Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
"DİA-AZ" xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş prokurorun əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.