Yaxın gələcəkdə Fransa şirkətlərinin Sünikdə mühüm infrastruktur layihəsinin həyata keçirilməsinə cəlb edilməsi planlaşdırılır.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vahan Kostanyan Ermənistan-Fransa əməkdaşlığı üzrə beşinci konfransın açılışında bildirib.
Onun sözlərinə görə, bu konfransın Gorusda təşkil edilməsi Ermənistan üçün strateji əhəmiyyət daşıyan regionların, o cümlədən Sünik vilayətinin inkişafını və dayanıqlılığını artırmaq məqsədini nəzərə alaraq gözlənilən idi.
"Gorusda Fransanın fəxri konsulunun ofisinin açılışı aydın siyasi iradəni göstərir", - o qeyd edib.
O əlavə edib ki, Ermənistan və Fransa arasında münasibətlər son dərəcə yüksək səviyyədədir və regional çağırışların öhdəsindən gəlməkdə İrəvana kömək etmək məqsədi daşıyır.
Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib.