"Sən mənim ilk musiqim, ilk duamsan..." .....                     Sabiq baş həkimə hökm oxunub .....                     ƏT NİYƏ BAHADIR? .....                     Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi .....                     "Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" .....                     Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! .....                     Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab .....                     Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib .....                     “Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir .....                     “Bu məhkumlar azadlığa buraxıla bilər” .....                     Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir .....                     Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... .....                     102-ci baza BAĞLANIR? .....                     Bu rayonda abadlıq işləri aparılacaq .....                     Makronun Cənubi Qafqaz planının İFLASI .....                     TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır .....                     “Nikol Ermənistanı xilas etdi” .....                     Pezeşkianın oğlu mühafizəkarların liderini “kor” adlandırıb .....                     Deputatlar orqanlarını bağışlaya bilərmi? .....                     Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib .....                     Bəxtiyar paşa Azərbaycandan niyə getdi? .....                     Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi .....                     Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib .....                     Şair Kəramət Şükürovun ölüm səbəbi məlum oldu .....                     İki Mehriban arasında dava bitmir .....                     Solovyov açıq təhdidə keçərək vurğulayıb ki... .....                     Konstitusiya dəyişən kimi Azərbaycanın .....                     Soyuq Alyaskada görüş .....                     Azərbaycanda 185 min evdə internet yoxdur .....                     Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı .....                     Rusiyadan gətirilən qoyunların sayı 10 dəfə, qiyməti isə 31 manat artıb .....                     “İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib .....                     Ermənistan üçün Azərbaycandan keçən yollar açılır .....                     Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib .....                     Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər? .....                     İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı .....                     Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək .....                     Azərbaycana hücum Rusiya üçün intihar olar .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı .....                 

Deputatlar orqanlarını bağışlaya bilərmi? - “Bunu məmuniyyətlə edərdim, amma...”
Tarix: Bu gün, 16:36 | Çap et

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, 2025-ci ilin ilk 6 ayı ərzində 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb.
Azərbaycanda hər il yüzlərlə insan böyrək, qaraciyər və digər həyati vacib orqanların çatışmazlığı səbəbindən vəfat edir. Belə xəstələrin bəziləri donor axtarışına çıxır, amma tapılmadığı üçün vaxtsız vəfat edirlər. Tibbin inkişaf etdiyi dövrdə bu cür ölümlərin qarşısını almağın ən təsirli yollarından biri orqan donorluğudur.

Dünyanın bir çox ölkəsində tanınmış şəxslər, ictimai-siyasi xadimlər orqan donorluğunu təbliğ etmək üçün öz orqanlarını bağışlamaq haqda vəsiyyət edirlər. Azərbaycanda da belə şəxslər var, amma azdır.

Maraqlıdır, Milli Məclisin deputatları öz orqanlarını bağışlamaq üçün vəsiyyatnamə yazarlarmı?

Modern.az saytı deputatlar arasında sorğu keçirib.

Parlamentinm Səhiyyə komitəsinin üzvü, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, orqan donorluğu-bir insanın yoxluğunu başqasının varlığına çevirməkdir. Bu, həm tibbin, həm də insanlığın ən gözəl tərəfidir:

"Ölkəmizdə hər il yüzlərlə insan, o cümlədən gənc yaşda olanlar donor çatışmazlığı səbəbindən həyatını itirir. Tibbin bu qədər inkişaf etdiyi dövrdə, sırf uyğun donor tapılmadığı üçün insanların ölməsi, yalnız cəmiyyətin bu məsələdə yetərincə fəal olmaması ilə izah oluna bilər. Çünki tibbimiz bu mövzuda bəs qədər inkişaf edib.

Bu baxımdan 2025-ci ilin ilk yarısında ölkəmizdə 300 nəfərin ölümdən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi verməsi çox ümidvericidir, amma ehtiyacla müqayisədə hələ çox azdır".

Deputat qeyd edib ki, məşhurların və ictimai simaların orqan donorluğunu açıq şəkildə təbliğ etməsi böyük əhəmiyyət daşıyır:

"Çünki insanlar çox vaxt gördüklərindən ilham alırlar. Özümlə bağlı deyə bilərəm ki, həyatımı başqalarının həyatını xilas etmək uğrunda çalışaraq keçirmiş biri kimi, belə bir kampaniyaya qoşulmaq mənim üçün həm şəxsi, həm də peşəkar missiyamın davamı olar. Ən qısa zamanda Koordinasiya Mərkəzinə müraciət edərək, bunu rəsmiləşdirəcəyəm. Hər kəsə xəstəliklərdən uzaq xoşbəxt ömür arzulayıram".

