Səhiyyə Komitəsindən sensasiyalı tələb .....                     "OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb .....                     DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR .....                     Sahib Məmmədovun özünəməxsus kadr oyunları… .....                     100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı .....                     Fransa XİN başçısını Ermənistana aparan səbəblər? .....                     Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur .....                     Ukrayna üçün dörd ssenari .....                     Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir .....                     "Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." .....                     Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır .....                     Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… .....                     Bu gün Azərbaycanın Müstəqillik Günüdür .....                     Akopyanın Simonyana Qarabağ “cavabı” .....                     Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb .....                     “Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                     Üç kənddə görünməmiş FƏLAKƏT .....                 

Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Tarix: Dünən, 15:33 | Çap et

Son 4 gündə Avropadan Ermənistana iki rəsmi səfər və verilən bəyanatlar diqqət çəkib. Dünən Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistanda rəsmi səfərdə olub. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) ölkənin xarici işlər naziri Ararat Mirzoyan və onun fransalı həmkarı Jan-Noel Barro arasında təkbətək görüş keçirilib. Görüş XİN başçıları arasında qapalı məsləhətləşmələr formatında keçirilib.

Barronun Ermənistana səfəri çərçivəsində iki ölkə arasında üç sənəd imzalanıb. Nazirlər Niyyət Bəyannaməsi imzalayıblar. Sənəd iki ölkənin xarici siyasət qurumları arasında illik siyasi məsləhətləşmələrin keçirilməsini, dezinformasiya ilə mübarizədə əməkdaşlığı və diplomatların hazırlanmasını nəzərdə tutur.

Nazirlər həmçinin iki ölkənin hökumətləri arasında Ermənistanda Fransa İnkişaf Agentliyinin (FDA) və İqtisadi Əməkdaşlıqda İştirak və Dəstək Şirkətinin (Proparco) yaradılması və fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol imzalayıblar. Bundan əlavə, nazirlərin iştirakı ilə “Enterprise Armenia” Fondu və Fransanın “Business France” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Çıxışında Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə bəyanat verib və tərəfləri tezliklə sülh sazişi imzalamağa çağıdıb. Mirzoyan da İrəvanın sülh sazişini imzalamağa hazır olduğunu bildirib.

Bu günlərdə Slovakiyanın Baş naziri Robert Fiko da Ermənistanda ikigünlük rəsmi səfərdə olub. Səfər çərçivəsində Fiko Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyan ilə görüşüb. Slovakiya hökumət başçısı səfəri zamanı “İrəvan Dialoqu – 2025” adlı beynəlxalq konfransda da iştirak edib.

Konfransda çıxışı zamanı Slovakiya lideri “Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmanın Avropaya güclü siqnal olardı ki, münaqişələr diplomatik dialoq yolu ilə həll oluna bilər. Slovakiya isə səylərinizdə sizi tam dəstəkləməyə hazırdır” deyib.

"Baş nazirə Azərbaycanla yekun sülh nizamlanması səylərində göstərdiyiniz liderliyə görə təşəkkür etmək istəyirəm. Bu ilin əvvəlində verdiyiniz elan regionda davamlı sülh və təhlükəsizlik istiqamətində həlledici addım idi. Bu sürəti qorumaq və bu prosesin hər iki tərəf tərəfindən problemsiz başa çatmasını təmin etmək vacibdir", - Baş nazir əlavə edib.

Fiko həmçinin Avropa İttifaqının Mülki Monitorinq Missiyasının Ermənistanda olmasını dəstəklədiyini bildirib.

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətində yer alan Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın da başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub. Məlumata görə, əvvəlcə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla V.Şimonyak arasında görüş olub. Daha sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Tərəflər müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı məsələlərini müzakirə edib və razılıq əldə ediblər. Söhbət Slovakiya silahlarının Ermənistana tədarükündən gedir. Bununla da, Ermənistan daha bir Avropa ölkəsindən silah alacağı barədə erməni mediasında məlumatlar yayılıb.

Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib ki, tək Fransa və Slovakiyadan deyil, bir sıra Avropa ölkələrindən Ermənistana rəsmi səfərlər edilir, müxtəlif bəyanatlar səsləndirilir:

- Fransa təbii ki, əvvəldən Ermənistandan tərəfdaş kimi istifadə edir. Fransa şirkətləri vasitəsilə Azərbaycanın o vaxtı işğalda olan ərazilərinin talanması, təbii sərvətlərimizin daşınması prosesində iştirak etmiş dövlətdir. İkinci Qarabağ müharibəsindən sonra Fransa bu imkanlarını itirmiş oldu. İndi Fransa Ermənistandan alət kimi istifadə etmək üçün çalışmalar həyata keçirir. Fransa Avropa İttifaqının adı ilə kəşfiyyatçıları Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə göndərib. Məlumdur ki, Avropa İttifaqı Gürcüstanda öz nüfuzunu itirdi. Azərbaycan da müstəqil xarici və daxili siyasət həyata keçirir. Cənubi Qafqazda qalmaq üçün, məkrli siyasətini həyata keçirmək üçün Fransa Ermənistandan istifadə etmək istəyir.

İkinci məsələ nəyin bahasına olursa-olsun, Rusiyanın regiondakı təsirlərini aradan qaldırmaqdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Fransadan İrəvana edilən rəsmi səfər məhz Parisin bu siyasəti həyata keçirdiyini göstərir. Fransa çalışır ki, Cənubi Qafqazda alət kimi istifadə etdiyi Ermənistanı əldən verməsin. Ermənistan da daim özünün daxili və xarici siyasətini hansısa gücə istinad edərək aparır. Əvvəl Rusiyanın diktəsi ilə hərəkət edən Ermənistan indi Fransanın diktəsi ilə addımlar atır. Ona görə də Fransadan Ermənistana səfərlər, bəyanatların səslənməsi bundan sonra da olacaq. Buna təəccüblənmək lazım deyil.

- Fransanın XİN başçısı İrəvanda bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Sizcə, Paris həqiqətən də sülhdə maraqlıdırmı?

- Rəsmi Paris sülh sazişinin imzalanmasına çağırış edir, amma Azərbaycanın sülhlə bağlı şərtlərindən danışmır. Fransa sülhün əldə olunmasında maraqlı olsaydı, İrəvana Bakının şərtlərinin yerinə yetirilməsi barədə çağırış edərdi. Məlumdur ki, heç kim Azərbaycanı tələsik sülh sazişi imzalamağa məcbur edə bilməz. Fransa rəhbərliyi də başa düşür ki, Azərbaycan şərtlər yerinə yetirilmədən sülh sazişi imzalamayacaq. Ola bilsin ki, Fransa Azərbaycanın şərtlərinin yerinə yetirilmədən sülh sazişinin imzalanmasında maraqlı olsun. Bu isə mümkün deyil. Fransa sülh istəyirsə, o zaman Ermənistan Konstitusiyasında dəyişiklik etmək və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi ilə bağlı İrəvana tövsiyə verməlidir. Necə olursa-olsun sülh sazişi imzalanmasının mümkün olmadığını Paris başa düşməlidir.

- Slovakiya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti də Ermənistanda səfərdə oldu və hərbi əməkdaşlıq müzakirə edildi. Bundan əvvəl də Ermənistanın Fransadan, Hindistandan silahlar aldığını müşahidə etmişik. Ermənistanın bir tərəfdən sülhə hazır olduğunu bəyan etməsində, digər tərəfdən isə silahlanmasında məqsədi nədir?

- Ermənistan iddia edir ki, silahlanma ilə sadəcə özünü müdafiə etmək məqsədi daşıyır. İrəvan deyir ki, hər bir dövlətin silah almaq hüququ var və bu hüquqdan istifadə edirlər. Təbii ki, hər bir ölkənin silah almaq hüququ mövcuddur, bunu kimsə inkar etmir. Amma var hücum silahı, var müdafiə silahı. Ermənistana tədarük olunan müdafiə yox, hücum silahlarıdır. Belə olan halda suallar meydana çıxır: Ermənistan kimə hücum edəcək? Məlumdur ki, Ermənistanda Azərbaycana qarşı revanş hissi ilə yaşayan insanlar var və bunu açıq şəkildə bəyan edirlər. Ona görə də, Ermənistanın silahlanması onun sülh bəyanatlarında səmimi olmadığını göstərir. İrəvanın məqsədi aydındır: sülh sazişinin imzalanması uzansın. Slovakiyanın da Ermənistana silah tədarük edənlər sırasında daxil olması göstərir ki, bu proses Avropa İttifaqının, xüsusilə də Fransanın göstərişi ilə həyata keçirilir.

Azərbaycan təbii ki, bu prosesləri ciddi şəkildə izləyir. Parisdəkilər də, İrəvandakılar da unutmasınlar ki, Azərbaycana qarşı istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Bizim cəmiyyətə də məlum olsun ki, Ermənistanın silahlanmasından təlaşlanmağa ehtiyac yoxdur. Sadəcə Ermənistan tərəfi bu addımlarla diplomatik masadan uzaqlaşır, danışıqlardan qaçır, sülh sazişinin imzalanması məsələsini uzadır. Bu isə yaxşı nəticələr verməyə bilər. Ermənistanın çıxış yolu havadarlarını yox, Azərbaycanı dinləməkdən keçir. Rəsmi İrəvan Bakının şərtlərini yerinə yetirməli, iddialarından əl çəkməli, oyun oynamağı bitirməli və sülh sazişi imzalanmalıdır. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması bütün tərəflərə, xüsusilə də Ermənistana sərfəli olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhiyyə Komitəsindən sensasiyalı tələb - "Tibb işçilərinin yaş həddi 70 yaşa qaldırılsın"
Bu gün, 02:49
"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Bu gün, 02:34
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
Bu gün, 02:28
Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
Bu gün, 02:22
100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 02:18
Fransa XİN başçısını Ermənistana aparan səbəblər? - Görünəni odur ki...
Bu gün, 02:11
Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur - NƏ BAŞ VERİR?
Bu gün, 02:06
Ukrayna üçün dörd ssenari - AKTUAL
Bu gün, 02:03
Azərbaycan-Türkiyə-Pakistan strateji bir üçbucaq təşkil edir - İNCƏLƏMƏ
Bu gün, 01:58
"Ola bilər ki, onlar müstəqilliklərini tam həcmdə tətbiq edə bilməyiblər..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 01:52
Tramp Rusiyaya qarşı addımlar atmağa yaxındır - Dövlət Departamenti
Bu gün, 01:48
Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün… - GƏLİŞMƏ
Bu gün, 01:46
Bu gün Azərbaycanın Müstəqillik Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:14
Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!
Dünən, 23:46
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
Dünən, 23:43
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Dünən, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Dünən, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Dünən, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Dünən, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Dünən, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Dünən, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Dünən, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Dünən, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Dünən, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Dünən, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Dünən, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Dünən, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Dünən, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Dünən, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Dünən, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Dünən, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Dünən, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Dünən, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Dünən, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Dünən, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Dünən, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Dünən, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Dünən, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Dünən, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Dünən, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Dünən, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Dünən, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Dünən, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Dünən, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Dünən, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Dünən, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Dünən, 11:10
Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru