9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                 

Sabirabadda ədliyyə şöbəsi rəisinin ağılasığmaz əməlləri - ŞİKAYƏT VAR
Tarix: 29-07-2015, 11:42 | Çap et
Sabirabadda ədliyyə şöbəsi rəisinin ağılasığmaz əməlləri
Sabirabadın Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu Baş Prokuroru Zakir Qaralova müraciət edib.

TİA.AZ-a müraciətin bir surətini göndərən Q.Cəlilov məmur özbaşınalığı ilə üzləşib:"2011-ci ilin sentyabrında Quruzma bələdiyyəsinə müraciət edərək 2000-ci ildən keçmiş sədri olan Əliyev Fazil Balaqardaş oğlunun icarəsində olan Yenikənd kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsini sub icarəyə götürdüm. Mən Quruzma bələdiyyəsi ilə 15 illik sub icarə müqavilə bağladım. Bu müqavilə əsasında mən qoyunçuluğu inkişaf etdirməyə başladım.
Bundan sonra mənimlə şəxsi-qərəzliyi olan iki nəfər Yenikənd sakini həmin torpaq sahəsini əldə etmək məqsədi ilə Quruzma bələdiyyəsinin keçmiş sədri Fazil Əliyevdən və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseyinovdan müxtəlif dövlət orqanlarına müraciətlər etməyə başladılar.
Yazılı çəkişmələr nəticəsindən öz vəzifəsini qorumaq üçün bələdiyyə sədri Fazil Əliyevə Nizami Hüseyinov təzyiqlər göstərərək mənimlə bağlanmış sub icarə müqaviləsini ləğv etməsini tələb edib. Fazil Əliyevi zərbə altında qoyaraq özünü sığortalamış oldu.
Beləliklə Fazil Əliyev Nizami Hüseyinovun təzyiqləri nəticəsində mənə sub-icarəyə verilmiş torpaq sahəsinin boşaldılmasına dair mənim və bələdiyyə üzvlərinin iştirakı olmadan özbaşına qərar vermişdir. Mən isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmə prosesi zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təklif aldım. Təklif bundan ibarət oldu ki RİHB-nın Quruzma Bəldiyyəsinin sədri , Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovun qarşılıqlı razılaşma əsasında mənim Yenikənd ərazisində olan 30 ha torpaq sahəsini boşaldım və bunun əvəzində qonşu kəndin ərazisindən sahibkarlıq fəaliyyətimin davam etdirməsi üçün torpaq sahəsi ayrılsın.
Çəkişmələrin bitəcəyi barədə mənə təminat verən hər üç şəxsə inanaraq razılaşdım və bu təklifin icrasını Nizami Hüseyinov şəxsən öz üzərinə götürdü.Lakin bu çəkişmələr daha da qızışdı.Buna görə də Nizami Hüseyinov və Fazil Əliyevə təzyiqlərini davam etdi”.
Şikayətçi deyir: “Bu təzyiqlərə tab gətirməyən Fazil Əliyev pisxoloji gərginlik nəticəsində infarkt və insult diaqnozu ilə uzun müddət xəstəxanada qalaraq həkimlərin məsləhəti ilə vəzifəsindən istefa verdi. Bundan sonra Quruzma bələdiyyəsinin sədr əvəzi seçilən Ə. İbrahimov N.Hüseynovun göstərişi ilə 2014-cü ilin dekabrında məni yenidən Sabirabad rayonu məhkəməsinə verərək mənim üçün qonşu kənd ərazisindən ayrılmış torpaq sahəsini də boşaldılması tələbini qoydu. Ə.İbrahimovdan bu müraciətin səbəbini məhkəmədə soruşduqda bildirdi ki ,mən Nizami Hüseyinova tabeyəm onun göstərişləri mənim üçün qanundur. Halbuki, bütün bu göstərişləri verən Nizami Hüseyinov mənim ayrılmış 10 ha torpaq sahəsi barədə keçirilən 18.02.2013.-cü il tarixli iclas protokolundan çıxarışı şəxsən özü Şirvan Regional Ədliyyə Şöbəsində qeydiyyatdan keçirmişdir.
Necə olur ki Nizami Hüseyinov öz vəzifə səlahiyyətlərini aşaraq,özünü idarəetmə orqanı olan bələdiyyənin işinə birbaşa müdaxilə edə bilər? Nizami Hüseyinovun bu tələblərini qeyri-qanuni olduğunu görən Ələmdar İbrahimov Quruzma bələdiyyəsi adından rəsmi olaraq müraciət etmiş,məndən şikayətçi olmadığını bildirdi və məhkəmə prosesinin dayandırılmasını xahiş etmişdir.Faktlar üçün sənədlərin surətini təqdim edirəm.
Yeni bələdiyyə seçkilər nəticəsində Ə.İbrahimov vəzifəsindən uzaqlaşdırılmış Quruzma bələdiyyəsinin sədri olaraq Nəcəf Allahverdiyev seçilmişdir. N.Allahverdiyev başladıqdan sonra bu proseslər barədə söhbətimiz əsasında onun mənimlə heç bir şəxsi-qərəzliyinin olmadığını və sahibkarlıq fəaliyyətimin inkişafında mənə yardımçı olduğunu bildirdi. Həmkəndlim və xoş münasibətdə olduğum N.Allahverdiyevin bu sözləri mənim üçün təbii idi.
Lakin bir müddət keçdikdən sonra şəxsi, xoş münasibətlərimizə baxmayaraq N.Allahverdiyev Quruzma bələdiyyəsi adından mənim üçün gözlənilməz şəkildə həmin torpaq sahəsinin boşaldılmasına dair Sabirabad rayon Məhkəməsi qarşısında iddia qaldırdı. Halbuki Quruzma bələdiyyəsinin ərazisində məndən başqa 1000 hektarlarla torpaq sahəsi müxtəlif sahibkarların iştifadəsindədir. Əlbəttə iddianın qaldırılması ilə bağlı N.Allahverdiyevlə telefon əlaqəsi saxladım. Söhbət əsnasında N.Allahverdiyev bildirdi ki, yaranmış vəziyyət qarşısında acizdir. Bu iddianı qaldırılmasında ondan yenə də Nizami Hüseynov tələb edir. Axı nə üçün beş kəndi əhatə edən Quruzma bələdiyyəsi ərazisində bu qədər qanunsuz tikililər zəbt olunmuş sahələr ola-ola yalnız mənim sahəm boşaldılmalıdır? N.Allahverdiyevin bu sözlərindən sonra mən Nizami Hüseyinovla görüşdüm və mənim sahibkarlıq fəaliyyətimə nə üçün mane olması ilə maraqlandım.
O bildirdi ki, həmin iki nəfər qərəzli qonşularla razılıq əldə olunmasa onlar mənim iş fəaliyyətimdən müxtəlif hüquq mühafizə orqanlarına müraciətlər edərək təzyiqlər göstərəcəklər.
Bu da mənim tabe olduğum Ədliyyə Nazirliyində mənə qarşı mənfi münasibətin formalaşmasına səbəb olacaq. Deməli belə çıxır ki, mən Nizami Hüseyinovun vəzifəsinin qurbanı olmalıyam”.

