İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir .....                     Nazir müavininin anası 103 yaşında vəfat edib .....                     Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... .....                     Müğənninin ƏN BÖYÜK ARZUSU: .....                     Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir .....                     Daha bir tikinti şirkəti hakim qarşısında… .....                     Ermənistanda indikindən daha legitim hökumət olmayıb .....                     Bu kreditlər silinir? .....                     "Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, .....                     “Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb .....                     Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var .....                     BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir .....                     "Dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır" .....                     Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür .....                     Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi .....                     "Yeməkləri itə tökəsən yeməz..." .....                     BSU rektoru öz yalanını özü ifşa etdi .....                     Keçən il BOKT “İDK” 652 min manat zərər edib .....                     Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN... .....                     Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi .....                     Paşinyan bu dəfə “qorxu” duası etdi... .....                     Firdovsi Məmmədov icraçı direktor təyin olundu .....                     Lənkəranda kanalizasiya sistemi quracaq şirkət .....                     Kilsə siyasətin içində, Paşinyan isə qarşısında: .....                     Paşinyan İrəvandakı mənzilini bu qiymətə satdı: .....                     Banka verilən arayışı dəyişdi .....                     İcra başçısına yeni müavin təyin olundu .....                     Xalq “Azercell”i BOYKOTA çağırdı, tanınmışlar da qoşuldu .....                     Həbsdə olan eks-vəzifəli şəxsdə planşet aşkarlandı .....                     Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi .....                     Paşinyandan keşişlərə sərt ittiham: .....                     AMEA-nın AĞSAÇLILARI... .....                     BOKT sahibinə ona qoyulan “maya”dan az qala .....                     NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır .....                     Fransa və İran Qafanda, Rusiya gözləmədədir .....                     İrəvan-Bakı arasında 2 reys həyata keçirilib: Təyyarədə KİMLƏR OLUB... .....                     NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir .....                     Eldar Mahmudovun bildiyi sirlər və ölkədən çıxmaq qadağası .....                     Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili .....                     Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb .....                 

"Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" - Ekspert
Tarix: 2-06-2025, 20:00 | Çap et

Yeni tədris ilində orta ümumtəhsil məktəblərində böyük ixtisarların aparılacağı gündəmə gəlib. Məlumatda orta məktəblərdə fəaliyyət göstərən dərnəklərin, yeməkxanaların bağlanacağı bildirilir. Sözügdeən yeməkxanalardan ən çox faydalanan isə aztəminatlı ailələrin övladlarıdır.
Orta məktəblərdə dərnək və yeməkxanaların bağlanması aztəminatlı ailələrin uşaqları üçün hansı mənfi nəticələr yarada bilər?
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2025-ci ilin sentyabrından etibarən Azərbaycanda ümumtəhsil məktəblərində ciddi struktur dəyişikliklərinin, xüsusilə də ixtisarların, dərnəklərin bağlanacağının, yeməkxana fəaliyyətinin dayandırılacağının gözlənilməsi, təhsil sistemində maliyyə, idarəetmə və strateji istiqamətlərinin köklü şəkildə yenidən qurulacağının göstəricisidir:
"Hazırda təhsil ictimaiyyətində yayılan bu məlumatlar dövlət büdcəsində təhsilə ayrılan vəsaitin optimallaşdırılması cəhdləri və eyni zamanda mövcud resursların "daha effektiv istifadəsi” adı altında struktur ixtisarlarının başlanması ilə bağlıdır. Məsələ yalnız texniki deyil, həm də sosial və pedaqoji nəticələrə səbəb olacaq dərin bir prosesin başlanğıcıdır. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə dair sənədlərində təhsilə ayrılan xərclər nominal olaraq artırılmış kimi görünsə də, bu artım əsasən müəllimlərin attestasiyası, yeni tədris planları və rəqəmsallaşma kimi texnoloji layihələrə yönəldilib. Lakin paralel şəkildə məktəbdənkənar fəaliyyətlər – dərnəklər, əlavə kurslar, incəsənət və idman dərnəkləri, eləcə də yeməkxana və psixoloji xidmət kimi dəstək strukturlarının saxlanılması üçün ayrılan xərclərin azaldılması və ya sıfırlanması müşahidə olunur. Bu isə struktur islahatı adı ilə ixtisarların həyata keçiriləcəyinə işarədir”.
