Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                 

'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...' - Eldar Mahmudovun da adının keçdiyi ŞOK DƏLƏDUZLUQ...
Tarix: 23-02-2021, 10:21 | Çap et
'Dedi ki, klinikanı Ramiz Mehdiyev alır...'
Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev onun etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edir ki, əksinə, adıçəkilən şəxsin ona bu qədər borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.

Bu cinayət işində Quliyevdən başqa da zərərçəkmiş qismində tanınanlar var. Təqsirləndirilən şəxs isə bildirir ki, 919 min manat Quliyevdə qaldığına görə başqalarına olan borcunu ödəyə bilməyib, nəticədə ağır duruma düşüb.

39-yaşlı Şeydayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, məhkəmədə ifadəsində bildirib ki, uzun müddət bizneslə məşğul olub, Sumqayıtda klinikası vardı, dayısı da oranın direktoru idi. 2013-cü ildə Türkiyədə biznesində ziyana düşmüşdü, bu üzdən borcları yaranmışdı, ödənilməli böyük məbləğdə krediti vardı. Ona görə də klinikanı satmaq qərarına gəlib, qiymətini də 5 milyon manat müəyyənləşdirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ərəfədə Əziz Quliyev gəlib, o dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyevin klinikanı alacağını söyləyib: "Ramiz Mehdiyevə "ağsaqqal" deyirdi. Bildirmişdi ki, klinikanın satışıyla bağlı işlər ağsaqqalın köməkçisi Anar vasitəsilə həll olunur. 5 milyon desəm də, 4 milyon 200 min manata razılaşıblar. Düzü, Əziz demişdi ki, klinikanı özü işlədəcək, Ramiz Mehdiyevin sayəsində o da pul qazanacaq".

Şeydayev deyir ki, klinikaya görə ilkin olaraq ona 150 min manat ödənilib. Qalan pulun böyük bir hissəsi də "Azəriqazbank"dan götürülüb. Banka da Quliyevlə birlikdə gediblər. Orada bankın rəhbəri, o vaxt deputat olan Çingiz Əsədullayevlə görüşüblər: "Banka gələndə Əziz məlumat verdi ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardır. Çingiz Əsədullayevlə görüşdən sonra pul məsələsi həll olundu. Bankdan götürüb mənə ödədi. Qaldı 919 min manat, onu sonra ödəmədi. Tələb edəndə məni hədələməyə başladı. Dedi ki, söz-söhbət ağsaqqala çatsa, sənin üçün yaxşı olmayacaq...".

Təqsirləndirilən şəxs bildirib ki, özü Mehdiyevlə əlaqə yaradıb, problemi çatdırmağın yollarını axtarmağa başlayıb. Prezident Administrasiyasının idarə rəisi ilə görüşsə də, bu cəhdi nəticə verməyib. Daha sonra Mehdiyevin kürəkəni, o zaman deputat olan İlham Əliyevlə əlaqə yarada bilib: "İlham Əliyevlə görüşdük, Əziz Quliyev də orada idi. Məni dinləyəndən sonra Əzizə dedi ki, "bizim adımızdan istifadə edirsən?". Bu biri tərəfdən də məni günahkar çıxardı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm? Çünki o vaxt mən pulumu ala bilməyəndə hüquq-mühafizə orqanlarına şikayət etmişdim, necə var, hər şeyi olduğu kimi bildirmişdim".

Bir neçə il öncə yerli media orqanlarında da Şeydayevin Quliyevdən 919 min manata görə Səbail rayon Polis İdarəsinə şikayət etməsi haqda məlumat yayılmışdı.

Mehdiyevin kürəkəni ilə görüşün də nəticə vermədiyini vurğulayan Şeydayev iddia edir ki, şikayətlərindən sonra onu iş yerindən tutub Milli Təhlükəsizlik Nazirliyinə aparıblar. Bir gün orada saxlayıblar, döyüblər: "2014-cü ildə ofisimdə oturduğum vaxt MTN işçiləri başıma torba keçirib apardılar. Dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqarın tapşırığıdır. Nə qədər döydülər... Tələb elədilər ki, Əzizdə pulum olmadığını, onu şantaj etdiyimi yazım. Məcbur qalıb yazdım. Beləliklə, o oldu zərərçəkmiş, mən oldum cinayətkar...".

Şeydayev ifadəsində bunları danışanda zərərçəkmiş Quliyev və nümayəndəsi heç bir fikir bildirməyib. Amma onlar məhkəmə zalında jurnalistlərin iştirakına qadağa qoyulmasını istəyib. Səbəbi də belə izah edib ki, "prosesdə mötəbər şəxslərin adları hallandırılır".

Növbəti məhkəmə iclasında zərərçəkmişlər dindiriləcək.

Şeydayev CM-in 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşdə zərərçəkmiş sayılan Quliyev Əziz Göyüş oğlu Bakıda Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "İstanbul" klinikasının da sahibi olub.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə, hakimiyyətdən sui-istifadə və digər ittihamlar üzrə təqsirli bilinsə də, ona həmin maddələr üzrə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs kəsilib. Sonradan həbsdən buraxılıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu. Sonradan onlar məhkəmə qarşısına çıxarılaraq müxtəlif həbs cəzalarına məhkum edildilər, bir qismi isə bir müddət sonra azadlığa buraxıldı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru