UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                     Müasir dövrdə sovet QAYDALARI .....                     Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR .....                     Ali təhsil sisteminin BSU BATAQLIĞI .....                     FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir .....                     “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq .....                     Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? .....                     Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                     Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi .....                     Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib .....                 

Paşinyanın "xaçlı sınağı": İrəvanda kilsə "siyasi ölülər"lə birləşdi - NƏ BAŞ VERİR?
Tarix: 4-06-2025, 11:05 | Çap et

Ermənistan indi sanki əyalət teatrıdır: dramatik səhnələr, farslar və faciələr biri-birini əvəzləyir. Amma əsas səhnə nə parlamentdə, nə müxalifətin qərargahında, nə də Azərbaycanla təmas xəttindədir. Zira bu dəfə baş rolda Erməni Apostol Kilsəsi (EAK) çıxış edir, çünki o, "müqəddəs dualar"ın və sönük ibadətlərin çərçivəsindən atlayaraq hakimiyyətə hücuma keçib.

Ermənistanın baş naziri Nikol Paşinyanla kilsə iyerarxiyası arasında qarşıdurma artıq institusional böhran yox, psevdoerməni ruhu uğrunda mübarizəyə dönüb. Bu, milli kimliyi kim şərh edə bilər, cəmiyyətə əxlaqi istiqamət verə və xalqın inamını qazanan tərəf kim olacaq sualları ətrafında gedən döyüşdür. Əvvəllər ruhani libası mənəvi tərki-dünyalığın simvolu idisə, indi o, gülləkeçirməz jiletdir. Yeni reallıqda İncil təşviqat kağızına, kilsə minbəri isə siyasi qisas tribunalına çevrilib.

Və əsas sual: erməni kilsəsi ilə keçmiş rejimin əsas simaları Robert Köçəryan və Serj Sarqsyan arasında nə kimi bağlar var? Cavab sadə və amansızdır: qarşılıqlı ehtiyac. Köçəryan və Sarqsəna "əxlaqi platforma" lazımdır. Onların dövrü korrupsiya, avtoritarizm və Qarabağ dalanı ilə yadda qalıb. Kilsə isə ona hələ də inanan ermənilər üçün “əbədi Ermənistan”ın son istehkamı kimi qalır, siyasətdən və zamandan kənar bir məkan. Əgər kilsə bağışlama mərasimində iştirak etməyə razıdırsa, onun paltarının altında istənilən günahı gizlətmək mümkündür.

EAK isə Köçəryan və Sarqsənı öz mövcudluğunun təminatçısı kimi görür. Bu fiqurlar siyasətdən gedəndən sonra kilsə kənara atılıb, maliyyə cəhətdən zəifləyib, ictimai şəkildə gülüş obyektinə çevrilib. Onların siyasi səhnəyə qayıdışı kilsənin də gücünü bərpa etmək şansıdır.

Yaxınlaşmanın xronologiyasını xatırlayaq.

2022-ci il. İrəvan Dövlət Universitetində EAK-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı qalmaqaldan sonra Sarqsən ilk dəfə açıq şəkildə kilsəni müdafiə edir.

2023-cü il. Köçəryanla əlaqəli olan “Gandzasar” fondu Gümrü və Vağarşapatda iri kilsə tədbirlərini maliyyələşdirir.

2024-cü il. Müstəqillik Günü münasibətilə katolikos və keçmiş prezidentlər “artsax uğrunda həlak olanların xatirəsinə” keçirilən mərasimdə birgə iştirak edirlər. Kilsə 10 ildən sonra ilk dəfə hakimiyyətdə olmayan bir siyasətçini ibadət məkanına buraxır.

2025-ci il. Tavuşdan gələn arxiyepiskop Vazgen Qalstanyan yürüşünün logistikası məhz kilsə strukturları tərəfindən təşkil olunur. Avtobuslar, qida, mühafizə - hamısı müxalifət və Tavuş yepiskopluğunun birgə qərargahı tərəfindən koordinasiya olunur.

Sinxron mesajlar da diqqət çəkir. “Mənəvi kapitulyasiya” və “dünyəvi tiraniya” haqqında keşişlərin sitatları demək olar ki, Köçəryanın çıxışlarının eynisidir. “Biz ölkəni, xalqı və ruhumuzu itiririk” - bu formul martdakı “Xaç yürüşü” iştirakçılarının, o cümlədən izdiham üzərindəki eyvandan çıxış edən Qalstanyanın nitqlərindən keçir.