Kamran Əsədov əlavə edib ki, ilk növbədə dərnəklərin bağlanması məktəbdə şagirdin yalnız akademik deyil, həm də yaradıcı və sosial inkişafına ciddi zərbə vuracaq:
"Mövcud vəziyyətdə dərnəklər – texniki yaradıcılıq, idman, musiqi, teatr və riyaziyyat dərnəkləri – az da olsa, məktəbdə şagirdin maraq dairəsini formalaşdıran yeganə platformadır. Bu dərnəklər vasitəsilə çox sayda uşaq məktəbdənkənar fəaliyyətdə iştirak edir və şəxsiyyət kimi formalaşır. Onların bağlanması ilə məktəb yalnız "imtahan nəticəsi verən fabrik”ə çevriləcək. Yeməkxanaların bağlanması xüsusilə aztəminatlı ailələrin uşaqları üçün mənfi sosial nəticələr doğuracaq. UNICEF və UNDP-nin 2023-cü ildə yaydığı birgə hesabatda göstərilir ki, Azərbaycanda məktəblilərin təxminən 27 faizi səhər yeməyini məktəbdə qəbul edir və bu onların gün ərzində əsas qida mənbəyidir. Yeməkxanaların bağlanması ilə uşaqların qidalanma səviyyəsi aşağı düşəcək, bu isə birbaşa fiziki və zehni inkişaflarına mənfi təsir göstərəcək. Bu addım sosial rifahı aşağı olan ailələri təhsildən uzaqlaşdıracaq və məktəbdən yayınma hallarını artıracaq”.
Kamran Əsədov hesab edir ki, ixtisarlar daha dərinə gedən bir problemin xəbərçisidir:
"Təhsil Nazirliyi artıq bəyan edib ki, ştat strukturunun optimallaşdırılması aparılır. Bu, ilk baxışda səmərəlilik məqsədi güdür. Lakin reallıqda məktəblərdə kitabxanaçılar, laborantlar, tədris köməkçiləri, texniki heyət, hətta bəzi hallarda psixoloq və tərbiyəçilər ixtisar ediləcək. Bu, məktəbin təkcə idarəetmə gücünü deyil, təhsilin sosial yönünü də zəiflədəcək. Məsələn, məktəb psixoloqu ştatının ixtisarı artıq 2023-cü ildən başlanmışdı. 2025-də bu prosesin daha da dərinləşməsi gözlənilir. Dünya təcrübəsində təhsil sistemində maliyyə qənaətinə gedilərkən, əsas strukturun deyil, əlavə bürokratik və inzibati xərclərin ixtisar olunması prioritet sayılır. Məsələn, Estoniya və Finlandiyada məktəb dərnəkləri və məktəbdaxili yeməkxanalar dövlət tərəfindən mütləq maliyyələşdirilir və sosial təminat kimi qorunur. Hətta pandemiya dövründə belə bu sahələrdə ixtisar aparılmadı. Əksinə, ABŞ və Birləşmiş Krallıq kimi bəzi ölkələrdə 2008 maliyyə böhranından sonra məktəblərdə texniki və dəstək heyətinin ixtisarı təhsildə keyfiyyətin azalmasına səbəb olmuşdu. Bu təcrübə sonradan tənqid olundu və yenidən büdcə planlamasında sosial dəstək proqramlarına üstünlük verilməyə başlandı”.
Ekspert bildirib ki, əgər Azərbaycanda bu ixtisarlar həyata keçirilərsə, təhsildə bir neçə ciddi fəsad yaranacaq:
"Birincisi, məktəb yalnız dərs verilən məkana çevriləcək və tərbiyəvi, sosial inkişaf və maraq sahələri tamamilə sıradan çıxacaq. İkincisi, sosial cəhətdən zəif təbəqələrə mənsub uşaqlar məktəbdən uzaqlaşacaq, bu isə təhsildə bərabərsizliyi artıracaq. Üçüncüsü, müəllim heyətinin əlavə iş imkanları itəcək və pedaqoji motivasiya zəifləyəcək. Nəhayət, təhsil müəssisəsi yalnız normativ plan əsasında fəaliyyət göstərən rəsmi idarəyə çevriləcək ki, bu da təhsilin ruhuna ziddir. Dəyişikliklərin səbəbləri kimi büdcə qənaəti, struktur islahatı və rəqəmsal transformasiya göstərilsə də, bu dəyişikliklər sistemli əsaslandırılmadan həyata keçirilərsə, uzunmüddətli mənfi nəticələr qaçılmaz olacaq. Hazırda ən böyük risk məktəbin sosial institut olaraq funksiyasının sıradan çıxarılmasıdır. Belə olarsa, təhsil sistemi təhsilvermə yox, sadəcə qiymətləndirmə və imtahan mərkəzinə çevriləcək”.
Sonda ekspert vurğulayıb ki, bu kontekstdə ciddi islahatların alternativi daha məqsədəuyğun olar:
"Təhsildə ixtisar yox, yenidən strukturlaşma, ixtisaslaşma, dəyərlərin qorunması və resursların daha ağıllı bölüşdürülməsi aparılmalıdır. Əks halda 2025-ci ilin sentyabrından etibarən təhsildə keyfiyyət və bərabərlik ciddi təhlükə altına düşəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İctimaiyyətdən “Azercell”-ə etirazlar davam edir - DETALLAR
Bu gün, 13:11
Nazir müavininin anası 103 yaşında vəfat edib
Bu gün, 13:09
Moskvada çeçenlərin oğurladığı şəxsin həyatında Azərbaycanın rolu... - TƏFƏRRÜAT
Bu gün, 13:06
Müğənninin ƏN BÖYÜK ARZUSU: - “İstəyirəm, pullarımı ora xərcləyim”
Bu gün, 12:59
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir - “Eurasia.net”
Bu gün, 12:56
Daha bir tikinti şirkəti hakim qarşısında… - Nə qərar veriləcək?
Bu gün, 12:52
Ermənistanda indikindən daha legitim hökumət olmayıb - Paşinyan
Bu gün, 12:48
Bu kreditlər silinir? - AÇIQLAMA
Bu gün, 12:45
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
Bu gün, 12:41
“Roşka” ləqəbli tiktokerin həbs müddəti uzadılıb
Bu gün, 12:38
Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
BDU-nun nümayəndə heyəti “QS EduData Summit-2025” tədbirində iştirak edir
Bu gün, 12:30
"Dövlət başçımızın uzaqgörən siyasətinin davamıdır" - deputat
Bu gün, 12:23
Dronlar raketlərə qarşı: üfüqdə sülh görünmür - GƏLİŞMƏ...
Bu gün, 12:11
Mədəniyyət Nazirliyinin 182 minlik tenderi ləğv edildi
Bu gün, 11:56
"Yeməkləri itə tökəsən yeməz..." - Naxçıvanda SƏHİYYƏ BATIR...
Bu gün, 11:48
BSU rektoru öz yalanını özü ifşa etdi - FOTO
Bu gün, 11:45
Keçən il BOKT “İDK” 652 min manat zərər edib
Bu gün, 11:37
Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN... - MALƏSƏF...
Bu gün, 11:22
Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Paşinyan bu dəfə “qorxu” duası etdi... -"On minlər 4 yanımı bürüsə də, qorxmaram..."
Bu gün, 11:03
Firdovsi Məmmədov icraçı direktor təyin olundu - ƏMR
Bu gün, 10:52
Lənkəranda kanalizasiya sistemi quracaq şirkət - 50 MİLYON QAZANACAQ
Bu gün, 10:47
Kilsə siyasətin içində, Paşinyan isə qarşısında: - Ermənistanın daxilində görünməyən müharibə gedir
Bu gün, 10:44
Paşinyan İrəvandakı mənzilini bu qiymətə satdı: - Görün kim alıb
Bu gün, 10:38
Banka verilən arayışı dəyişdi - Gizir komandirin otağına girərək...
Bu gün, 10:33
İcra başçısına yeni müavin təyin olundu - ƏMR
Bu gün, 10:28
Xalq “Azercell”i BOYKOTA çağırdı, tanınmışlar da qoşuldu – Şirkət geri çəkilir?
Bu gün, 10:24
Həbsdə olan eks-vəzifəli şəxsdə planşet aşkarlandı - QƏRAR
Bu gün, 10:19
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi - ƏMR
Bu gün, 10:16
Paşinyandan keşişlərə sərt ittiham: - Kilsələri murdarlayırsınız
Bu gün, 10:11
AMEA-nın AĞSAÇLILARI... - SİYAHI
Bu gün, 10:04
BOKT sahibinə ona qoyulan “maya”dan az qala 5 dəfə çox dividend verib
Bu gün, 10:00
NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır - Rəsmi Moskva
Bu gün, 09:59
Fransa və İran Qafanda, Rusiya gözləmədədir - AKTUAL
Bu gün, 09:51
İrəvan-Bakı arasında 2 reys həyata keçirilib: Təyyarədə KİMLƏR OLUB... - “Sputnik Armenia”
Bu gün, 09:47
NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir
Bu gün, 09:46
Eldar Mahmudovun bildiyi sirlər və ölkədən çıxmaq qadağası - İLGİNC
Bu gün, 09:42
Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...
Bu gün, 09:28
Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb - FOTO
Bu gün, 09:23
Belə davam etsə: AZERCELL müştərisiz qalacaq... - KAMPANİYA VAR...
Bu gün, 09:10
Şeyx İrəvanda hakimiyyəti “dəyişir” - NƏ BAŞ VERİR?
Bu gün, 09:06
İşçilərə pulsuz müalicə və... - Ekspert danışır...
Bu gün, 09:00
"Əməliyyatı Britaniya casusları Azərbaycan vasitəsilə həyata keçirib..." - Erməni politoloq çərənlədi...
Bu gün, 08:56
Mətin Eynullayevin qardaşı vəfat etdi
Bu gün, 08:54
Sabirabadda evdə yanğın zamanı ölənlərin kimliyi bilindi
Bu gün, 08:47
Azərbaycan BRİCS-ə üzvlükdən vaz keçir? - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
Rus sevgilisinin evində tələbə qızı öldürdü, meyitini zibil yeşiklərinə atdı - 100 minlik iddia qaldırıldı
Bu gün, 08:42
Tikinti materiallarının qiyməti artmasa da, mənzillərin qiyməti niyə kəskin yüksəlib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
"Qışqırmaqdan səsim batıb" -xalq artisti teatrı tərk edib?
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru