UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                     Müasir dövrdə sovet QAYDALARI .....                     Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR .....                     Ali təhsil sisteminin BSU BATAQLIĞI .....                     FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir .....                     “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq .....                     Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? .....                     Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                     Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi .....                     Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib .....                 

Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi... - AXI NİYƏ?..
Tarix: 4-06-2025, 08:17 | Çap et

2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən “Bakı Metropoliteni”ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib.

“Bakı Metropoliteni” hər ilin yekunu olaraq ziyanla işlədiyinə dair hesabatlar verir. Ümumiyyətlə, “Bakı Metropoliteni”ndəki iqtisadi vəziyyət, metronun maliyyə durumu ilə bağlı mütəmadi olaraq cəmiyyətə şəffaf informasiyalar verilmir. Hesablamalar göstərir ki, “Bakı Metropoliteni” illik sərnişindaşımadan 60 milyon gəlir əldə edir. Qatarların köhnə olması, tez-tez ləngimələr və sair problemlər isə bitmək bilmir.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu 2023-cü ilin göstəricisindən 20,3% çoxdur.

Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6% çox) istifadə edib.

Xatırladaq ki, aprelin sonu Hesablama Palatasının rəsmi məlumatında bildirilmişdi ki, 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu günlərdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyində isə qeyd edilib ki, ötən il Azərbaycanda dövlət büdcəsinə əmlak vergisi üzrə ödənişlərlə bağlı 364,7 mln. manat müəyyən edilmiş proqnoz 338,5 mln. manat icra edilib. Qeyri-neft-qaz sektorunun dövlət mülkiyyətinə aid müəssisələrinin büdcəyə ödənişlərinin real hesablamaların 81,8%-ni təşkil etməsi şəraitində, “Bakı Metropoliteni” QSC üzrə 0,6 mln. manata qarşı ödəniş olmayıb.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a şərhində bildirdi ki, “Bakı Metropoliteni”nin gəliri sırf sərnişin sayı ilə bağlıdır. Ekspert diqqətə çatdırdı ki, Bakı metrosunun alternativ gəlir mənbələri yoxdur: “Bu yaxınlarda "Bakı Metropoliteni"nin rəhbərliyi ilə iki dəfə görüş keçirilib. Bu görüşlərdə mən təklif etmişəm ki, metro stansiyalarında ticarət səliqəli formada olmaq şərtilə bərpa olunmalıdır. Məsələn, zəruri ehtiyaclar - çay, kofe, dərman vasitələri satıla bilər. Adətən axşam saat 10-dan sonra açıq aptek tapmaq müşkülə çevrilir. Stansiyalar isə gecə saat 12-yə qədər açıq olur. Odur ki, stansiyalarda apteklərin olması vətəndaşlara rahatlıq yarada bilər. Yolu kəsmədən, qışqır-bağır salmadan, əvvəlki xaotik vəziyyəti təkrarlamadan metro ticarətində yenilik etmək olar. “Bakı Metropoliteni”nin yeni rəhbərliyi bu məsələ ilə bağlı danışıqların aparıldığını bildirdi. İlkin mərhələdə “coffee shop” və s. olacaq. Bu da metro üçün gəlir hesab oluna bilər. Düşünürəm ki, bütün stansiyalarda bu imkanın yaradılması ildə ən azı bir qatarın yaxud vaqonun alınmasına kömək edə bilər. Ticarətdə yaxşı pul var. O vaxt Tağı Əhmədov yaxşı qazandı, yedi, dağıtdı, amma indi nəzarət altında ticarəti daha səmərəli şəkildə təşkil etmək olar ki, qazanan dövlət olsun, pul büdcəyə axsın. O ki qaldı “Bakı Metropoliteni”nin hesabatına, şəffaf hesabat gözləyirik. Biz ötən görüşdə bu barədə sual vermişdik. Rəhbərlik yaxın günlərdə hesabatın açıqlanacağını bildirdi. Bu isə o qədər də mürəkkəb proses deyil, sərnişinlərin sayı hesablanır, ümumi rəqəmdən metrodan güzəştli istifadə edən sərnişinlərin sayı çıxılır və gəlir hesablanır. Əlavə xərclər-əməkhaqqı, yeni stansiyaların tikintisi, layihələndirmə və s. isə dövlət tərəfindən qarşılanır. “Bakı Metropoliteni” hər zaman zərərlə işləyib. Yeni stansiyaların tikintisi illərlə vaxt aparıb. Son zamanlar Prezidentin tapşırığı ilə bir ilə bir stansiya tikilib, “Xocasən” stansiyası buna nümunədir".

Ekspert vurğuladı ki, yeni stansiyaların tikintisi, yeni vaqonların, qatarların gətirilməsi gözlənilir: “Bunun çox qısa müddətdə həll ediləcəyini demək çox çətindir. Köhnələr istismardan çıxarılmalı, yüzlərlə qatar, minlərlə vaqon alınmalıdır. Əsas sual budur ki, bu qədər vəsaiti birdən-birə xərcləmək mümkündürmü? Biz ekspertlər olaraq, görüşlərdə dəmiryolu infrastrukturu üçün qatar, vaqon və digər zəruri avadanlıqlar istehsal edən zavod tikilməsini təklif etmişik. Qatarların, vaqonların alındığı müəssisələrin Azərbaycanda nümayəndəliyi, yaxud filialı açıla bilər. Bildiyim qədər bu barədə razılaşma əldə olunub. Bu, həm vaxt, həm də əlavə maliyyə itkisinin qarşısının alınması, eyni zamanda yeni iş yerlərinin açılması deməkdir. Biz öz tələbatımızı ödədikdən sonra gələcəkdə istismar dövrünü başa vuran qatarları xətlərdən kənarlaşdıra bilərik. Digər tərəfdən, istehsal olunan qatarları, yaxud digər avadanlıqları digər ölkələrə sata bilərik. Dövlətin bununla bağlı planları var, müzakirələr aparılır”.

E.Muradlının fikrincə, metroda gedişhaqqı məsafəyə görə hesablanmalıdır: “Gedişhaqqı dövlət tərəfindən tənzimlənir. Lakin düşünürəm ki, dəmiryolu ilə sərnişindaşıma olduğu kimi, metro və avtobusla sərnişindaşımada da gedişhaqqı məsafəyə görə müəyyən edilməlidir. 2 dayanacaq yol gedən sərnişinlə 12 dayanacaq yol gedən sərnişin eyni məbləğdə gedişhaqqı ödəməməlidir. Bu, düzgün deyil. Fərqli yanaşma "Bakı Metropoliteni"nin özü üçün də faydalı ola bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Dünən, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru