“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                     Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir .....                     Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb .....                     Yenə də `Azəriqaz`... yenə də... .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür .....                     Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı .....                     General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” .....                     Məşğulluq Agentliyi anbar icarəyə götürür .....                     100 min evə “kupça” veriləcək: .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb .....                     "336 manat 58 qəpik təqaüd alıram" .....                     Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi .....                     Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı .....                     Trampın “artsax” problemi .....                     Yevlaxda açıq havada film nümayiş etdirilib .....                     Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı .....                     Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... .....                     "Qışda qaz, yayda isə su kəsilir" .....                     "Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu .....                     İran bu pakistanlıları Azərbaycana yerləşdirib .....                     Bakıya görə Qusman getdi, növbə onundur... .....                     “Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır .....                     8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb .....                 

İrəvan həbsxanasından Paşinyana hədə kimi mesaj - TƏFƏRRÜAT
Tarix: Dünən, 08:49 | Çap et

Hazırda həbsdə olan Rusiya vətəndaşı, biznesmen, dövlət çevrilişi hazırlamaqda ittiham olunan Samvel Karapetyanın vəkilləri vasitəsilə göndərdiyi növbəti mesaj açıqlanıb. Karapetyan yenə də “köhnə havaları” təkrar edərək 44 günlük müharibədə Ermənistanın məğlubiyyətini və ermənilərin Qarabağdan köçməsini yada salıb, sülh prosesində İrəvanın əlverişsiz mövqedə olduğunu deyib.

Karapetyan ATƏT-in Minsk Qrupundan imtinanı və “Bakı ilə müstəqil şəkildə danışıqlar aparmağı” tənqid edir və indi “Azərbaycanın böyük qardaşı Türkiyənin” danışıqlarda əsas vasitəçi olmasından gileylənib.

