Xalq artisti Naibə Allahverdiyeva Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadəni tənqid edib.
Gununsesi.info xəbər verir ki, Xalq artisti sosial media hesabında Mehriban Ələkbərzadənin teatrın rəhbərliyindən getməyə səsləyib.
“Heç bir bədii rəhbərin, baş rejissorun həddi deyil ki, bütün həyatını sənətə qurban verən aktyoru alçaltsın, əlini stola vursun”,-deyə N.Allahverdiyeva qeyd edib.
Xalq artisti daha sonra “Facebook” hesabından sözügedən paylaşımı silib.
Naibə Allahverdiyeva Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Ondan əvvəl akytorlar Əli Nur və Mehriban Xanlarova Mehriban Ələkbərzadəni sərt tənqid ediblər.