“İşini qoyub siyasi intriqalarla məşğul olan Ermənistan Elektrik Şəbəkələri Dövlət Şirkətinin əməkdaşları iyulda işdən çıxarılacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“İşini qoyub siyasi intriqalarla məşğul olan Ermənistan Elektrik Şəbəkələri Dövlət Şirkətinin əməkdaşları işdən çıxarılacaq. Qurumun əməkdaşlarını mitinqlərə məcbur edənlər də mühakimə olunacaqlar. Bu qruplara müqavimət göstərən və vəzifələrinə sadiq qalan əməkdaşların heç bir problemi olmayacaq. Həmin qruplara tabe olmadıqları üçün işdən çıxarılan şəxslər tezliklə işə bərpa olunacaq və verilməmiş maaşları ödəniləcək”, - baş nazir qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Ermənistanın elektrik şəbəkəsinin milliləşdiriləcəyini bildirmişdi.
Qeyd edək ki, Rusiya Ermənistanda elektrik istehsalının 80 faizini və ölkənin elektrik paylama şəbəkəsini tam nəzarətdə saxlayır.