Vazgen Qalstanyan və ya "keşiş Baqrat" adi şəraitdə teoloji mühazirələr oxumalı və dindarları evləndirməli olan arxiyepiskop - indi “ruhani üsyan” kimi təqdim edilən yeni siyasi kampaniyanın simasına çevrilib. Onun Tavuşdan İrəvana yürüşü zəvvarlıq deyil, sovet liderlərinin PR turlarını və Netflix səhnələrini xatırladan kampaniya idi. Onun arxasında keçmiş təhlükəsizlik strukturlarından olan maliyyəçilər, təcrübəli siyasi texnoloqlar və müxalifətə bağlı media menecerləri dayanır.

Hərəkatın adları “Nikolsuz Ermənistan”, “Ruhani Vətən uğrunda”, “Məsih və Konstitusiya” kimi primitiv, bayağı iddialarla çıxış etsə də, Bibliya ritorikasının arxasında hakimiyyət uğrunda tipik mübarizə dayanırdı. Qalstanyana dəstək verənlər arasında qarabağlı ermənilərin Koordinasiya Şurası, müxalifətin Teleqram kanalları və bloqlarının sahibləri və “Mşakutyun” fondu vardı. Sözügedən fond Qarabağdakı sabiq terrorçu xuntanın silahlı dəstələrinin keçmiş zabitlərinin ailələri ilə bağlı olan bu qurum çap məhsullarını və mobil səhnələri maliyyələşdirmişdi.

2025-ci ilin may çıxışlarından birində Qalstanyan Paşinyanı “ümidləri məhv edən və Əhddən imtina edən Hirod” ilə müqayisə edib. Başqa bir çıxışda isə “dünyəvi bidətə qarşı ruhani məhkəmə”nin vacibliyini vurğulamışdı.

Nikol Paşinyan keşişlərin sadəcə narahatlığını dilə gətirmədiyini, siyasi fəallığa keçdiyini anlayan kimi hücuma keçdi - arqumentlərlə yox, dosyelərlə. Necə ki, vaxtilə generalları və oliqarxları ifşa edirdisə, indi də yepiskoplar və katolikoslara qarşı eyni metodu tətbiq etdi.

2025-ci ilin əvvəlindən başlayaraq hakimiyyətə yaxın media orqanları Erməni Apostol Kilsəsinin (EAK) yüksək rütbəli nümayəndələri haqqında kompromat materiallar yaymağa başladı.

Arximandrit Tiqran – əsas yeparxiyalardan birinə rəhbərlik edən bu ruhani pedofiliyada ittiham olundu. 2016-cı ildə bağlanmış cinayət işi yenidən gündəmə gətirildi, videoifadələrlə birlikdə.

Yepiskop Şnoralay – hökumətin açıq tənqidçilərindən biri – Fransanın Normandiya bölgəsində, erməni əsilli fransız qadının adına rəsmiləşdirilmiş mülk qalmaqalının mərkəzinə düşdü. Həmin qadının onun sevgilisi olduğu iddia olunur.

Sosial şəbəkələrdə Vanadzordan olan keşiş Arşakın sərxoş halda “hakimiyyətin günahları”ndan danışdığı və “müstəbidi devirməyə” çağırdığı video geniş yayıldı.

Sözügedən qalmaqallar fonunda dövlət səviyyəsində EAK-a qarşı institusional hücum başladı.

Ədliyyə Nazirliyi ölkədəki bütün dini qurumların yenidən qeydiyyata alınmasını nəzərdə tutan qanun layihəsi hazırladı. Əslində bu, kilsənin hökumət nəzarətinə tabe olması, müstəqillik və vergi güzəştlərindən məhrum qalması anlamına gəlirdi.

Prokurorluq EAK-da ianələrin təyinatdan kənar istifadəsi ilə bağlı yoxlamalara başladı. Buraya bahalı avtomobillər, xarici səfərlər və “şəxsi missiyalar” da daxildir.

Məktəblərdə “Erməni Kilsəsinin tarixi” adlı fakültativ fənn ləğv edildi, onun yerinə “Müqayisəli dinşünaslıq” dərsi tədris olunmağa başladı.

2025-ci il mayın 12-də parlamentdə çıxış edən Nikol Paşinyan artıq siyasi mifologiyaya çevrilmiş belə bir cümlə işlətdi: “Biz artıq imkan verməyəcəyik ki, ikonaların arxasında ofşorlar, ruhanilərin libasının altında isə köhnə rejimin zabitləri gizlənsin”.

EAK ilə Paşinyan arasında böyüyən qarşıdurma daxili çərçivəni aşaraq beynəlxalq miqyasda da aydın reaksiya doğurdu.

Fransanın Lion şəhərindəki EAK Konsistoriyası ruhanilərin təqib olunduğunu bildirərək Yerevandan gələcək rəsmi nümayəndə heyətlərini qəbul etməyəcəyini elan etdi.

ABŞ-də Amerika Erməni Milli Assambleyası Konqresdə din azadlıqlarına hücumda Paşinyanı ittiham edən dinləmələr təşkil etdi.

Livanda Böyük Kilikya Evi Katolikosu I Aram “tarixi Kilsənin xilası naminə beynəlxalq vasitəçiliyə” çağırış etdi.

Avropa İttifaqına gəldikdə isə, rəsmi Brüssel ehtiyatlı şəkildə məsafə saxladı, lakin bildirdi ki, “din azadlığı məsələsi Avropa inteqrasiyasının ayrılmaz hissəsidir”. Bundan sonra Avropa Şurasında Ermənistanla bağlı məsələlərin qeyri-rəsmi şəkildə gündəmdən çıxarılması müşahidə olundu.

Vatikan katolikos 2-ci Qareqginlə Yelisey sarayı arasında vasitəçi rolunu oynadı. Bu, Fransadakı erməni icmasında radikallaşma qorxusundan irəli gəlirdi.

Əgər Paşinyan təzyiqləri davam etdirsə, ruhanilərin bir hissəsi açıq itaətsizliyə keçə bilər. Sürgündə paralel kilsə strukturlarının yaradılması ehtimalı istisna deyil. Artıq diasporanın dəstəyi ilə “Millətin Ruhani Şurası” adlı layihə müzakirə olunur. Eyni zamanda hökumət EAK-nı mədəni-dini qeyri-hökumət təşkilatına çevirmək variantını nəzərdən keçirir – bu isə Türkiyədəki Dini İşlər İdarəsinə bənzər bir modelə əsaslanır. Beləliklə, kilsə institutunun tam dünyəviləşdirilməsi istiqamətində addım atılmış olur. Bununla yanaşı, ən real ssenari kimi qeyri-rəsmi razılaşma – yəni hibrid kompromis forması da mümkündür: bu halda kilsə siyasi fəaliyyətini dayandırır, hökumət isə yeni cinayət işlərindən vaz keçir. Belə vasitəçiliyin Fransadan və ya Vatikandan gəlməsi ehtimalı yüksəkdir.VII. Həvarisiz final

Ermənistan yeni bir vətəndaş qarşıdurması mərhələsinə qədəm qoyub - bu müharibə nə isti, nə səngərlərlə aparılan, amma sakral xarakterli bir qarşıdurmadır. Əgər əvvəllər mübarizə Qarabağ coğrafiyası uğrunda idisə, indi erməni millətinin mənəvi nüvəsi uğrundadır.

Nikol Paşinyan sekulyar revanşın qəhrəmanına çevrilə bilər - amma yalnız o halda ki, onun siyasəti “qara rüblərə” qarşı mübarizənin parodiyasına çevrilməsin. Kilsə isə, əgər köhnə qvardiyanın alətinə və siyasi bazarlığın arenasına çevrilməkdə davam edərsə, təkcə mənəvi nüfuzunu yox, möminlərin inamını da itirmək riski ilə üz-üzədir.

Tarix barrikadalarda verilmiş bərəkətlə sabit dövlət qurulmasını tanımır. Amma o, bir şeyi yaxşı xatırlayır: xalqın necə asanlıqla sürüyə, sürünün isə kütləyə çevrildiyini.

Bundan sonra nə olacaq? Erməni kilsəsində çoxdan baş verməli və zəruri islahatlar, Paşinyanın geri çəkilməsi, yoxsa qarşılıqlı güzəşt?

Yaxud Ermənistan üçün artıq yeni bir siyasi-mədəni model zəruridir?

Cavab çox qısa müddətdən sonra bəlli olacaq.


Elçin Alıoğlu - Trend











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Dünən, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru