" "Kontakt home"dan 2 il əvvəl kondisioner almışam. O zaman mənə dedilər ki, 103 manat qızıl zəmanət özdənişi elə, əgər istifadə etməsən, sonra pulunu geri götürərsən..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əziz İsrailov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən də razılaşdım ki, istənilən halda pulum cibimdə qalacaq. Bu gün (dünən nəzərdə tutulur -red.) zəng etmişəm ki, bəs pulu götürmək istəyirəm və necə götürə bilərəm. Dirəniblər ki, pul yalnız kart formasında qaytarılır və həmin məbləğ də yalnız "Kontakt Home"dan alver etməyə yarayır.
İsrar etdim ki, bəs müqaviləmizdə belə bir şərt yoxdur. Tələb etdim ki, həmin maddəni mənim e-mailimə göndərsinlər. Səsləri kəsildi.
İndi də telefonumu qaldırmırlar. Deməli, bunlar istədikləri vaxt istədikləri qaydanı uyğulaya bilirlər..."