Maraqlıdır ki, Nizami Hüseyinov hansı əməllərinə görə iki nəfərin hədələrindən qorxaraq mənim dörd il ərzində inkişaf etdirdiyim sahibkarlıq fəaliyyətimi bitirməyə çalışır. Belə ki o, mənə söz verərək 30 ha sahəsini boşaltdıqdan sonra mənə kömək etmək əvəzinə söz verərək və üzərində özlərinin mənim üçün inşa etdikləri müvəqqəti tikililərin sənədləşməsinə mane olmağa başladı.
Quruzma bələdiyyəsi 13 fevral 2014-cü il tarixli 03 saylı iclas keçirərək mənim üçün ayrılması nəzərdə tutulmuş 10 ha torpaq sahəsinin hərrac və müsabiqə komisiyasına çıxarılması barədə qərar vermişdir. 14 fevral 2014-cü il tarixdə 148 nömrəli məktubla DT və XK-nin Sabirabad rayon Torpaq Hərrac və Müsabiqə komisiyasına müraciət etmişdir. Lakin hərrac komisiyası müsabiqə elan etməmişdir. Hərrac komisiyasından səbəbini soruşduqda bildirmişdilər ki, Şirvan Regonal Ədliyyə şöbəsinin rəisi N. Hüseynov hərrac komisiyasına məktubla müraciət edərək sözü gedən 10 ha torpaq sahəsinin hərraca çıxarılmasının dayandırılması barədə xahiş etmişdir. Bu məsələ ilə bağlı mən Nizami Hüseyinovla görüşərək səbəbini soruşdum.Cavab olaraq iki nəfər qərəzli şəxslərdən qorxduğunu bildirdi.
Bununla kifayətlənməyən N.Hüseyinov 30 ha torpaq sahəsi boşaldıqdan sonra da öz qərəzliyini yenidən göstərərək Sabirabad Rayon Məhkəməsinin icraçısı Gülmalı Əzizova təzyiqlər edərək şifahi şəkildə ondan tələb etdi ki, mənim qonşu Qəzli kəndi ərazisində yerləşən10ha torpaq sahəsini əvvəlki 30ha torpaq sahəsinə daxil etsin. Halbuki öz araşdırmasında Gülmalı Əzimov Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi idarəsinin Ədliyyə Nazirliyinin Sabirabad rayon İcra Qurupuna13.02.2015-ci il tarixli 153820000216 saylı məktubuna əsaslanaraq icrayə xitam vermişdir və nəticə olaraq mənə Sabirabad rayon məhkəməsinin 15 aprel 2015-ci il tarixli 8 (056) -37 / 2015 saylı (İcra sənədi üzrə icrata xitam verilməsi barədə) qərardadın surətini göndərmişdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru