Naxçıvanda hərbi hisələrdən birində xidmət edən gizir bankdan kredit götürmək üçün əldə etdiyi aryışda düzəliş edib. Buna görə də cəzalandırılıb.
Musavat.com xəbər verir ki, 29 yaşlı gizir kredit götürmək üçün banka müraciət edib.
Bankdan ondan xidmət müddətinin nə zaman bitməsi ilə bağlı arayış gətirməsini istəyiblər.
Gizir Əşrəf Qasımov (ad və soyad şərtidir) hərbi hissədən aldığı arayışı banka təqdim edib. Xidmət müddəti 2025-ci ildə bitdiyi üçüb bank tərəfindən ona kredit ayrılmayacağı bildirilib. Buna görə də Qasımov arayışda düzəliş etmək qərarına gəlib. O, ülgüclə 2025 rəqəmində dəyişiklik edərək 2028-ci il edib. Sonra da komandirin otağında həmin arayışı yenidən printerdən çıxararaq banka təqdim edib.
Bankdan gizirə kredit müraciətinə bir neçə günə cavab veriləcəyi deyilib. Qasımov kreditlə bağlı müsbət xəbər gözləyən zaman komandiri onu çağırıb və sənəddə düzəliş etdiyini, bankdan bu barədə hərbi hissəyə məlumat verildiyi deyib. Bundan sonra araşdırma aparılıb.
Prokurorluq tərəfindən dindirilən Qasımov əməlindən peşman olduğunu, ailə üvlərinin müalicəsi üçün kreditə ehtiyacı olduğu üçün bu yola əl atdığını deyib.
Hökmə əsasən, Qasımov barəsində aylıq pul təminatından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilib.