Böyük Kilikiya Evinin (Livan) katolikosu I Aram Ermənistan hakimiyyəti ilə ruhanilər arasında münaqişəyə son qoymağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə katolikosluğun bəyanatında deyilir.
Qeyd olunur ki, I Aram vəziyyəti sakitləşdirmək üçün Ermənistana gəlməyi planlaşdırırmış, lakin parlamentdə baş verən “rüsvayçı və yersiz” hadisələr, təqiblər və həbslər onu bu fikirdən çəkindirib. Bununla belə, katolikos istənilən vaxt ölkəyə gəlməyə və bütün ermənilərin katolikosu II Qaregin və Baş nazir Nikol Paşinyanla müzakirələr yolu ilə vəziyyətdən çıxış yolu tapmağa hazırdır.