[b] Aparıcı Sərxan Kərəmoğlu 22 il əvvəl proqramında müğənni Aynur Dadaşovanın həmkarı ilə əlbəyaxa davasından danışıb. [color=#FF0000] Axşam.az[/color] xəbər verir ki, o, "Tarixin bir günü" verilişində həmin kadrların pulla satıldığını deyib: "Həmin davada mənim dərdim led dekor idi, biri aşsaydı... Dava mənə vacib deyildi. Bir dekor aşsaydı, bütün studiya uçacaqdı. Televiziyada satqınlar var. Həmin kadrları operatorlardan biri 100 dollara "Soy" prodakşına satdı. Onlarda olan bir işçi isə Oqtay Əliyevdən xəbərsiz 300 dollara ATV-yə satıb". [/b]