Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov prezident İlham Əliyevə əfv ərizəsi yazıb.
Bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları deyib.
Onların sözlərinə görə, Məmmədov öz müraciətində dövlət başçısına və dövlətçiliyə sədaqətindən söz salıb.
O, həmçinin 4 ildən artıqdır ki, həbsdə olmasını və səhhətindəki problemləri nəzərə alaraq prezidentdən onu azadlığa buraxmasını xahiş edib.
Qeyd edək ki, Alimpaşa Məmmədov korrupsiya cinayətlərinə görə həbs edilib.