"DİA-AZ" xəbər verir ki, sabiq deputat Etibar Əliyev növbəti dəfə maraqlı və sensasional yazı ilə çıxış edib.
DÜNƏNKİ YAZISI BURADA: Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Keçmiş deputatın yeni yazısını təqdim edirik:
***
Akademik Abel Məhərrəmovun sosial durumu barədə açıqlaması xeyli marağa səbəb oldu. Bəs görəsən AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sosial durumu necədir?
İsa məllim 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır.
Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır
Akademik adına görə 2000 manat əlavə pul alır.
İsa məllim həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.
Onun sahibi olduğu "Karvan" Şadlıq sarayı da yaxşı gəlir gətirir.
Abel məllim kimi onun da övladları özlərini dolandıra bilir.
İsa Həbibbəylinin oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin məhkəmədəki ifadəsi: "Gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dollarını rəhbərliyə (red. Vasif Talıbovu nəzərdə tutur) çatdırırdım".
Bunların pulunu heç Süni İntellekt də saya bilməz…