İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu .....                     Səhiyyə Komitəsindən sensasiyalı tələb .....                     "OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb .....                     DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR .....                     Sahib Məmmədovun özünəməxsus kadr oyunları… .....                     100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı .....                     Fransa XİN başçısını Ermənistana aparan səbəblər? .....                     Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur .....                     Ukrayna üçün dörd ssenari .....                     Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir .....                     "Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." .....                     Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır .....                     Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… .....                     Bu gün Azərbaycanın Müstəqillik Günüdür .....                     Akopyanın Simonyana Qarabağ “cavabı” .....                     Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb .....                     “Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                 

Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Tarix: Dünən, 10:12 | Çap et

Kapitulyant Ermənistanda separatçıların Azərbaycan əleyhinə təxribatları artmaqdadır. Belə görünür ki, həm də Nikol Paşinyan hakimiyyətinin “yüngül əli” ilə və loyallığı fonunda.

“Böyük ehtimalla, "artsax respublikası"nın yeni prezidenti mayın 26-da bəlli olacaq. “Konstitusiya”ya əsasən namizədlər 7 gün ərzində irəli sürülməli, “prezident” isə 10 gün ərzində, yəni mayın 31-dək seçilməlidir". “Yeni Müsavat” erməni mediasına istinadla xəbər verir ki, belə bir sərsəmləməni mifik “artsax parlamenti”nin mifik deputatı Metakse Akopyan bildirib.

Onun sözlərinə görə, artıq bazar ertəsi “atsax”ın yeni “prezidenti” ola bilər. “Əsas odur ki, biz prezident institutunu qoruyub saxlaya bildik. Konstitusiyaya əlavə və dəyişikliklər artıq atılmış böyük addım idi. Qalanları texniki məsələlərdir. Bu barədə rəsmi açıqlama veriləcək”, - Akopyan çoxdan gorbagor olmuş saxta qurum haqda iddialı şəkildə danışarkən bildirib.

Qeyd edək ki, ötən həftə, Rusiya XİN başçısı Sergey Lavrov Ermənistandan gedəndən bir gün sonra Aşot Danielyan oyuncaq “parlamentin” yeni oyuncaq sədri “seçilib”. Onun “sələfi” David İşxanyan hazırda Bakıda mühakimə olunanlardan biridir. Demək, Danielyan da hazırlaşsın.

Bakıya qarşı bu oyunlar nədən xəbər verir? Erməni mediasının yazdığına görə, Lavrov səfər zamanı Paşinyan hökumətinə “artsax institutlarını” saxlamağı tapşırıb. Bəs Paşinyan iqtidarı? Hökumət separatçı-revanşistlərin avantürasını önləyəcəkmi, ümumiyyətlə, onların yığışdığı ofis bağlanacaqmı?

Bu da diqqətçəkicidir ki, həmin gün - mayın 26-da Fransanın xarici işlər nazir Ermənistanda səfəri gözlənilirdi. Təsadüfdürmü?

Yeri gəlmişkən, mayın 20-də Erməni Apostol Kilsəsinin (AAK) “Artsax Yeparxiyası”nın “primatı”, yepiskop Vrtanes Abramyanın təşəbbüsü və yeparxiya şurasının üzvlərinin iştirakı ilə “Artsax hökumətinin üzvləri” ilə görüş keçirilib.

Tribunainfo.az məlumat verir ki, tədbirdə Ermənistanın dövlət naziri Aram Sarkisyan da iştirak edib. Bu da Paşinyan hökumətinin Qarabağla bağlı mövqeyində səmimi olmadığını bir daha sübut edir. Hərçənd rəsmi İrəvan “artsax” adı ilə fəaliyyəti milli təhlükəsizliyə təhdid adlandırır. Amma hökumət nümayəndəsi separatçıların tədbirinə gedir.

Musavat.com isə xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən regionda gərginliyi artıracaq açıqlama ilə çıxış edib. O, İrəvanda keçirilən “Yerevan Dialoqu-2025" adlı beynəlxalq forumda "etnik təmizləmə" ritorikasını gündəmə gətirib və bildirib: “Etnik təmizləmələr bizdən o qədər də uzaqda deyil, onların şahidiyik. Biz bu faciələrlə sərhədlərimizdə rastlaşmışıq. Ukrayna və Qəzza əzabları tək hal deyil, sistemin uğursuzluqlarının nəticəsidir”.

Mirzoyanın bu açıqlaması təsadüfi deyil. Son günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri və bu səfərdən sonra Ermənistanda dəyişən ritorika diqqətdən yayınmamalıdır. Xüsusilə Ermənistanın həm müxalifətində, həm iqtidarında, həm də mediada revanşist ritorika güclənir, yeni iddialar səsləndirilir. Hətta məlumata görə, “artsax” adlanan qondarma qurumun “prezidenti” seçilmək üzrədir - bu isə açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatdır.

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, Şahramanyan qondarma qurumun buraxıldığını elan edib və qərar imzalayıb: “Onlar Qarabağdan könüllü getdikdən sonra İrəvanda bir müddət fəaliyyət göstərdilər, qondarma rejimin bərpasına cəhd etdilər. Əslində Ermənistan hökuməti bu məsələdə bəzi boşluqlar buraxdı. Halbuki Paşinyan ”artsax" adlı uydurma subyektin varlığının əleyhinədir. Hətta açıq şəkildə deyilib ki, “Ermənistanda hökumət içində hökumətin olmasına imkan verilməyəcək”. Onlara cinayət işi də açılmışdı. Ancaq Rusiyanın təzyiqi nəticəsində hökumətin geri çəkildiyini görmək olar. İndi isə Şahramanyan adlı separatçı qondarma qərarını qüvvədən salan növbəti oyuncaq addım atıb. Fikrimcə, burada Rusiyanın təsiri var".

Deputatın sözlərinə görə, Lavrovun İrəvana səfərindən sonra separatçılar aktivləşib: “Bu səfər çərçivəsində Rusiyanın qondarma qurumun fəallaşması barədə göstərişinin olduğunu istisna etmirəm. Bu dairələrin işi Azərbaycan-Rusiya əlaqələrinə də zərər vurmaqdır”.

A.Əlizadə bildirib ki, hazırda qondarma qurumu dirçəltmək cəhdləri var: “Onların fəallaşması Azərbaycanla Rusiya münasibətlərinə zərər vurur. Bu qüvvələr kapitulyasiya edib, bir hissəsi Bakıda mühakimə olunur, yerdə qalanlar isə İrəvanda təlimat əsasında aktivləşib. Burada şimal qonşumuzun rolunu istisna etmirəm. Yəni separatçı qüvvələrdən istifadə edilir, sülh prosesi ləngiyir, Paşinyana daxildə ciddi təzyiq göstərilir”.

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiya Bakı-İrəvan arasında sülh müqaviləsi danışıqlarında separatçıların iştirakını təklif edir: “Ermənistanda Qarabağ separatçılarının aktivliyi, qondarma prezident seçkisi və s. bu kimi proseslər Azərbaycanla sülh prosesinə mane olacaq. Təbii ki, separatçıların fəaliyyətini inkişaf etdirməsi 2026-cı il seçkilərinə hazırlıq prosesidir. Hazırda İrəvanda "artsax" nümayəndəliyi Paşinyan əleyhinə siyasi mərkəzə çevrilib".

Onun fikrincə, Ermənistan baş naziri ölkəsində “Qarabağ hərəkatına” imkan verilməyəcəyini elan etməsinə baxmayaraq separatçıların fəaliyyət azadlığının şahidi oluruq: “Eks-prezidentlər - Köçəryan və Sərkisyan məhz Qarabağ məsələsindən yenidən istifadə etməkdədir. Qeyd edim ki, Rusiya-Ukrayna müharibəsində Qərbin zəif çıxış etməsi, danışıqlarda Rusiyanın əlini gücləndirməsi Paşinyanın qərbyönümlü siyasətinə təsir etməkdədir. Moskvanın İrəvana təzyiqlərı artmaqdadır. Paşinyan Qərbin seçki öncəsi Rusiya ilə konfrontasiyaya getməmək kursunu həyata keçirməyə başlayır. Bu fonda Qarabağ separatçılarının yenidən dirilməsi baş verir”.

Partiya funksionerinin sözlərinə görə, Rusiya Qarabağ məsələsinin bağlanmasında maraqlı deyil: “Lavrovun Ermənistana səfəri məhz Azərbaycan əleyhinə aparılan siyasətin tərkib hissəsidir. Paşinyanın Rusiyanın bu planına qoşulması regionda sülh planın üstündən xətt çəkilməsinə və Avropa ittifaqı ilə əlaqələrin qırılmasına gətirib çıxara bilər. Paşinyan seçki ərəfəsində Rusiya ilə eyni xəttə qayıtmaq görüntüsü nümayiş etdirəcək. Amma seçkilərdə yenidən qələbə əldə etdikdən sonra öz ənənəvi siyasətinə qayıdacaq. Çünki Rusiyanın orbitinə qayıtmaq onun siyasi iflası ola bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmtahandan kəsilən müəllimlərin aqibəti necə oldu - “Bizi aldatdılar ki...”
Bu gün, 02:53
Səhiyyə Komitəsindən sensasiyalı tələb - "Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın"
Bu gün, 02:49
"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Bu gün, 02:34
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
Bu gün, 02:28
Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
Bu gün, 02:22
100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 02:18
Fransa XİN başçısını Ermənistana aparan səbəblər? - Görünəni odur ki...
Bu gün, 02:11
Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur - NƏ BAŞ VERİR?
Bu gün, 02:06
Ukrayna üçün dörd ssenari - AKTUAL
Bu gün, 02:03
Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir - İNCƏLƏMƏ
Bu gün, 01:58
"Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 01:52
Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır - Dövlət Departamenti
Bu gün, 01:48
Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… - GƏLİŞMƏ
Bu gün, 01:46
Bu gün Azərbaycanın Müstəqillik Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:14
Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!
Dünən, 23:46
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
Dünən, 23:43
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Dünən, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Dünən, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Dünən, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Dünən, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Dünən, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Dünən, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Dünən, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Dünən, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Dünən, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Dünən, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Dünən, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Dünən, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Dünən, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Dünən, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Dünən, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Dünən, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Dünən, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Dünən, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Dünən, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Dünən, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Dünən, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Dünən, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Dünən, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Dünən, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Dünən, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Dünən, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Dünən, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Dünən, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Dünən, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Dünən, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Dünən, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Dünən, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru