"Ağrıları olduğundan zala gələ bilmir" - "RABİTƏ İŞİ"
Tarix: 29-03-2017, 11:48 | Çap et
 Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin əməliyyat olunduğunu deyib: "Hazırda Bayram Vəliyev məhkəməyə gətirilib yalnız əməliyyatdan sonra ağrıları olduğundan zala gələ bilmir. Xahiş edirik ki, ona reabilitasiya üçün 1 həftə vaxt verin. Ağrıları var. İndi məhkəməyə hörmətsizlik etməsin deyə bu prosesə gəlib". Hakim müraciəti təmin edib. Proses təxirə salınıb. Məhkəmə aprelin 5-də davam edəcək. Xatırladaq ki, Bayram Vəliyevin belində 14 mm yırtıq var idi. O, məhkəməyə əməliyyat olunması ilə bağlı müraciət etmişdi. Təqsirləndirilən şəxs bayram günlərində Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyat olunub. Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Ana Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib. Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
|