Deputat Vüqar İskəndərov vurğulayıb ki, dünya inkişaf etdikcə, orqan donorluğu öz aktuallığını artırır:

"Tibb elmi tərəqqi etdikcə, insanlarda belə məsələlərə baxışlar da dəyişir. Bu sahədə biz sözün əsl mənasında inkişaf görürük. Sevindirici haldır ki, belə xoşməramlı insanlar ölkəmizdə də var. Amma bu sahədə geniş təbliğat işləri aparılmalıdır. Bu çox önəmlidir. Bir çox statistikalara baxanda görmək olur ki, bu sahədə qabaqcıl ölkələrdən geri qalırıq. Amma təkrar edirəm, sevindirci haldır ki, bu sahədə inkişaf var. Keçmişdəki illərdə belə statistika demək olar yox idi, yaxud axtarsaq, belə xoşməramlı missiya ilə çox nadir hallarda rastlaşa bilərdik. 2025-ci ilin ilk 6 ayında ölkəmizdə 300 nəfərin orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalaması mühüm göstəricidir. Amma düşünürük ki, zaman ötdükcə, təbliğat-təşviqat işləri çox aparılsa, bu say 3 000, 30 000, 300 000 ola bilər. Bununla bir insanı həyata qaytarmaq mümkündürsə, ondan müqəddəs missiya ola bilməz".

V.İskəndərov da orqanlarını bağışlayacağını deyib:

"Şəxsən mən də orqan donorluğunun tam tərəfdarıyam və orqanlarımı bağışlamaqla bağlı niyyətim də var. Bir neçə dostum artıq bunu edib. Mən də həmin ərizə yazan insanların cərgəsinə qoşulacam. Belə bir xoş məramı yerinə yetirəcəm".


Xanım parlamentari Elnarə Akimova orqan bağışlamağın ən nəcib addımlardan biri olduğunu söyləyib:

"Düşünəndə ki, dünyadan köçəndən sonra sənin cismin başqa insanların yaşaması üçün xilas yolu olacaq, bunu ancaq alqışlamaq lazımdır. Çünki ölümündən sonra orqanlarını bağışlamağa razılıq verən hər bir insan, əslində, bir neçə nəfərin həyatını xilas etmiş olur. Bu baxımdan, 300 nəfərin bu addımı atması həm humanist, həm də sosial məsuliyyət baxımından böyük nümunədir. Dünyada da təcrübə göstərir ki, orqan donorluğu yalnız tibbi məsələ deyil, həm də cəmiyyətin empatiya, mərhəmət və bir-birinə dəstək ruhunu gücləndirən bir prosesdir.

Azərbaycanda orqan çatışmazlığı səbəbindən hər il yüzlərlə insan həyatını itirir. Donor tapılsa, onların çoxunun həyatını xilas etmək mümkün olardı. Bu kontekstdə məşhur şəxslərin və ictimai nüfuz sahiblərinin orqanlarını bağışlamaq qərarı kampaniyaya güclü təkan verir.

Mənim üçün orqan donorluğu həm nəcib və humanist, həm də mənəvi baxımdan çox dəyərli addımdır. Mən də belə bir təşəbbüsə qoşulmağı, ölümüm sonrası orqanlarımı ehtiyacı olan insanlara bağışlamağı təmənnasız bir həyat hədiyyəsi kimi görürəm. İnsan dünyadan köçsə belə, arxasında yaşamaq üçün ikinci bir şans qazanan insanlar qoyursa, bu, əslində, ölümsüzlüyün bir formasıdır".


Deputat Arzuxan Əlizadə sualımıza belə cavab verib:

"Dünyada orqan transplantasiyası uzun müddətdir ki, var. Azərbaycan qanunvericiliyində də bununla bağlı müvafiq düzəliş edildi. Beləliklə, artıq Azərbaycanda da orqan donorluğu etmək mümkündür. Xeyriyyəçilik baxımından həyat əhəmiyyətli orqanların transplantasiya ilə verilməsi təbii ki, təqdirəlayiq haldır. Bir çox insanlar orqan çatsışmazlığından əziyyət çəkir, əksər hallarda dünyalarını dəyişirlər. Bu, dünyada belədir. Bu məsələni təbliğ edən məşhurlar var. Onlar hələ sağlıqlarında öz orqanlarını transplantasiya üçün gələcəkdə vermək fikrində olduqlarını əvvəlcədən bildirir, bununla bağlı mövqelərini ortaya qoymuş olurlar. Təbii ki, tibbi nöqteyi-nəzərdən yoxlanılmalıdır ki, gələcəkdə orqanlarını vermək istəyən şəxsin orqanları hansı vəziyyətdir. Orqan donorluğu üçün orqan bankı olur. Azərbaycanda da orqan bankının olması vacibdir. Mən də o fikirlə razıyam ki, bir çox hallarda insanlarımız bu və ya digər xəstəliyi ilə bağlı orqan çatışmazlığından həyatlarını itirə bilirlər. Bu baxımdan orqan donorları olduqca əhəmiyyətlidir. Sözgəlişi nəsə demək olmaz. Təbii ki, hər kəs öz daxili orqanlarının sağlamlıq durumu ilə bağlı məlumatlı olmalıdır və bu olduqca ciddi qərardır deyə, hər kəs özü üçün sona qədər dəqiqləşdirib mövqe bildirməlidir, sadəcə reklam xatirinə mövqe bildirmək düzgün olmaz".


Deputat Razi Nurullayev orqan bağışlanmasına çox müsbət yanaşdığını deyib:

"Nə fərqi var ki, onsuz da çürüyüb torpağa qarışacaq. Kiməsə həyat bağışlamaq gözəl hissdir. Bunun üçün də orqanlarımı məmuniyyətlə bağışlayardım, amma Allahın izni ilə mənim hələ uzun illər yaşamaq fikrim var".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sən mənim ilk musiqim, ilk duamsan..."
Bu gün, 18:04
Sabiq baş həkimə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:01
ƏT NİYƏ BAHADIR? - AKTUAL
Bu gün, 17:57
Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi - ƏMR
Bu gün, 17:55
"Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" - ETİRAZ
Bu gün, 17:52
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən yeni QAYDALAR
Bu gün, 17:50
Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”
Bu gün, 17:45
Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib
Bu gün, 17:36
“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir
Bu gün, 17:28
“Bu məhkumlar azadlığa buraxıla bilər” - Hüquq müdafiəçisi AÇIQLAYIR
Bu gün, 17:13
Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir -7.2 milyon dollarlıq Alyaska...
Bu gün, 17:10
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... - AKTUAL
Bu gün, 17:04
102-ci baza BAĞLANIR? – “Bu qüvvələrin Ermənistandan çıxarılması asan proses olmayacaq”
Bu gün, 16:52
Bu rayonda abadlıq işləri aparılacaq - 1,5 milyon manat ayırıldı
Bu gün, 16:51
Makronun Cənubi Qafqaz planının İFLASI – Fransa regionumuza “ƏLVİDA” DEYİR...
Bu gün, 16:48
TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır – 3.8 milyon xərclənəcək
Bu gün, 16:44
“Nikol Ermənistanı xilas etdi” - Ermənistanda hamı bu rəydədir?
Bu gün, 16:42
Pezeşkianın oğlu mühafizəkarların liderini “kor” adlandırıb - “X”
Bu gün, 16:38
Deputatlar orqanlarını bağışlaya bilərmi? - “Bunu məmuniyyətlə edərdim, amma...”
Bu gün, 16:36
Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib
Bu gün, 16:32
Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - İLGİNC
Bu gün, 16:24
Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi
Bu gün, 16:19
Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib
Bu gün, 16:00
Şair Kəramət Şükürovun ölüm səbəbi məlum oldu
Bu gün, 15:58
İki Mehriban arasında dava bitmir - Əməkdar artist yenə sərt danışdı
Bu gün, 15:54
Solovyov açıq təhdidə keçərək vurğulayıb ki... - TƏFƏRRÜAT
Bu gün, 15:53
Konstitusiya dəyişən kimi Azərbaycanın - Ermənistan əlaqələri inkişaf edəcək
Bu gün, 15:02
Soyuq Alyaskada görüş - Onlar nəyi böləcəklər?
Bu gün, 14:59
Azərbaycanda 185 min evdə internet yoxdur
Bu gün, 14:56
Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rusiyadan gətirilən qoyunların sayı 10 dəfə, qiyməti isə 31 manat artıb - DETALLAR
Bu gün, 14:53
“İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib - Vətəndaş şikayəti...
Bu gün, 14:48
Ermənistan üçün Azərbaycandan keçən yollar açılır – erməni nazir AÇIQLADI
Bu gün, 14:44
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:21
Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər?
Bu gün, 13:08
İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı – Deputat xəbərdarlıq etdi
Bu gün, 13:01
Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək - “The Telegraph”
Bu gün, 12:59
Azərbaycana hücum Rusiya üçün intihar olar - Erməni ekspert
Bu gün, 12:57
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı - “Cavandır, uşağı var...”
Bu gün, 12:46
"Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü
Bu gün, 12:43
"Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur”
Bu gün, 12:37
Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs SƏRXOŞ OLUBMUŞ
Bu gün, 12:35
Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? - Russayağı ŞANTAJ
Bu gün, 12:34
İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:31
"Təyyar da, Samir də böyük sənətkardır"
Bu gün, 12:25
ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma - TƏFƏRRÜAT
Bu gün, 12:24
Paşinyan çətin sınaqda: onu nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 12:22
"Tural Rəhimli bizi başdan aldadıb" - İTTİHAM VAR...
Bu gün, 12:16
Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil - KİV
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru