“Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                 

"Az qala xalqı ittiham edirdilər ki..." - Əli Həsənovdan müxalifətə daha bir DƏRS
Tarix: 14-11-2019, 11:38 | Çap et
"Az qala xalqı ittiham edirdilər ki..."
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov sosial mediada ölkə müxalifətinin fəaliyyətinə dair məqalə dərc edib. DİA.AZ həmin məqaləni oxuculara təqdim edir.

***

Azərbaycanda və dünyada baş verən proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal siyasi-iqtisadi korporativ maraqların dayandığını siyasətlə yaxından uzağa əlaqəsi olmayan vətəndaşlarımızın çoxu başa düşür. Nəinki başa düşür, hətta bir zamanlar meydanlarda, küçələrdə qaldırdığı yumruğunu azadlığın təkrarsız simvolu kimi təqdim edənlərdən daha yaxşı təhlil etməyi bacarır. Amma illərdir ölkənin siyasi arenasında baş girləyib aqressiv və təkrarçı ritorikalarını cəmiyyətə “siyasi intellekt nümunəsi” kimi sırımağa çalışan antimilli və dağıdıcı müxalifət təmsilçiləri ən adi reallıqları belə görmək istəmir, yaxud görə bilmirlər.

Fikrimizi arqumentləşdirmək üçün yaxın siyasi tariximizin dərinliklərinə dalmağa ehtiyac yoxdur, bəhs olunan müxalifət nümayəndələrinin son 15-16 il ərzində regionda və dünyada baş verən proseslərə münasibətini və nümayiş etdirdikləri davranışı yada salmaq yetərlidir.

16 il öncə Azərbaycanın radikal müxalifətinin də ilhamlandığı və az qala bayram kimi qeyd etdiyi Gürcüstandakı “qızılgül inqilabı”ndan sonra cərəyan edən prosesləri, yəqin ki, hər kəs yaxşı xatırlayır. Yaxud Ukraynada “narıncı inqilab“ ssenarisinin reallaşdırıldığı dövrdə bizim radikalların orada baş verənlərin eynilə təkrarlamasına çalışdıqlarını, Ukryanadakı ilə oxşar adda partiyalar bloku qurduğu, müəyyən şəxslərin Ukraynadan narıncı geyim və qalstuk idxalı biznesindən özünə güzəran düzəltdiyini də hamı bilir. Ukraynadan Qırğızıstana qədər postsovet məkanını bürümüş “rəngli inqilab”ların çox keçmədən narıncıdan sarıya doğru necə metamorfozaya uğradığının, əvvəl “narıncılaşmanın”, sonra da “saralmanın” bu ölkələr üçün hansı insani, maddi və ərazi itikiləri ilə yekunlaşmasının şahidi olduq.

Radikal müxalifət 2010-cu illərin başlanğıncında start götürmüş “ərəb baharı”ndan da vəcdə gəlmişdi. ”İnqilab baharı” mövsümünün Yaxın Şərqdə yüz minlərlə günahsız insanın qətlinə, milyonlarla insanın qaçqın taleyi yaşamasına, bəşəriyyətin mədəni sərvəti olan unikal tarixi abidələrin dağıdılmasına, terrorizmə rəvac verməsinə laqeyd qalan azərbaycanlı “inqilab idxalçı”ları bu dəfə də vaxtından əvvəl sevinməyə başlamışdı. Onların hətta Tunisdə olduqca fəlakətli proseslərin katalizatoru olmuş faciəni andıran hadisənin 2013-cü ildə Bakıda təkrarlanmasından necə sevindiklərini, ekstaz keçirdiklərini təsvir etmək sözün imkanları xaricindədir. Sanki söhbət özünü yandıran insandan deyil, inqilabı körükləmək üçün tələb olunan adi bir əşyadan gedirdi.

Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycanın daxilinə daşınması üçün bizim radikal antimilli dairələr gecə-gündüz sosial şəbəkələrdə, internet resurslarında təbliğat aparırdı. Ölkəmizdə baş verən sıradan bir kriminal hadisəni, yaxud təməlində hansısa əhəmiyyətsiz sosial problemin dayandığı istənilən faktı “dəhşətli hüquq pozuntusu” kimi qələmə verir, müsəlman Şərqində ilk respublika quran, müasir, sivil, inkişaf etmiş Azərbaycan xalqını bu və ya digər səbəblərdən geridə qalmış cəmiyyətlərlə müqayisə etməkdən belə çəkinmirdilər. Amma bu gün onlardan heç biri özündə cəsarət tapıb vaxtilə “azadlıq uğrunda mübarizə” kimi təqdim etməyə çalışdıqları “ərəb baharı”nın göz önündə olan qanlı nəticələrindən danışmır və bətnindən terrorizm, İŞİD kimi ən dəhşətli terror bəlası doğuran prosesləri təbliğ etdiklərinə görə Azərbaycan cəmiyyətindən üzr istəmirlər.

Bəzi faktlara baxaq. “İnqilabi mövsüm” qurbanı olan ölkələrdən Liviyada yalnız 2011-ci ilin avqustuna olan göstəricilərə görə 50 mindən çox insanın həyatına son qoyulub. Bəzi mənbələrdə isə daha 30 min insanın itkin, 750 minə şəxsin qaçqın düşdüyü bildirilir. Suriyada baş verənlər isə 2015-ci ilin statistik göstəricilərinə görə 300 min insanın həyatına son qoyub, 4 milyon nəfər isə öz evindən didərgin düşüb. 2011-ci ildən sonra Liviyada, 2015-ci ildən sonra isə Suriyada baş verən kütləvi insan ölümlərini artıq heç kim hesablamır. Çünki günahsız insanların qətlə yetirilməsi, terror bu ölkələr üçün adi hala çevrilib. Viranə qalmış, terror qruplarının meydan suladığı bu ölkələrdə insan həyatının heç bir dəyəri yoxdur. Liviyada tuareqlərin etnik, tarixi vilayətlərin regional separatizmi ölkəni real parçalanma təhlükəsi qarşısında qoyub, vətəndaş müharibəsi səngimək bilmir, hər gün yeni qüvvələr, geosiyasi maraqlar ölkədəki münaqişəsinin dərinləşməsinə xüsusi “töhfə” verirlər. Suriyada baş verənləri isə Azərbaycan mediası kifayət qədər geniş işıqlandırıldığından burda yaşanan humanitar fəlakəti, XIX əsr suriyalı maarifçilərin “Böyük Suriya” idealının, XX əsrin əvvəllərində və ortalarında reallaşdırlmasına təşəbbüs göstərilən panərəbizm layihələrinin necə dəfn edildiyini, Suriyanın etnik və konfessional zəmində necə parçalandığını, xarici hərbi birləşmələrin ölkədə necə söz sahibi olduqlarını xatırlatmağa lüzum görmürük. Çünki bunları Azərbaycan inqilabçılarının ideoloqu “görkəmli tarixçi professor” Cəmil Həsənli və onun “müzəffər inqilabçı lideri” Əli Kərimli bilməmiş deyil.

Sonrakı illərdə - 2017-ci ilin sentyabrında Myanmanın Arakan vilayətində Rohinca müsəlman azlığına qarşı qətliamlarla əlaqədar alovlanan qarşıdurma Azərbaycanın radikal müxalifəti üçün növbəti analogiyalar üçün bəhanə açmışdı. Az qala xalqı ittiham edirdilər ki, nəyə görə Myanmada sabitliyin pozulacağına səbəb olan hadisələr baş verir, amma bizim ölkəmizdə xalq yatıb, sabitlik pozulmur ki pozulmur.

2019-cu ilin aprelində Sudanda baş verən genişmiqyaslı nümayişlərdən sonra da bizim Cəmil Həsənli-Əli Kərimli düşərgəsini təmsil edən radikalların əsas müzakirə mövzusu akasiyaları Xartumdan Bakıya necə transfer etməyin yolları ilə bağlı idi. Halbuki Sudanda baş verənlər Cənubi Sudanda guya soyqırım törədilməsi haqda sübut edilməmiş, sonradan bəzi beynəlxalq ekspertlər tərəfindən də təkzib edilmiş iddialarla başlayıb, Cənubi Sudanın ölkədən qoparılması ilə nəticələnmiş hadisələrin davamı olduğu hər kəsə bəlli idi. Cənubi Sudan ayrılıb müstəqilliyini elan etsə də, əsas təbii sərvətlərin istismarına başlamaq üçün açar rolunu oynayan ərazilər uğrunda mübarizə hələ bitməyib.

Bütün bunlar xaricdən müxtəlif bər-bəzəkli adlar altında ixrac olunan inqilab “ssenari”lərinin nə qədər dəhşətli nəticələrə gətirib çıxardığının bariz nümunələridir. Amma Azərbaycanın dağıdıcı müxalifəti, adını çəkdiyim professor və onun rəzil lideri bütün bunlardan nəticə çıxarmaq, ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşlarımızın təhlükəsiz bir şəraitdə yaşamasının nə qədər vacib olduğunu dərk etmək istəmir.

Radikal antimilli müxalifət həmişə olduğu kimi, bu gün də bu və ya digər xarici ölkədəki zorakı hakimiyyət dəyişikliyini “İnqilabi təbliğat” məqsədilə istifadə edir, digər ölkələrdə daxili siyasi vəziyyət gərginləşəndə ruhlanır. Ölkələr arasında fərqləri nəzərə almadan "bunlar bizdə də baş verməlidir" kimi yanlış ümidlərə qapılır, sosial bazalarını da bu ovqata kökləmək istəyirlər. Radikalların başqa ölkələrin siyasi təcrübəsindən eyforiyaya düşməsinin ən başlıca səbəbi Azərbaycan xalqından dəstək ala bilmədikləri üçün xarici mərkəz və qüvvələr arasında gizli himayədarlar axtarışına çıxmasıdır.
Müşahidələr göstərir ki, beynəlxalq qlobal media şəbəkələrinin Azərbaycandilli resursları da həmin prosesləri müxtəlif aspektlərdən geniş işıqlandıraraq antimilli müxalif qrupları ideoloji baxımdan “təlimatlandırır” və təşviq edir . Sonradan “Azadlıq” qəzeti, “Azərbaycan saatı” kimi müxalif saytlar, müxalif Youtube kanalları və sosial səhifələr mövzunu Azərbaycan üzərində fokuslayır. Budur,müxalifətə başçılıq edənlər indi də öz təfəkkür səviyyələrinə uyğun olaraq siyasi kataklizmlər üçün analogiya axtarışlarının növbəti predmeti kimi hazırda qarşıdurma yaşanan Boliviyanı nümunə seçiblər. Bu həftənin əvvəllərində Boliviya prezidenti Evo Moralesin hakimiyyətdən devrilməsi bu kontekstdə təqdim edilməkdədir. Amerika qitəsində yerli qırmızıdərili əhalini təmsil edən ilk prezident olmuş Moralesin hakimiyyəti illərində Boliviyanın qısa müddətə ciddi iqtisadi nailiyyətlər əldə etməsi, evonomika adı verilən xüsusi iqtisadi konsepsiya tətbiq etməsi, sosial rifahın, orta aylıq əmək haqqı göstəricilərinin dəfələrlə artması, 2017-ci ildə bu göstəricilərinə görə bəzi Şərqi Avropa ölkələrini belə geridə qoyması, əhalinin 60 faizindən çoxunu təşkil edən qırmızıdərililərini dini-mədəni və sosial hüquqlarını qorumaq üçün hansı mühüm addımlar atmasından qətiyyən bəhs edilmir. O cümlədən də, hazırda Boliviyada hakimiyyəti zəbt etmiş “inqilabi liderin” irqçi ağ liderlərdən biri olması, ona separatçı regionlar tərəfindən necə dəstək verilməsi azərbaycan müxalifəti tərəfindən bilərəkdən gizlədilir. Bu uzaq ölkədə cərəyan etməkdə olan hadisələrin nəticəsi bir yana qalsın, özlərinin “demokratiya”, “hüquqi dövlət” tərəfdarı olduqlarını iddia edən Cəmil Həsənli-Əli Kərimli düşərgəsi, hətta baş verənlərin mahiyyətinə nəzər salmağı belə bacarmırlar. İnsan ölümləri və hərbçilərin siyasi proseslərə müdaxiləsi ilə müşayiət olunan dövlət çevrilişi “ərəb baharı”nda olduğu kimi yenə də eyni entuziazmla təbliğ olunur. Çünki radikal müxalifət təmsilçiləri üçün öz korporativ maraqları və onları idarə edənlərin sifarişlərindən başqa müqəddəs heç nə yoxdur.
ABŞ Konqresinin Nümayəndələr Palatası “erməni soyqırımı” ilə bağlı sənəd qəbul edəndə “Vətən”, “Dövlət”, “Millət” hayqıran Cəmil Həsənli-Əli Kərimli düşərgəsindən səs çıxmadı. Dağlıq Qarabağdakı separatçı rejimin başçıları Konqresdə görüşlər keçirəndə onlar Vaşinqtonda Azərbaycanı hədəfə gətirməklə məşğul idilər- budur bunların “vətənpərvərliyi”, “milli təəssübkeşliyi”, dövlət və millət “qayğısı”.

Görünən odur ki, radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaq, sosial şəbəkələrdə boş və mənasız kampaniya təşkil etmək, qarayaxma ilə məşğul olmaqdan o yana keçmir, cılız, qorxaq olduqları qədər də ambisioz və hikkəli davranışdan başqa ortaya heç nə qoya bilmirlər.

Gözləyək, görək, Boliviyadan sonra harada nə baş verəcək.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
tarix elmləri doktoru, professor










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru