9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                 

Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında - ŞİKAYƏT VAR
Tarix: 26-04-2016, 08:16 | Çap et
Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında
Azərbaycan bütün dünyada tolerant ölkə və heç bir vətəndaşına qarşı milli-ayrı seçkilik tətbiq etməyən dövlət kimi tanınır. Bu barədə bir çox ölkələrin dövlət başçıları, o cümlədən, beynəlxalq təşkilatların rəhbərləri də xüsusilə vurğulayıblar.
Dövlət başçısı İlham Əliyev də hər zaman milli və dini azlıqlara qarşı ədalətli yanaşmanın tərəfdarı olub.
Eyni zamanda, Azərbaycan prezidenti dəfələrlə vurğulayıb ki, məmurlar bizneslə məşğul olmamalı, açıq və ya gizli şəkildə hər hansı sahibkara xüsusi himayədarlıq etməməlidir.

Lakin təəssüflər olsun ki, dövlət başçısının bu və digər tapşırıqlarına bir sıra məmurlar tərəfindən əməl olunmur və onlar mənfəət naminə müxtəlif işbazları himayə edir, hətta onlarla birlikdə ortaq biznes də qururlar. Belə hallarda isə həm Azərbaycan qanunları, hətta ölkəmizin beynəlxalq imici belə arxa plana keçir.
Qafqaz Xəbər Agentliyi olaraq, bu cür hallara qarşı daim mövqeyimiz aydın olub və hər hansı şikayət olduqda balansı qorumaqla ictimaiyyəti məlumatlandırmağa çalışmışıq.
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Almaniyada yaşayan gəncəli iş adamı Elxan Yaşar oğlu Axundov Bakıda məmurlarla ortaq olan işbazlar tərəfindən aldadıldığını və nəticədə anası, yəhudiəsilli Marus Yevda qızı Axundovaya məxsus mənzilin mənimsənildiyini bildirib.
E.Abbasov Qafqaznews.az-a bildirib ki, 3 il bundan əvvəl ortaq tanışlar vasitəsi ilə əslən Qərbi Azərbaycandan olan, Gəncədə yaşamış Sidqi Abbasov adlı şəxslə tanış olub.

Şikayətçinin sözlərinə görə, Sidqi Abbasovun Bakıda bir neçə yerdə, o cümlədən Mərkəzi Univermaqda (MUM) qızıl mağazaları, lombardları var.

“O, mənə təklif etdi ki, Almaniyada birgə biznes açaq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 25 min avro oldu. Hər birimiz 50 faiz pay şəriki sayılırdıq. Bakıya gələndə Sidqi məni Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətovla tanış etdi, birlikdə yeyib-içdik. Sidqi biznesdəki sərmayəsinin, o cümlədən Almaniyada işə qoyduğu pulun da Akifə məxsus olduğunu dedi.

Bir müddət sonra mənə təcili pul lazım oldu, Sidqidən 30 min manat borc istədim. O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq.

Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min faiz ödənişini də verdim. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb. Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və əmisioğlunun xeyrinə qərar çıxararaq, evi onun adına keçirib. Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”.
Biz Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarına nəzər saldıq. Maraqlıdır ki, hakim də Hümbətov soyadı daşıyır – Etibar Zülfüqar oğlu Hümbətov. Nəsimi Rayon məhkəməsinin rəsmi saytında bildirilir ki, 1971-ci ildə doğulan E.Hümbətov 2000-ci ildə Naxçıvan Dövlət Universitetində bakalavr təhsili, 2005-ci ildə isə Bakı Dövlət Universitetində magistratura təhsili alıb. Hüquqşünas kimi isə E.Hümbətov 1993-cü ildən çalışıb və 2008-ci ildə Penitensiar Xidmətin 2 saylı Xüsusi müəssisəsi rəisinin növbə üzrə köməkçisi vəzifəsindən birbaşa Nəsimi RM-in hakimi keçib.

Adıkeçən Sidqi Abbasovun mövqeyini də öyrənməyə çalışdıq. S.Abbasov bizə bildirdi ki, E.Axundovun sözləri həqiqəti əks etdirmir: “Mən Almaniyada avtomobil şirkəti yaratdım, bu yoldaşı da Almaniyada yaşayan gəncəli kimi tanıtdılar mənə. Ona etibar edib bu şirkətə direktor qoydum, o da mənim alman dili bilməməyimdən istifadə edib özünü 50 faizlik şərik qoşdu. Özünün orda oturumu da yox idi, bu şirkətdən istifadə edib oturum izni aldı. Sonra mənim get-gəl problemim olduğuna görə, istifadə elədi, məni ziyana saldı. Bir türk də var idi. Mən ondan 100 mindən artıq borcun hesabını soruşanda türkün boynuna atdı. 26 min avronu boynuna aldı, notariusla boyun oldu ki, hər ay 2 min avro ödəməklə o pulu geri verəcək. Birinci aydan da bir manat pul vermədi. İndi də yerini dəyişib, məhkəmə onu tapa bilmir ki, şirkəti də bağlayaq ”.

Ev məsələsinə gəldikdə isə, S.Abbasov təzə tanış olduqları vaxtda bildirdi ki, E.Axundov ondan 30 min borc istəyib.
“Onda 1 manat 1 avro idi. Mən ona dedim ki, mənim lombardım var, amma lombardda 6 faizdir, dostum kimi sənə 1 manat əlavə faizsiz belə 30 min manat tapıb verərəm. Amma ehtiyat tədbiri olaraq, onunla ipoteka müqaviləsi bağladıq. O, birotaqlı evi girov qoyub, amma bu evi çıxardılar hərraca, 51 min manata alan olmadı. Mən deyirəm ki, evi istəmirəm, 30 min manatı gətir ver, onu da etmir”.

S.Abbasov həmçinin Olimi də tanımadığını vurğulayıb.Bu telefon danışığından sonra Elxan Axundovla əlaqə saxladıq.“Mən ondan qaçmıram, qanun çərçivəsində, məhkəmə səviyyəsində o insanla görüşməyə hazıram. O, rus vəkil də tutub, məni günahkar çıxarmaq istəyir. Ağlı Azərbaycandakı bəzi hakimlərə getməsin, anamın iştirakı olmadan məhkəməylə evini əlindən alıblar. Almaniyada belə şey baş tutan deyil. Məndən “podstavnoy litso” kimi istifadə edirdi, mən o şirkətdən normal maaş da almırdım. 11-12 aydan sonra, dövlətə borcu ödəmədən nizamnamə kapitalını da götürüb getdi. 10800 öz cibimdən verdim ki, dövlətə borc üzərimdə qalmasın.

Əvvəl hər il oturum alırdım, daimi oturumu isə keçən il noyabrda almışam, öz nəqliyyat şirkətimə görə. Özüm o şirkətdə sürücü işləyirəm. Təmiz aylıq maaşım 1980 avrodur, ancaq o maaşa baxandan sonra mənə daimi oturum veriblər. Bu adam özünü dindar kimi aparır, amma dini-imanı olan adam sələmə pul verər? Sidqi sələmçidir. Bir dəfə özüm şahidi olmuşam. Yaşlı bir qadın gəldi ki, 8 aydır aybaay borcumu gətirib verirəm, bu ay imkanım çatmır, qızılları girovdan tutmayın. Bu dedi olmaz. Qadın özümü yandıracam deyəndə, Sidqi gülüb dedi ki, “lazımdısa benzini özüm verim”. Sidqi belə adamdır”, – deyə E.Axundov qeyd edib.
Mövzu diqqətimizdədir, araşdırmanı davam edirik. Adıkeçən bütün tərəflərin mövqeyini dərc etməyə çalışacağıq.

Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında
Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında
Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında
Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru