İstanbul Rusiya və Ukrayna arasında danışıqlar platforması kimi dəyişdirilməsinə dəyməz.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Vatikanın danışıqların növbəti raundunun keçiriləcəyi məkana çevrilə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
"(Rusiya xarici işlər naziri) Sergey Viktoroviç Lavrov bizim nöqteyi-nəzərimizi çox açıq şəkildə ifadə etdi. İstanbul elə bir platformadır ki, orada müəyyən kommunikasiya təcrübəsi artıq toplanıb", - o deyib.
A.Qruşko qeyd edib ki, məsələ platformalarda deyil, mahiyyətdədir. "Ona görə də indi praktiki mənada hansısa yeni platformanın seçilməsi məsələsi müzakirə olunmur. Bu barədə düşünməyə belə dəyməz", - diplomat vurğulayıb.