“Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının Ermənistan baş nazirinə başlatdığı impiçment prosesi böyük ehtimalla uğursuzluğa düçar olacaq”.
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazıb.
“Xatırladaq ki, Ermənistan Respublika Partiyasının təklifi ilə “Şərəf duyuram” fraksiyası Masis şəhərinin meri Davit Hambartsumyanın baş nazirliyə namizəd kimi irəli sürülməsinə qərar verib və fraksiya yekdilliklə bu qərarı dəstəkləmək qərarına gəlib, digər müxalifət deputatlarını da onların təşəbbüslərinə qoşulmağa çağırıb”, - deyə davamında erməni saytı yazır.
Məlumata görə, “Hayastan” fraksiyasının rəhbəri, Xocalı canisi Seyran Ohanyan dünən məsələyə belə münasibət bildirib:
“Hayastan” fraksiyası bundan əvvəl verdiyi bəyanata sadiq qalaraq, Milli Məclisdə impiçment prosesinə başlamaq üçün ağlabatan müddət ərzində çatışmayan 28 deputatın imzalarını təmin etməyə hazır olduğunu təsdiqləyir. Bu o deməkdir ki, “Şərəf duyuram” fraksiyasının 6 üzvünə 2 “Vətəndaş sazişi” deputatı qoşulmayana qədər proses davam edə bilməz. Təbii ki, “VS”-dən xaric edilən Akop Aslanyan və Ovik Ağazaryanın da qoşulma ehtimalı daha yüksək idi, lakin hər ikisi imza atmayacaqlarını açıqlayıblar. Sualımıza cavab olaraq Ağazaryan dünən bir daha xatırladıb ki, onlar artıq impiçment təşəbbüsü ilə çıxış ediblər və Edmon Marukyanın namizədliyini irəli sürüblər və onların mövqeyini dəyişib başqa namizədi dəstəkləyəcək yeni hallar yaranmayıb. Aydınlaşdırıcı sualımıza: Küçə mübarizəsi başlasa, fors-major vəziyyət yaranarsa, bunu yeni hal kimi qiymətləndirəcəklərmi, Ağazaryan cavab vermək istəmədi”, - davamında nəşr bildirir.