Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                 

“Rusiya Azərbaycanda seçkilərə gizli namizəd hazırlayır” - Deputatdan ŞOK
Tarix: 10-04-2017, 12:52 | Çap et
“Rusiya Azərbaycanda seçkilərə gizli namizəd hazırlayır”
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş yəhudi əsilli deputatı Yevda Abramovun “Ölkə.Az”-a müsahibəsi:

- Bu yaxınlarda Rusiyanın Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Sizcə, bu addımın arxasında hansı məqamlar dayanır?

- Bilirsiz, doğrudan da bunun arxasında dayanan qüvvələr var. Bu birdən-birə yaranmayıb. Ümumiyyətlə, hər dəfə prezident seçkilərinə təqribən bir il qalmış Kremlin ssenristləri, Moskvanın politoloqları, xüsusilə də SSRİ-nin Avrasiya İttifaqının tərəfdarları bu təşkilata daxil olmaq istəməyən, hələlik üzvü olmayan dövlətlərə qarşı təsir rıçaqlarını işə salırlar. İndi mən dəqiq deyə bilmərəm ki, bu, Vladimir Putinin ssenarisinin bir hissəsidir. Amma onu da deyə bilmərəm ki, bundan Putinin xəbəri yoxdur. Çünki Rusiya kimi dövlətin ədliyyə naziri Ümumrusiya Azərbaycan Konqresi barədə Ali Məhkəməyə müraciət edibsə, o bunu yuxarı orqanların məsləhəti olmadan edə bilməzdi. Bunu Azərbaycan xalqı və dövləti də çox gözəl başa düşür. Ona görə də bu məsələ Milli Məclisdə çox düzgün olaraq geniş müzakirə olunub.

Bizim çox güvəndiyimiz və ölkəmiz üçün böyük işlər görən Ümumrusiya Azərbaycan Konqresinin bu vəziyyətə düşməsi ilk növbədə Azərbaycan dövlətinin imicinə xələl gətirir. Çünki bizim ən güclü diasporamız Rusiyadadır. Rusiyada olan diaspora nümayəndələri arasında çox tanınmış və imkanlı şəxslərimiz, Qubadan olan biznesmenlərimiz də var. Qubadan olan həmin böyük iş adamlarımız da həm diasporamızın inkişafına, həm də Rusiya iqtisadiyyatına böyük maliyyə dəstəyi verirlər. Bu mənada məni də sözügedən məsələ çox maraqlandırır. Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın arasına girən qüvvələr mövcuddur. Ona görə də yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2012-ci ilin seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” kimi, oxşar hadisələr baş verə bilər. Bütün bu gözləntilərin real olub-olmaması məsələsi Rusiya Ali Məhkəməsinin qərarından sonra bəlli olacaq. Əgər Rusiyanın Ali Məhkəməsi qanunsuz yerə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə qərar verərsə, o zaman rəsmi Moskvanın iç üzü açılacaq. Yaxud əksinə olarsa, həmin qüvvələrin geri çəkilməsi barədə mesaj əldə olunacaq. Mən inanıram ki, həmin qüvvələr geri çəkiləcəklər. Çünki bir çox dövlətlərin idarə və təşkilatları Prezident İlham Əliyevin güclü iradəsi və yürütdüyü xarici siyasəti qarşısında duruş gətirə bilmir. Prezident İlham Əliyev çox çevik manevr etmək qabiliyyətinə malikdir. Ona görə də Prezident İlham Əliyev dəqiq arqumentlərlə Azərbaycanı belə çətin vəziyyətlərdən xilas edə bilir. Bu baxımdan da biz Ali Məhkəmənin qərarını gözləməliyik.

Eyni zamanda, bu addımın təsadüfən atıldığını da demək olmaz. Bunu qurdalayan qüvvələr mövcuddur. İlana zəhər verən kərtənkələlər Azərbaycanda da var. Hətta, burada vaxtilə Azərbaycanda yüksək vəzifələrdə çalışmış və bugün nüfuzlarını itirməkdə olan bəzi şəxslərin barmaq izləri də görünür. Ancaq biz bu cür sınaqlardan çox çıxmışıq.

- Azərbaycandan çıxmış və nüfuzlarını itirmiş dedikdə, konkret olaraq kimi nəzərdə tutursunuz?

- Burada konkret ad çəkə bilmərəm. Çünki ad çəkməyim o deməkdir ki, bu insan haqqında rəsmi məlumatım var. Bunun üçün müvafiq orqanlar dəqiq nə isə deyə bilər. Biz siyasətçiyik, diplomatıq. Bizim əlimizdə fakt olmadan kiminsə adını çəkmək doğru deyil. Ancaq mən onu bilirəm ki, narazı olan və vaxtilə əldə etdiyi səlahiyyətləri bu gün itirən bəzi şəxslər belə bir addım atıb, suyu bulandırmaq istəyir. Buna oxşar addımlar 4 il öncə də olmuşdu. Həmin vaxt Azərbaycanda prezident seçkiləri yaxınlaşdırıldı. Seçkilər ərəfəsində həmin qüvvələr özlərinin uydurduğu namizədləri irəli sürürdülər. Ona görə də əgər Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciətini qəbul edərsə, o zaman çox keçməz, onların uydurduğu namizəd də ortaya çıxa bilər.

- Deyirsiz ki, Rusiyada olan qüvvələr Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd hazırlayır?

- Əlbəttə ki, mümkündür. Bu namizədin kimliyini isə heç kəs bilə bilməz. Onu həmin gizli qüvvələr hazırlayır. Ona görə də son aylar artıq ölkəmizdə də bəzi qüvvələr "çikkildəməyə" başlayıb.

