Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İnzibati və təsərrüfat departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, bu, Ceyhun Əzizlidir. O, 2025-ci ilin oktyabrından bu vəzifənin icrasına başlayıb.
C.Əzizli 2022-ci ildən SOCAR-ın heyətinə qoşulub. Buna qədər Elm və Təhsil Nazirliyində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb.
O, Bakı Dövlət Universitetində bakalavr, magistratura və fəlsəfə elmlər doktoru kimi dərəcələrə yiyələnib.