Şirvan Şəhər Mərkəzi Xəstəxansının Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Vahid Cəfərov özünə ticarət obyekti tikdirib.
Əldə etdiyimiz məlumata görə, şöbə müdirinin ticarət mərkəzi Şirvan şəhərinin N.Nərimanov küçəsində yerləşir.
Qeyd edək ki, Vahid Cəfərov 2024-cü ildən Şirvan Şəhər Mərkəzi Xəstəxansının Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qanununa görə vəzifəli şəxslərin bizneslə məşğul olmaları qadağan edilir.
qlobal.az