəki şöbəsini dövriyyəyə cəlb edirlər. Ekspertlər Bodruma gəlib, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit verə biləcəklərini deyirlər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunub. O isə Azərbaycandan olan şəriklərə güvənmədiyini deyib və müxtəlif bəhanələrlə razılıq verməkdən imtina edib. Sonda isə Ərcan Canın evinə hücum edib, onu bu sənədə imza atmamağa məcbur edirlər.
Cavidan Hacıyev və Rauf Kərimov sənədləri İran Milli Bankına verərək ilkin olaraq, 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və İrandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdirirlər... Sonradan Türkiyə məhkəməsinin qərarına əsasən Atif Fərmandal həbs edilir, Ərcan Cana Türkiyədən çıxmaq yasaq olunur. Cavidan Hacıyev və Rauf Kərimov haqda isə axtarış elan olunur... Nəhayət, onlar bu ilin martında Azərbaycanda həbs olunurlar.
Göründüyü kimi, bu iki şəxs analoqu olmayan cinayət əməli törədərək başqalarına məxsus əmlakları (təbii ki, bankların rəhbərliyinin himayəsi ilə) girov qoyaraq kredit götürüb mənimsəyiblər.
“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru