Ermənistanda politoloq hesab edilən tarix elmləri namizədi Mihran Akopyan Ukraynanın iyunun 1-də Rusiya ərazisində keçirdiyi xüsusi əməliyyatda Ukraynanın öz rolunu kiçiltməklə yanaşı, heç bir əsası olmayan "fakt"larıyla Azərbaycanı da Kremlin hədəfinə gətirməyə çalışıb.
"Dərinlikdə yerləşən Rusiya hərbi aerodromlarına pilotsuz təyyarələrin hücumlarının ukraynalılar tərəfindən təşkil olunmadığı açıq-aydın görünür. Ukrayna xüsusi xidmət orqanlarının belə əməliyyat üçün nə təcrübəsi, nə biliyi, nə texnoloji, nə də maddi-texniki resursları var".
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, M.Akopyan sosial şəbəkədə belə yazıb.
"Həmin əməliyyatda amerikalılar iştirak edə bilərdi, lakin onlar artıq rəsmi şəkildə elan ediblər ki, onların bu əməliyyatla heç bir əlaqəsi yoxdur, üstəlik, hətta bundan xəbərləri də yoxdur. Yeri gəlmişkən, "Soyuq Müharibə"dən bəri amerikalılar Rusiya ərazisində heç kimi öldürməyiblər və əksinə, Rusiya xüsusi xidmət orqanları ABŞ ərazisində heç kimi öldürməyib"- deyə davam edən üzdəniraq politoloq sonda belə çərənləyir:
"Bu hücumun arxasında (demək olar ki, açıq şəkildə) Britaniya xüsusi xidmət orqanları dayanır. Ümid edək ki, Rusiya rəhbərliyi biləcək ki, Rusiya ilə həmsərhəd olan və ingilislərin özlərini suda balıq kimi hiss edən yeganə ölkə Azərbaycandır. Həm də ümid edək ki, Rusiya rəhbərliyi ölümcül pilotsuz uçuş aparatları ilə silahlanmış yük maşınlarının Azərbaycandan Rusiya ərazisinə gətirilməsindən artıq xəbərdardır..."