[b] Ermənistan rəsmiləri Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüş keçiriblər. [color=#FF0000] Musavat.com[/color] xəbər verir ki, görüş zamanı Ermənistan–Aİ əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi və institusional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımları nəzərdən keçiriblər. Görüşdə həmçinin regional təhlükəsizlik məsələlərinə də toxunulub. Ermənistan yenə də bölgəyə Qərbi cəlb etmək üçün cəhdlər edir.[/b]