AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub. “APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, 17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb. Qeyd edək ki, Zərifə Həmzəyeva bankın nizamnamə kapitalında 84,5 % paya malik olub.