Müğənni Vəfa Şərifova beh aldığı toya getməyib. Axşam.az xəbər verir ki, bu haqda sənətçi "Tarixin bir günü" verilişində deyib. O bildirib ki, məclis sahibləri onu aldadıb: "3 gün əvvəl bir ad günü danışıb, beh almışdım. Bir bəyin ad günü idi. Soruşduq ki, xanımlar olacaq? Demişdilər ki, hə. Amma məclisə 2 saat qalmış bəlli oldu ki, ancaq kişilərdir, qadın yoxdur. Məclisə getmədim. Dedim, beh də məndə qalır, orada gəlmirəm. Siz məni aldatmısınız. Çünki mən ansambıl da danışmışdım".