[b] "Baku Glass Film" MMC, "Besix Azərbaycan" MMC, "Alcon Pharmaceutıcals Ltd" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduqlarını elan ediblər. [color=#FF0000]Teleqraf [/color]xəbər verir ki, kreditorlar tələblərini müvafiq olaraq, 1052 Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16R, mənzil 1 ünvanına, AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, ev 7, mənzil 130 ünvanına və AZ1072 Bakı şəhəri, Nərimanov rayonu, Bala Dadaşov küçəsi, ev 31, mənzil 12 ünvanına bildirə bilərlər. Qeyd edək ki, "Baku Glass Film" MMC 2019-cu ilin fevralında yaranıb. 5 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əmənov Fətəli İlham oğludur. "Besix Azərbaycan" MMC 2013-cü ilin oktyabrında yaranıb. Nizamnamə kapitalı 10 000 manatdır, qanuni təmsilçisi isə Cəfərova Günay Ziyəddin qızıdır. "Alcon Pharmaceutıcals Ltd" şirkəti isə gözə qulluq məhsulları üzrə ixtisaslaşmış İsveçrə-Amerika əczaçılıq və tibbi cihaz şirkətidir. Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Pushkar Oleksandr-dır. Şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb.[/b]