İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu .....                     Səhiyyə Komitəsindən sensasiyalı tələb .....                     "OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb .....                     DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR .....                     Sahib Məmmədovun özünəməxsus kadr oyunları… .....                     100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı .....                     Fransa XİN başçısını Ermənistana aparan səbəblər? .....                     Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur .....                     Ukrayna üçün dörd ssenari .....                     Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir .....                     "Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." .....                     Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır .....                     Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… .....                     Bu gün Azərbaycanın Müstəqillik Günüdür .....                     Akopyanın Simonyana Qarabağ “cavabı” .....                     Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb .....                     “Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                 

Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Tarix: Dünən, 10:35 | Çap et

"Bir müddət əvvəl tele-kanallardan birinə verdiyim müsahibədə Azərbaycanın siyasi iradə sahiblərinə müraciət edərək bildirmişdim ki, bizdə bəzi məmurlar, özəlliklə də Naxçıvan “canişin”i (Fuad Nəcəfli nəzərdə tutulur -red.) sözdən anlamır. Onlara bir sözü başa salmaq üçün Molla Nəsrəddin tərbiyə metodlarından istifadə etməlisən. Necə ki, Molla uşağı çörək almağa göndərəndə ona pul verməmişdən əvvəl şillə-təpiyin altına salıb döyürdü. Molladan bu ailədaxili şiddətin səbəbini soruşanda deyirdi ki, uşağı pulu itirməməsi üçün əvvəlcədən döyürəm. Pulu itirəndən sonra döyməyin nə xeyri var?.." "DİA-AZ" xəbər verir ki, bunu öz satirik yanaşmasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bunları əlavə edib: "3 illlik təcrübə sübut edir ki, “canişin” əfəndi də Bakıya çağırılıb danlandıqdan sonra düzəlir. Elədirsə, yaxşı olmazmı ki, hər səhər açılanda paytaxtdan Naxçıvana zəng gedə və “canişin” əfəndi danlaq payını əvvəlcədən ala və günü ağıllı idarəçiliklə keçirə? Camaatın keyfinə soğan doğrandıqdan sonra onun danlanmasının nə xeyri var?
Maraqlıdır ki, bizim səsimiz Qaraçuxurdan Prezident iqamətgahına gedib çatmadığı halda, deyəsən, Parisə yetişib. Fransa prezidentinin Vyetnama səfəri zamanı təyyarə qapısının anidən açılması ilə ortaya çıxdı ki, Emmanuelin xanımı Brijit Makron öz ərini işə başlamamışdan əvvəl bir partiya yaxşıca çırpırmış. Prezident də təbii ki, bütün iş günü boyu bu nazik cinsin ağır şilləsinin ağrısını sifətində hiss etdiyindən özünü adam balası kimi aparırmış.
Ən maraqlısı isə odur ki, Emmanuel Makron müəllim də hər gün nazik şillə qonaqlığı almadan evdən çölə çıxmadığını faktiki təsdiqləyib. O, Fransada və dünyada yayılan söz-söhbətə aydınlıq gətirərək bildirib ki, Makron ailəsində bu, çox normal hal imiş: “Bricit zarafat edirdi. Biz bir-birimizi sevirik. Belə zarafatlarımız çox olur”. Bir sözlə, Makronlar cütlüyü, bizim ibarə ilə desək, “eşşək zarafatı”ndan xoşlanırmış. Belə anlaşılır ki, Brijit xanım hər gün, bəlkə də günaşırı Emmanuel bəyi şillə-təpiyin altına salaraq, bir növ onunla zarafatlaşırmış. Doğrusu, “Bərəkallah, belə zarafata”, deməkdən özümü saxlaya bilmirəm. Bunlar öz yerində. Amma Makronun sözügedən etirafı da əslində Fransa prezidentinin evində ailədaxili şiddətin adi həyat normasına çevrildiyini təsdiqləyir.
Deyəsən, binəva Emmanuel əfəndi Brijit xanımın bu “zərif zarafat”ına o qədər öyrəncəli olub ki, hara getsə özüylə bərabər əlavə bir şilləvuran da aparır. Və yaxud şilləvuran mərdümazarlar gəlib onu tapır. Hətta seçiciləriylə görüşdə belə mütləq biri çıxıb onun zelaflaşmış sifətinə yağlı bir şillə çəkir. Yəqin ona görə ki, evdə yediyi şillənin dadı damağından qaçmasın, Brijit xanımdan aldığı təlimatları bir daha xatırlasın.
İnsafən, şillənin tərbiyəvi əhəmiyyəti yeni ortaya çıxmış həqiqət də deyil və onun Fransa xalqına da çox aidiyyəti yoxdur. Qədim çağlardan indiyədək, bu şəfa metodu xüsusilə bizim Şərq ölkələrində daha çox məşhurdur. Hətta orta əsrlərdə şah saraylarında “şamar oğlan” deyilən bir vəzifə təsis olunmuşdu. Sadə xalq kütlələrinin övladları arasından seçilən “şamar oğlan”lar sarayda saxlanılır, şahzadələrlə dostluq edir, yaxşı pullar qazanıb ata-anasını, qohum-əqrəbasını dolandırırdılar. Bunun əvəzində isə şahzadə bir qələt edəndə üzünü onun tərbiyəçisinə tutub gözünü yumurdular. Tərbiyəçi isə şahzadənin haqq etdiyi şilləni onun üzünə vurub müqəddəs vəzifəsini yerinə yetirirdi.
Yüzillik tarixin sınağından çıxan, hazırda Yelisey sarayında uğurla həyata keçirilən bu tərbiyəvi metoddan biz də yararlanmalı, bəzi korrupsioner məmurların və səlahiyyətli nümayəndələrin sifəti ən azı gündə bir dəfə bu şəfaedici şillələrlə qızardılmalıdır. Başqa sözlə desək, təkcə danlaqla kifayətlənmək olmaz. Bəyəm, bizim fransızlardan nəyimiz əskikdir ki, Emmanuel Makronun gündə bir neçə dəfə qəbul etdiyi bu dərman (fransızca: blague (zarafat) həbi) bizim məmurlara çox görülsün?.."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu - “Bizi aldatdılar ki...”
Bu gün, 02:53
Səhiyyə Komitəsindən sensasiyalı tələb - "Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın"
Bu gün, 02:49
"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Bu gün, 02:34
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
Bu gün, 02:28
Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
Bu gün, 02:22
100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 02:18
Fransa XİN başçısını Ermənistana aparan səbəblər? - Görünəni odur ki...
Bu gün, 02:11
Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur - NƏ BAŞ VERİR?
Bu gün, 02:06
Ukrayna üçün dörd ssenari - AKTUAL
Bu gün, 02:03
Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir - İNCƏLƏMƏ
Bu gün, 01:58
"Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 01:52
Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır - Dövlət Departamenti
Bu gün, 01:48
Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… - GƏLİŞMƏ
Bu gün, 01:46
Bu gün Azərbaycanın Müstəqillik Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:14
Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!
Dünən, 23:46
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
Dünən, 23:43
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Dünən, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Dünən, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Dünən, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Dünən, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Dünən, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Dünən, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Dünən, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Dünən, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Dünən, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Dünən, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Dünən, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Dünən, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Dünən, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Dünən, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Dünən, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Dünən, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Dünən, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Dünən, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Dünən, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Dünən, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Dünən, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Dünən, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Dünən, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Dünən, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Dünən, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Dünən, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Dünən, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Dünən, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Dünən, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Dünən, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Dünən, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Dünən, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru