“Ukraynanın Rusiyaya məxsus 4 hərbi aviabazasına eyni anda hücum etməsi təkcə hərbi uğur deyil, həmçinin texnologiya və kəşfiyyat sahəsində nəzərəçarpacaq üstünlük nümayişi idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan deyib.
O, Ermənistanın daha təhlükəsizlik sahəsində Rusiyaya güvənməməli olduğunu söyləyib:
“Əməliyyatın həyata keçirilmə üslubu Rusiya əks-kəşfiyyatının zəifliyini ortaya qoydu. Həmçinin bu ölkə müasir texnoloji imkanlardan istifadədə də səmərəsizdir. Artıq Moskvanın Ermənistan və digər dövlətlər üçün təhlükəsizlik təminatçısı kimi çıxış etməsi illuziyadır. Öz ərazisindəki aerodromları qoruya bilməyən ölkə başqa heç bir dövlət üçün strateji himayəçi rolunu oynaya bilməz. Ermənistanın Rusiya ilə eyni təhlükəsizlik sistemində qalmağa davam etməsi səriştəsizlikdir. Moskva ilə əməkdaşlıq bizim üçün həm strateji, həm də texnoloji sahədə çətinlik yaradır. Bizim kosmik müşahidə sistemlərimiz yoxdur. Dövlət təcili şəkildə hərbi baxımından özünü təmin etmə proqramının icrasına vəsait ayırmalıdır. Ölkədə texnoloji istehsal inkişaf etdirilməlidir”.