Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                     ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                     Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır .....                     İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub? .....                     Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir .....                     Azərbaycan rusiyalı aparıcılardan .....                     DSX generalı vəzifədən azad edilib? .....                 

Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Tarix: Bu gün, 08:55 | Çap et

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasındakı münaqişənin tezliklə “uğurla həll ediləcəyini” bildirib. “Biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu, həll olunmağa yaxındır. Uğurlu bir həllə”, - Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə belə deyib.

Ermənistanın “Qraparak” nəşri isə iddia edib ki, Azərbaycanla müqavilə dekabrda imzalanacaq. Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq təşkilatlara verilməsinin əleyhinə deyil. Nəşr iddia edib ki, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də “Daşnaksütyun” üzvlərini həbs edirlər və etiraz edə biləcək qüvvələri sıradan çıxarırlar.

Ekspertlər qeyd edir ki, əslində sülh müqaviləsinin həmin vaxt imzalanması mümkün variantdır. Martda sülh sazişinin mətninin artıq razılaşdırıldığı bildirilsə də, bu görüşdə sazişin imzalanma tarixi barədə hər hansı məlumat verilməyib. Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub. İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir.

Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi isə mövcud geosiyasi reallıqlar sülh prosesinin tezliklə başa çatdırılmasının hər iki tərəfin xeyrinə olduğunu göstərir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk Qrupunun buraxılması sülh müqaviləsinin imzalanmasına əsas əngəldir. İndi Paşinyan açıq şəkildə bildirib ki, bütün güzəştlərə getməyə hazırdır və sülh müqaviləsi ilə yanaşı, ATƏT-in Minsk Qrupu və avropalı müşahidəçilərdən eyni vaxtda imtina etməyi təklif edir. Erməni ekspert Jirayr Liparityan qeyd edir ki, konstitusiya məsələsi hansısa aralıq razılaşma ilə həll oluna bilər. Ekspertlərin bu situasiya və perspektivlərlə bağlı maraqlı fikirləri var.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Birincisi, onu deyim ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Ermənistan qarşısında irəli sürdüyü tələblərin yerinə yetiriləcəyinə tam təminat almadan çərçivə sənədini, tələblər yerinə yetirilmədən isə hərtərəfli sülh anlaşmasını imzalamayacaq. Prezident Trampın açıqlamasına gəldikdə, bir var piar, bir də var konkret addımlar. Hər kəsə aydındır ki, Azərbaycanı sülhə təşviqə ehtiyac yoxdur, bununla bağlı ilk təşəbbüsü biz irəli sürmüşük, sülh anlaşmasının prinsiplərini də biz tərtib etmişik. Ermənistan hakimiyyəti də, deyəsən, artıq konstruktiv mövqe ortaya qoyur”. S.Alıyevin sözlərinə görə, ABŞ-ın burada sülhə töhfəsi o ola bilərdi ki, Ermənistanı qarışdırmağa, Azərbaycana təzyiq göstərməyə çalışanların yolunu kəssin: “Əgər ABŞ və Paşinyanla Parisdə görüşən Fransa bu regionda sülhdə maraqlıdırsa, Minsk Qrupunun buraxılmasını dəstəkləməlidirlər. Bunu edəcəklərmi, baxacağıq”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirdi ki, əsas məqam indi regionda uzunmüddətli sülhün hüquqi, diplomatik və geosiyasi təminatları üzərində gedir: “Trampın "məsələ həll olunmağa yaxındır" bəyanatı əslində ABŞ-ın prosesə gecikmiş də olsa, qoşulmaq və Avropa İttifaqı ilə bərabər Cənubi Qafqazda balans yaratmaq niyyətindən xəbər verir. Bu, həm də Vaşinqtonun Ermənistana dolayı şəkildə “oyunçunu dəyiş, oyun dəyişəcək” mesajıdır. Ermənistan daxilində baş verənlər - “Daşnaksütyun” və digər radikal qüvvələrin sıradan çıxarılması - Paşinyanın ciddi daxili təmizləmə apardığını və müqaviməti minimallaşdırmaq istədiyini göstərir. Bu, təkcə sülh üçün deyil, həm də onun öz siyasi gələcəyi üçün həyati əhəmiyyət daşıyır. “Qraparak”ın yazdığı kimi, əgər dekabrda sülh sazişi imzalanacaqsa, bu o deməkdir ki, artıq bir çox siyasi-texniki detallarda razılıq əldə olunub və indi Ermənistan ictimaiyyətində müqavimətin ləğvi mərhələsi başlayıb". T.İsmayılov vurğuladı ki, ATƏT-in Minsk Qrupundan imtina və konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan üçün milli suverenliklə geosiyasi balans arasında seçim deməkdir: “Liparityanın qeyd etdiyi kimi, konstitusiya dəyişiklikləri asan məsələ deyil, amma realpolitik baxımdan aralıq razılaşmalar vasitəsilə bu əngəl müvəqqəti aşılır. Paşinyanın bu güzəştlərə hazır olması əslində sülh üçün yox, Ermənistanın regionda təcrid olunmaması üçün etdiyi məcburi riyaziyyatdır. Azərbaycan isə prosesi ağıllı və strateji şəkildə idarə edir. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və paralel olaraq sülh müqaviləsinin paraflanması Azərbaycanın həm hüquqi, həm də faktiki üstünlüyünün göstəricisidir. İndi artıq masa üzərində konkret sənədlər, hüquqi mətnlər və qarşılıqlı öhdəliklər var. Bu mərhələ illər öncə sadəcə ideya idi, indi isə real dövlət strategiyasına çevrilib”. Ekspert qeyd etdi ki, sülh müqaviləsinin imzalanması daha çox Ermənistanın daxili siyasi manevrlərinə və beynəlxalq aktorların təsir dairəsinə bağlıdır: “Rusiya bu prosesdən kənarda qalmaq istəmir, amma artıq yeni geosiyasi reallıq onu çətin vəziyyətə salıb. Avropa İttifaqı və ABŞ isə Paşinyanın yanında görünməklə Rusiyanın bölgədəki yeganə "arbitraj güc" statusunu qırmağa çalışır. Dekabr razılaşması ətrafında gedən bu hazırlıq həm də Cənubi Qafqazın postsovet dövründəki ən həlledici diplomatik anlarından biridir. Burada artıq Qarabağ yox, sərhədlər, kommunikasiya xətləri və regionun hüquqi konturları danışılır. Sülh müqaviləsinin mətni razılaşdırılıbsa və yalnız siyasi-ictimai hazırlıq gedirsə, bu, Azərbaycanın diplomatik qələbəsidir". Ekspert bildirdi ki, bu mərhələdə Ermənistan öz konstitusiyasını dəyişməsə belə, müvəqqəti mexanizmlərlə razılaşmaya imza ata bilər: “Azərbaycanın marağı isə razılaşmanın kağız üzərində qalmaması, real icra mexanizmləri ilə dəstəklənməsi və beynəlxalq hüquq normalarına söykənməsidir. Bu baxımdan Bakı vəziyyəti təmkinlə izləyir, amma istənilən halda təşəbbüs onun əlindədir. Nəhayət, bu prosesin uğurla başa çatması Azərbaycanın yaratdığı yeni güc balansının nəticəsidir. Əgər dekabr razılaşması baş tutarsa, bu, bölgənin gələcək onilliklər üçün arxitekturasını müəyyən edən sənəd olacaq. ABŞ-ın indiki müdaxiləsi isə son söz deyil - bu, yalnız bölgədə balansın hansı tərəfə meyllənəcəyini ölçmək cəhdidir”. T.İsmayılov əmindir ki, sülhə gedən yol görünür və artıq geridönüş yoxdur: “Amma bu yolun sonunda nəinki sənəd, həm də real dəyişikliklər və icra gözlənilir. Azərbaycanın da gözləntisi budur: hüquqi, texniki və geosiyasi zəfəri hüquqi sənədlə möhürləmək. Və bütün əlamətlər göstərir ki, bu mərhələ tarixi fürsətdir. Onu dəyərləndirə bilən tərəf isə artıq bəllidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Bu gün, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Bu gün, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Bu gün, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Bu gün, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Bu gün, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Bu gün, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Bu gün, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Bu gün, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Bu gün, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Bu gün, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Bu gün, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Bu gün, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Bu gün, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Bu gün, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Bu gün, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Bu gün, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Bu gün, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Bu gün, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Bu gün, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Bu gün, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Bu gün, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Bu gün, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Bu gün, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Bu gün, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Bu gün, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55
Naxçıvanda sahibkarların bank hesabları kəskin azaldı – Talıbovdan sonrakı bir ayda nə baş verib?
Bu gün, 11:52
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı
Bu gün, 11:50
Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 11:43
Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: - rəsmi ittiham aktında polisin əzilməsi, zorakılıq və açıq təfərrüatlar
Bu gün, 11:39
Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb - KİV
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru