İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     “Dedim, qoy məni elə öldü bilsinlər” .....                     Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... .....                     Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                 

Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Tarix: Dünən, 17:44 | Çap et

[b] Bir çoxları nə vaxt və hansı şəraitdə öləcəyini bilmədiyi halda son gününə, bir növ, hazırlıq görür. Ya özləri, ya da qohumları üçün sağlığında qəbir yeri götürür, hətta baş daşı da düzəltdirirlər. Bəs islam dininin buna münasibəti necədir? Belə bir hazırlıq nə dərəcədə doğrudur? Deputat Ceyhun Məmmədov [color=#FF6666]Teleqraf[/color]-a bildirib ki, dinimizdə belə bir yanaşma yoxdur, konkret qəbir hazırlığı üçün hər hansı göstəriş verilmir. Deputatın sözlərinə görə, belə bir halın geniş yayılması qəbiristanlıqlarda yer problemi ilə bağlıdır: “Bəzən insanlar ölülərini dəfn etməyə yer axtarmalı olurlar. Bu yaxınlarda mən özüm qəbiristanlığa getmişdim, orada insanların əvvəlcədən özlərinə yer alıb hazırlıq gördüyünə şahidi oldum. Bu isə nəticə etibarilə başqalarının dəfn üçün yer tapmasında çətinlik yaradır. İnsanlar bu məsələdə diqqətli olmalıdırlar”. İnsan rəhmətə gedəndə cisminin tam olacağını haradan bilir?! Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev deyir ki, islam dinində bu məsələ ilə bağlı zərurət yoxdur, bu addımı atmaq məsləhət görülmür, belə bir hazırlığın heç bir savabı yoxdur. “Özünə qəbir qazdıran insan evində kimin rəhmətə gedəcəyini və ya rəhmətə gedəndə cisminin tam olacağını haradan bilir?! Ola bilər, insan elə bir yerdə rəhmətə gedər ki, yanıb kül olar və ya suda qərq olar, cəsədi belə tapılmaz. Belə faktlara rast gəlinir. Məsələn, Zaqatala-Balakən bölgəsinə gəzməyə gələn hindistanlı bir turist meşələrin birində dumanda azmışdı və onun bir müddət sonra çürümüş bədənindən qalan sümükləri tapıldı. Bəlkə onu kəfənə də bükmək mümkün olmadı”, - deyə o vurğulayıb. Fuad Nurullayevin sözlərinə görə, insan yalnız öz həyətində, öz mülkündə dəfn ediləcəyi yeri vəsiyyət edə bilər: “Bəzən insanlar qohumlarını etibarsız bilib, özü-özünə baş daşı düzəltdirir. Buna da ehtiyac yoxdur. Dində belə bir buyruq verilməyib. İndiyə qədər vəfat edən hər kəsi dəfn ediblər, heç kim yerdə qalmayıb. Dində belə qayda olsaydı, peyğəmbərlər, imamlar da edərdilər. Onların heç biri bunu etməyib. İnsan dünyadan köçdükdən sonra cəsədi torpağa qarışır və o yerlərdə zamanla başqa insanlar da dəfn edilir”. İslam görə qəbir sadə olmalıdır Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədovun fikrincə, islama görə bir şəxsin sağkən özünə qəbir qazdırması və ya başdaşı düzəltdirməsi bir neçə meyardan qiymətləndirilə bilər. Onun sözlərinə görə, birincisi bu, niyyət məsələsidir, ikincisi israfdır: “Qəbirin əvvəlcədən qazılması icazəlidir. İnsan bu işi özünü ölümünə hazırlamaq, faniliyi xatırlamaq və ya qəlbini ibadətə təşviq etmək məqsədi ilə edirsə, icazəli sayılır. İslam tarixində belə insanlar olub. Deyilənə görə, tabeinlərdən olan Səid İbn əl-Müseyyib öz qəbrini əvvəlcədən müəyyənləşdirmişdi. Başdaşı məsələsinə gəlincə, ümumiyyətlə, islamda qəbirin sadə olmasına təşviq olunub. Qəbir üzərində başdaşı və ya sinədaşının təmtəraqlı düzəldilməsi məqbul sayılmır. Əgər qəbirin kimə aid olduğunu göstərmək istəyiriksə, sadə başdaşı düzəltməkdə problem yoxdur. Məsələn, Peyğəmbərimiz səhabələrindən birinin qəbrinin üzərinə daş qoyubmuş ki, onu tanısın. Kim bunu şan-şöhrət üçün edirsə, başdaşı təmtəraqlıdırsa, bu, mənfi haldır. İslam buna icazə vermir. Bir sözlə, islamda şəxsin niyyəti özünə axirət hazırlığıdırsa, özünə sadə qəbir qazdırarsa, başdaşı da hazırlatdıra bilər”. İstəyir qızıldan başdaşı düzəldilsin, istəyir külünü dünyanın ən təmiz suyuna töksünlər, bunlar qurtuluş deyil! İlahiyyatçı Elşad Miri bir insanın özünə qəbir qazdırmasının dinə heç bir aidiyyəti olmadığını deyib. O bildirib ki, bu, insanların şəxsi düşüncələridir, onların özlərinin arzusuna görə gerçəkləşdirə biləcəkləri məsələlərdir. “Din bu tip məsələlərə qarışmır. Din insanların sağkən düzgün yaşamaları üçün onlara yol göstərir, ölüm məsələsinə müdaxilə etmir. İnsan öldüsə, onun üçün din anlayışı bitir. Artıq o, axirətə gedəndə Allaha cavab verəcək. İstəyir qızıldan başdaşı düzəldilsin, dünyanın ən gözəl yerində qəbir qazdırsın, istəyir meyitini yandırıb külünü dünyanın ən təmiz suyuna töksün. Bunların heç biri qurtuluş deyil, insan əməllərinə görə cavab verməlidir”, - ilahiyyatçı əlavə edib.[/b]











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56
3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53
Beh alıb, məclisə getmədi
Dünən, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Dünən, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Dünən, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Dünən, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Dünən, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Dünən, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Dünən, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Dünən, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru