ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                 

Ağsuda camaatı narazı salanlar kimlərdir? - GİLEY
Tarix: 11-02-2020, 09:34 | Çap et
Ağsuda camaatı narazı salanlar kimlərdir?
DİA.AZ: - Ağsunun Kalva kəndində sakinlərin problemi var. Onlar 2018-ci ildə baş vermiş zəlzələnin evlərinə ciddi ziyan vurduğunu söyləyirlər. DİA.AZ bildirir ki, bu barədə danışan sakinlər qəzalı durumda olan evlərində yaşamağın çətinliyindən gileyləniblər.

“Ömrümüz boyu bu kənddə yaşamışıq. Başqa bir yerə köçmək niyyətimiz yoxdur. Evlərimiz də ki, bildiyiniz kənd evləridir. Həmişə deyirdik ki, bir zəlzələyə baxır. Zəlzələ olsa, başımıza uçacaq. Elə də oldu. 2018-ci ildə kəndimizdə güclü zəlzələ baş verdi. Evimiz qəzalı vəziyyətə düşdü” – deyir, sakinlərdən Gülsənəm Hacıyeva.

Onun evi 1946-cı ildə tikilib. Sementsiz, torpaq və taxtadan istifadə edilib tikintisində. Sonradan da başqa ev tikməyə və yaxud evlərini təmir etməyə imkanları olmayıb. Gülsənəm Hacıyeva deyir ki, ailələri aztəminatlıdır. Ev almaq, tikmək, təmir etmək kimi imkanları yoxdur:

“Baxın, divarlarında iri çatlar əmələ gəlib. Döşəmə tamamilə sıradan çıxıb, iki yerə bölünüb. Bünövrəsinin daşları isə uçub, binanın altına tökülüb. Bir sözlə, evimiz yararsız, yaşanmaz durumdadır”.

Gülsənəm Hacıyeva deyir ki, dəfələrlə problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Maraqlanan, gəlib baxan olmayıb. Onlara kömək etməyiblər.

Zəlzələdə evi qəzalı duruma düşmüş daha bir kənd sakini isə Asəf Hacıyevdir. Deyir, evinin zirzəmisində evi ayaqda tutan bünövrə daşları uçub. Evinin içində gəzəndə döşəmə tərpənir, divarlar çatlayıb.

“Elə bilin ki, ev havada qalıb, bunun başqa bir adı yoxdur. Divarların dörd bir yanı çatlayıb. Yaşanmaz durumdadır. Qışdır, evi qızdırmaq da olmur. Hər yeri çatdır, soyuq hava girir. Dərd bir-iki deyil ki...”.

Asəf Hacıyev deyir ki, yenidən zəlzələ olsa, evləri başlarına uçacaq:

“Hətta güclü zəlzələyə də ehtiyac yoxdur. Elə yüngülvari bir təkan bəs edəcək evin darmadağın olmasına. Dövlət zəlzələdə, daşqında, seldə, bir sözlə, təbii fəlakətdə zərər görmüş evlərə daim kömək edir. Bir bizim kəndə baxan yoxdur deyəsən”.

Şikayətçilərdən Gülurə Ağaliyevanın da evi qəzalı duruma düşüb. Deyir, evinin divarları, pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlib. Döşəmə sınıb, sökülüb:

“Ayağımızı basırıq içinə girir. Bünövrəsi zədələnib. Evlərimiz qəzalıdır. Başqa adı yoxdur. İnanın, uşaqlarla birlikdə qorxa-qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə problemimizlə bağlı müraciətlər etmişik. Artıq bir ildən çox vaxt keçib. Gəlib maraqlanan olmayıb. Bir söz bilirlər: “siyahıda adınız var. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır”.

Sakinlər deyirlər ki, onların evləri ilə maraqlanan yoxdur. Ancaq Kalva kəndinin icra nümayəndəsi Cavid Qədirov və onun müavini Vüqar Əfəndiyev icra hakimiyyəti ilə əlbir olub, özlərinə yaxın kənd sakinlərinin qəzalı olmayan evlərini təmir etdiriblər.

“Yerli məmurlar yalnız özlərinə və qohum-əqrəbalarına aid evləri təmir etdiriblər. Hesab edirik ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli miqdarda vəsait kənd icra nümayəndəsi Cavid Qədirov və onun qohum-əqrəbalarına sərf edilib”.

Gülurə Ağaliyeva deyir ki, nəticədə yerli məmurların özbaşnalığı sadə insanları dövlətdən narazı salıb:

“Biz də qərara gəlmişik, evi qəzalı olan sakinlər Prezidentə müraciət edək. Elə media vasitəsilə Prezident İlham Əliyevə demək istəyirik ki, bizə kömək etsin. Cənab Prezident, bizə kömək edin. Yaşamaq üçün yararsız olan evlərimizə Fövqəladə Hallar Nazirliyinin komissiyası baxış keçirib, onların təmir edilməsinə vəsait ayrılması üçün göstəriş verin”.

Ağsu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirilib ki, bəli, həmin kənddə zəlzələdən sonra qəzalı duruma düşən evlər olub. Onların təmiri üçün əllərindən gələni ediblər:

“Mənim eşitdiyimə görə bir neçəsi hətta təmir də edilib. Əvvələ ən pis vəziyyətdə olan evləri salıblar. Qismən qəzalı evlər sona saxlanıb. Yəqin dediyiniz şəxslərin evi tamamilə yaşanmaz vəziyyətdə olmayıb. Ancaq qəzalı ev siyahısına daxil edilibsə, mütləq tədbir görüləcək. Narahat olmasınlar”.

İcra nümayəndəsinin ona yaxın adamlara ev təmir etməsinə gəlincə, Cavid Qədirov deyir ki, yalan məlumatdır, əsassızdır:

“Evə mən yox, FHN işçiləri baxış keçirib. Qəzalı olub- olmaması ilə bağlı rəyi də mən yox, onlar verib. Hətta komissiya ilə birlikdə evlərə o vaxtkı, mərhum bələdiyyə sədrimiz Namiq Hacıyev də gedirdi. Namiq Hacıyev şikayət edənlərdən ikisinin qohumudur. Qoyardımı ki, onlardan kiməsə qarşı haqsızlıq olsun?”

Cavid Qədirov deyir ki, zəlzələdən sonra Kalva kəndində düz 121 ev qəzalı duruma düşüb:

“Hamısının da siyahısı Fövqəladə Hallar Nazirliyində var və sıra ilə təmir, bərpa işləri aparılır. Heç kim o siyahıdan nəsə çıxara bilməz. Mən hökumətin vətəndaşlar üçün ayırdığı pulu onların əlindən ala bilərəmmi? Mən kiməm ki?”

Cavid Qədirov əlavə edir ki, komissiya evlərə baxış keçirən zaman şikayətçilərdən Gülurə Ağaliyeva evdə olmayıb:

“O, Bakıda yaşayır, qapısı bağlı idi. Evdə olmayan birinin evinə baxış keçirmək olmazdı. Gülsənəm Hacıyevanın isə evinə baxış keçirilib. Əgər siyahıya düşübsə, kömək ediləcək. Mənim bu prosesin qarşısını kəsəcək və yaxud başqa birinin evini təmir siyahısına salacaq səlahiyyətim yoxdur. Bu işləri yaradılan komissiya edir. Mən belə bir kömək edə bilərəm. Hazırda komissiya hava şəraiti ilə bağlı işini dayandırıb. Evlərə yenidən baxış keçirilərsə, xahiş edərəm, onların evlərinə bir də baxarlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru