Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barədə dörd ay müddətinə qətimkan tədbirinin seçilməsi kifayət qədər ciddi müzakirələrə yol açıb. Mehdiyevin üzv olduğu dövlət təşkilatlarından xaric edilməsi məsələsi ilə yanaşı vaxtilə layiq görüldüyü bir sıra titullarının, fəxr adlarının, “Şərəf”, “Şöhrət”, “İstiqlal” və Heydər Əliyev ordenlərinin də əlindən alacağı bildirilir. Müzakirələr fonunda yazıçı Əkrəm Əylislinin Ramiz Mehdiyevin vəzifədə olduğu dövrlərdə "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi məsələsi də yenidən gündəmə gətirilib.
Pravda.az Mehdiyev və onun ətrafında cərəyan edən proseslə bağlı Əkrəm Əylislinin də fikirlərini öyrənməyə çalışıb.
Yazıçı suallarımıza cavabında bunları deməklə kifayətlənib: “Bu mövzuda danışamaq istəmirəm. Çünki mənim üçün çox çətindir”
Xatırlatma: Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adı 2013-cü ildə əlindən alınıb. Ramiz Mehdiyev həmin dövrdə Prezident Administrasiyasının rəhbəri olub.