- Siz müxalifətin 8 aprel mitinqini nəzərdə tutursunuz?

- Bəli, müxalifətin mitinqlərinin də bununla əlaqəsi var. Ola bilməz ki, əlaqəsi olmasın! İndiyədək Milli Şura yatmışdı, ayı kimi qış yuxusuna getmişdi, heç kəsin səs-sorağı gəlmirdi, hamısı qeybə çəkilmişdi. Ancaq nə oldu? Elə ki, Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi məsələsi ortaya atıldı, bunlar da oyanmağa başladı. Yəni, hər şeyin səbəb və nəticələri var. Elə-belədən heçnə olmur. Ona görə də məhkəmənin sonunu gözləmək lazımdır. İndidən mətbuatın bu məsələ ilə bağlı kimisə qaralaması da doğru deyil. Biz bu məsələni Milli Məclisin son plenar iclasında da qaldırdıq, deputatlar öz etirazlarını bildirdi və Rusiyaya müraciət olundu. Artıq onlar bizim narahatlığımızdan xəbərdardır, hər şeyi bilir.

- Yeri gəlmişkən, Milli Şuranın 8 aprel mitinqini necə qiymətləndirirsiz?

- Bilirsiz, bu mitinqin əsas məqsədi Milli Şuranın öz tərəfdarlarına salam verməsi idi. Yəni, onlar öz tərəfdarlarına salam verirlər ki, biz hələ ölməmişik, məhv olmamışıq, varıq. Əşi, biz belə mitinqləri çox görmüşük. Bizi belə mitinqlərlə qorxutmaq mümkün deyil. Bunun üçün onlar bizdən min dəfə güclü olmalıdır. Onlar bununla Azərbaycanda heç nəyə nail ola bilməyəcək. Xalq ağı qaradan seçə bilir. Xalq hər bir deputatın, diplomatın, nazirin kim olduğunu yaxşı bilir. Ona görə də bu mitinq bir görüntüdür.

Digər tərəfdən isə, hər bir cəmiyyətdə olduğu kimi, bizdə də müəyyən çətinliklər var. Biz bunu gizlətmirik də! Mən açıq deyirəm. Xalq da bu devalvasiyanın səbəblərini başa düşür. Görürsünüz ki, son 20 gündə hümanitar siyasətdə müəyyən müsbət dəyişikliklər baş verir, artıq manatda sabitlik yaranır. Bir də gördün ki, 5-6 ay sonra bu proses sabit olaraq belə də davam edəcək. Bu proses Rusiya və Qazaxıstanda da eyni olub. Bu çətinliklər çox davam etməyəcək. Hər qaranlıq gecənin bir sabahı olur. Ona görə də mitinqlərə gələnlərin sayı və orada səsləndirlən şüarlar bizim tükümüzü belə tərpədə bilməz.

Bir hadisəni danışım. Bunu mətbuata açıq deməkdən çəkinmirəm. Mən Qələbə kinoteatrı tərəfdə yaşayıram. Təqribən 3-4 il öncə orada müxalifətin mitinqi idi, yağış da yağırdı. Bir-iki nəfər arvad əllərindəki plakatı yerə tullayıb, qoynlarındakı pulu çıxardıb, orada olan “Bizim market”-ə girib toyuq aldılar. Arvadın biri o birinə dedi ki, bu biqeyrətlərin verdiyi 10 manata heç iki toyuq almaq olmur. Mən həmin qadınlardan soruşdum ki, nə 10 manat? Onlar da mənə bildirdi ki, biz mitinqdə plakatları 10 manata tutmuşuq. Baxın, müxalifətin mitinqi məhz budur! Ona görə də müxalifət heç kəsi qorxuda bilməz.

- Parlamentin iclasında rus əsilli deputat Mixael Zabelin də Rusiya xalqına müraciət etdi. Yəqin ki, bu məsələ ilə bağlı ona tapşırıq verilib.

- Yox, mənə elə gəlir ki, Mixael müəllim artıq öz tapşırığını yerinə yetirib. Əgər yadınıza gəlirsə, 3-4 il öncə Rusiyanın tanınmış teleaparıcılarından biri erməni məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli çıxış etmişdi. Mən və Mixael Zabelin Rusiyanın rəsmi dövlət orqanlarına, Kremlə və televiziya kanalına rus dilində iki millətin adından böyük məktub göndərmişdik. Həmin məktubda ikimizin imzası yer alırdı. Biz bu məsələ ilə bağlı Rusiyadan həssas yanaşma xahiş etmişdik. Çünki ayrı-ayrı rus teleaparıcıları öz verilişlərində Azərbaycana qarşı qarayaxma kampaniyası aparırdılar. Həmin vaxt onlar deyirdilər ki, Azərbaycan “Jiqulu”nin idxalını dayandırıb, amma Ermənistan dayandırmayıb və s. Onlar erməni biznesmenini açıq şəkildə müdafiə edirdilər. Biz öz məktubumuzda onların cavabını verdik. Bildirdik ki, Azərbaycan çox tolerant dövlətdir. Burada ruslar və yəhudilər çox rahat və azad yaşayırlar. Kimsə Ermənistana “Jiquli” aparacaqsa, biz aparmayacağıqsa, buna görə Azərbaycanı qaralamaq olmaz. Biz törətdiyi qəzaların sayının çox olmasına görə standartlara cavab verməyən rus avtomobillərinin ölkəyə idxalına qadağa qoyduq. Bütün bunları biz Rusiyaya ünvanladığımız məktubda qeyd etmişik. Bu baxımdan da Mixael Zabelin bu məsələlərdə çox təcrübəli deputatdır. İnanıram ki, onun bu məsələ ilə bağlı da səyləri müsbət nəticə verəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru