Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.
Modern.az xəbər verir ki, 70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib.
B. Quliyev uzun illər Mədəniyyət Nazirliyində, həmçinin “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.
Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.