“Avropa ilə qardaşlıqdan uzun-uzadı danışın, Sünikin təhlükəsizliyini təmin etmək üçün guya avropalı müşahidəçilər gətirin, ayda bir dəfə Makronu qucaqlayın, indi də dəhlizi amerikalılara təhvil verməyə çalışın. Dünyanın müxtəlif ölkələrində - Fransada, Yunanıstanda, Rusiyada, Kiprdə, Birləşmiş Ərəb Əmirliklərində uğurla iş aparmışam. Sizi inandırıram - belə davranışı və yalançılığı ilə kiçik bir dəstənin başçısı tezliklə nəinki özünü, hətta vətənimizi də dünyanın gözü qarşısında tamamilə nüfuzdan salacaq. Biz Ermənistanı geosiyasi qurban statusundan çıxaracağıq. Biz regionda maraqlar və prioritetlər balansını bərpa edəcəyik. Və sonra tranzit marşrutları Ermənistanın suveren ərazisində qalacaq, onun büdcəsini ildə yüz milyonlarla dollarla dolduracaq” deyə, onun müraciətində bildirilir. Moskvanın həbsdəki adamının çıxışının əsas tezisləri məhz sülh müqaviləsinə qarşıdır ki, bu da təsadüfi deyil.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında diqqətçəkən bir müqayisə apardı. O, Karapetyanla hazırda Azərbaycanda həbsdə olan rusiyalı milyarder, separatçı Ruben Vardanyanın eyni taleyi yaşadıqlarını qeyd etdi: “Bir neçə aydır ki, Ermənistan daxilində siyasi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr çox aktivləşib. Proseslərin gedişatı bu qüvvələrin bir mərkəzdən idarə olunduğunu açıq göstərir. Çünki fərqli düşərgələrdən olanların bir istiqamətdə fəaliyyət göstərmələri təsadüfi deyil. Kilsənın, Qarabağ klanının, Rusiyadan göndərilənin bir arada görünməsi hazırkı hakimiyyəti təcili şəkildə zəiflətmək tapşırığı aldıqlarının göstəricisidir. Ermənistan hakimiyyəti bu planı yaxşı bildiyindən onu həyata keçirəcək qüvvələri indidən neytrallaşdırmağa başlayıb. Paşinyanın Ermənistan Apostol kilsəsinin başçısı və ətrafı ilə bağlı apardığı ciddi kampaniya, Samvel Karapetyanın həbsi, keçmiş hakimiyyət rəhbərləri haqqında cinayət işlərinin yenidən qaldırılması bu ilin payızına qədər gərgin mübarizənin gedəcəyindən xəbər verir. Ölkə daxilində keçmiş hakimiyyətin nüfuzunun çox aşağı olması onları önə çıxartmağa imkan vermir. O səbəbdəndir ki, Rusiya vətəndaşı olan milyarder Samvel Karapetyanın İrəvana göndərilməsi situasiyanın dəyişməyə hesablanmış bir addım idi. Amma onun həbsi bütün planları alt-üst edib. Ermənistan elektrik şəbəkəsinin Karapetyanın rəhbəri olduğu Rusiya şirkətində olması, ölkənin enerji təhlükəsizliyinin açıq şəkildə Rusiyadan asılı olmasını ortalığa qoyub. O səbəbdəndir ki, Ermənistan parlamenti Ermənistan Elektrik Şəbəkəsinin milliləşdirilməsi ilə bağlı parlamentdə müzakirələr açmış və birinci oxunuşda milliləşdirmə ilə bağlı məsələ böyük səs çoxluğu alıb. Vəziyyətin bu yerdə olduğunu görüb hazırkı hakimiyyətə qarşı intensiv hücumları artırıblar. Bu hücumlar Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında, eləcə də Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşlərdən sonra daha da artdı. Paşinyanın Türkiyə səfəri isə qarşı tərəfi daha da qıcıqlandırdı. Hər iki ölkə liderlərinin həm Zəngəzur dəhlizinin açılması, həm də sülh müqaviləsi imzalanması istiqamətində gedən danışıqların yekunlaşması ilə bağlı bəyanatları ən sonda Donald Trampın gedən danışıqların nəticələrini möcüzə adlandırması və tezliklə Cənubi Qafqazda sülhün yaranacağını deməsi regionda maraqlı qüvvələri, xüsusilə Rusiyanı çox narahat edib. Hazırda Karapetyanın həbsxanadan açıqlamaları, Ermənistan hakimiyyətini milli maraqları satmaqda ittiham etməsi ancaq bəlli müxalif fikirli insanlar tərəfindən qəbul olunur. Hətta Paşinyanı istəməyənlərin bir hissəsi də Karapetyanın Rusiya adamı kimi qəbul etdiklərindən onun dediklərini dəstəkləmirlər. Hesab edirəm ki, həbsxanadan verilən açıqlamalar, kənardan veriləcək dəstəklər Ermənistanda siyasi sabitliyin pozulmasına gətirib çıxartmayacaq. Əgər Paşinyan özü sülh müqaviləsi və koridorun açılmasını ləngitmək istəsə, bu vəziyyətdən istifadə etməklə siyasi planlarını həyata keçirə bilər. Amma hazırkı durum Paşinyanın belə addım atmayacağını göstərir”.

Politoloq Züriyə Qarayeva hesab edir ki, hazırda həbsdə olan, lakin Ermənistan daxilində və beynəlxalq müstəvidə özünü təsirli fiqur kimi təqdim etməyə çalışan Samvel Karapetyanın son bəyanatı bir neçə istiqamətdə strateji siqnallar verir: “Bu çıxış təkcə şəxsi mövqeyin ifadəsi deyil, həm də Kremlin Cənubi Qafqazda uzunmüddətli planlarının Ermənistan daxilindəki təzahüri kimi oxuna bilər. İlk növbədə, diqqət çəkən əsas məqam Karapetyanın sülh prosesini və Bakı ilə birbaşa dialoq xəttini açıq şəkildə tənqid etməsidir. Bu, Ermənistanda radikal revanşist dairələrin hələ də mövcud olduğunu və Rusiya tərəfindən müəyyən dərəcədə təşviq olunduğunu göstərir. O, Azərbaycan və Türkiyənin regiondakı artan rolundan narahatlıq ifadə etməklə, əslində Ermənistanın Qərblə yaxınlaşma siyasətinə qarşı alternativ mərkəz yaratmağa çalışır.

Onun ritorikasında Qərb aktorlarına qarşı inamsızlıq hiss olunur. Karapetyanın “tranzit marşrutları” və Ermənistanın büdcəsi ilə bağlı dedikləri, əslində Rusiya üçün strateji əhəmiyyət daşıyan nəqliyyat-logistika planlarına da işarədir. O, Ermənistanın regional tranzitdə əsas söz sahibi olmasını istəyir, lakin bunu mümkün görmək üçün qərbyönümlü Paşinyan iqtidarının zəiflədilməsini zəruri hesab edir. Belə bir yanaşma, Ermənistanın regional sabitliyə töhfə vermək əvəzinə, yeni bir qarşıdurma siyasətinə sürüklənməsi riskini artırır. Ən diqqətçəkən məqam isə Karapetyanın çıxışının tamamilə sülhə qarşı yönəlmiş olmasıdır. Bu, təkcə Paşinyan hakimiyyətinə deyil, bütövlükdə Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasına zərbədir. Onun dedikləri, əslində Ermənistan cəmiyyətindəki parçalanmanı və Rusiyanın oradakı daxili dayaqlarının hələ də aktiv olduğunu göstərir.

Beləliklə, Karapetyanın çıxışı fərdi bəyanatdan daha çox, Ermənistanın gələcək istiqamətini müəyyənləşdirmək uğrunda gedən ideoloji və geosiyasi mübarizənin bir parçasıdır. Bu mübarizədə Moskva öz sözçüləri vasitəsilə “sabitlik” və “müstəqillik” adı altında əslində regionda təsirini qorumağa çalışır. Ermənistan üçün bu yol ya regional əməkdaşlıq və barış, ya da uzunmüddətli təcrid və geosiyasi asılılıq seçimidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Bu gün, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Bu gün, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Bu gün, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Bu gün, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Bu gün, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Bu gün, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Bu gün, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Bu gün, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Bu gün, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Bu gün, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Bu gün, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Bu gün, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Bu gün, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Bu gün, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Bu gün, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Bu gün, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Bu gün, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Bu gün, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Bu gün, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Bu gün, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Bu gün, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Bu gün, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 15:15
Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb - ŞƏRH
Bu gün, 15:11
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyor
Bu gün, 15:06
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
Bu gün, 15:00
Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı - Əsas adam idi
Bu gün, 14:48
Trampın “artsax” problemi – “Vaşinqton bataqlığı” qurudulmayınca...
Bu gün, 14:41
Yevlaxda açıq havada film nümayiş etdirilib - FOTO
Bu gün, 14:34
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 13:09
Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
Bu gün, 13:07
"Qışda qaz, yayda isə su kəsilir" - ETİRAZ
Bu gün, 13:04
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
Bu gün, 13:02
İran bu pakistanlıları Azərbaycana yerləşdirib - Sensasiya
Bu gün, 12:58
Bakıya görə Qusman getdi, növbə onundur... - KT
Bu gün, 12:55
“Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır
Bu gün, 12:48
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb – Tendersiz
Bu gün, 12:45
Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər - HÖKM OXUNDU
Bu gün, 12:43
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
Bu gün, 12:39
Paşinyanın Rusiya səfərinin əsas məqsədi: - Moskvanın “damarını” yoxlayacaq, sonra da...
Bu gün, 12:30
Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı
Bu gün, 12:27
Ailələr ANLAŞMALI DAĞILIR... - Ekspertdən İLGİNC AÇIQLAMA
Bu gün, 12:17
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Vətəndaşla dövləti üz-üzə qoyan qurum: Elm və Təhsil Agentliyi... - AXI NİYƏ?
Bu gün, 12:09
Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… – Patrik Uolş gizlinləri açdı
Bu gün, 12:01
“Referans” adı mübahisə doğurdu – ARAŞDIRMA APARILIR
Bu gün, 11:49
Daha bir fırıldaqçı satış şəbəkəsi... - GİLEY
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru