ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə ünvanlanmış bəyanatları Ağ Ev rəhbərinin Rusiya-Ukrayna münaqişəsində real vəziyyət barədə kifayət qədər məlumatlandırılmadığını göstərir.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Tramp bir çox məsələlər barəsində danışır. Biz, təbii ki, bunların hamısını izləyirik, lakin çox vaxt belə nəticəyə gəlirik ki, ABŞ Prezidenti real vəziyyət barədə kifayət qədər məlumatlandırılmır", - o qeyd edib.