Əməkdar artist Füzuli Hüseynov Xalq artisti Əli Nurun ondan hüquq-mühafizə orqanlarına şikayət etməsinə münasibət bildirib.
Aktyor Teleqraf-a açıqlamasında bu sözləri qeyd edib: "Mən elə bir adam tanımıram, haqqında danışmaq istəmirəm. Onun məndən hüquq-mühafizə orqanlarına şikayət etməsi barədə məlumat yoxdur".
Qeyd edək ki, Xalq artisti Əli Nur həmkarı Füzuli Hüseynovdan hüquq-mühafizə orqanlarına şikayət etdiyini açıqlayıb: "Aprel ayında Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası zamanı yaranmış fikir ayrılıqları ciddi mübahisəyə çevrildi. Bu mübahisələr zamanı Mehriban Ələkbərzadənin təkidi ilə aktyor Füzuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Füzuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir".